Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Məstəliyev
Rəşad Oqtay oğlu Məstəliyev (6 iyun 1981) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvü və Gənc alimlər və mütəxəssislər şurasının sədridir. == Həyatı == Məstəliyev Rəşad Oqtay oğlu 1981-ci ilin iyul ayının 6-da Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və universitetin 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr pilləsini bitirmişdir. 2004-cü ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun (o zamanki Kibernetika) əyani aspiranturasına daxil olmuş və 2008-ci ildə aspiranturanı bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın27 iyun 2012-ci il tarixli qərarı ilə (protokol№22-k) riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2007-ci ildən İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2016-cı ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 14 oktyabr 2016-cı il tarixli qərarı ilə (protokol № 21-k) "dosent" elmi adı verilmişdir. Dosent attestatı DS № 05498.
Rəşad Nadirov
Rəşad Nadirov (hərbçi) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Nadirov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi.
Rəşad Niftalıyev
Rəşad Şakir oğlu Niftalıyev (d. 19 avqust 1993; Zəngilan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rəşad Niftalıyev 1993-cü ilin 19 avqust günündə Zəngilan rayonunda anadan olub. == Hərbi xidməti == Əsgər Rəşad Niftalıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Rəşad Niftalıyev doğulduğu Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Niftalıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rəşad Novruzov
Rəşad Elşad oğlu Novruzov (3 aprel 2002; Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Novruzov 3 aprel 2002-ci ildə anadan olmuşdur. Əslən Sabunçu rayonunun Maştağa qəsəbəsindəndir. 255 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == Rəşad Novruzov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Novruzov 9 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Novruzlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Nuriyev
Rəşad Nuriyev — Azərbaycan operatoru. == Həyatı == 1981-ci il 13 oktyabrda İsmayıllı şəhərində dünyaya gəlib. 1988-ci ildən 283 saylı məktəbdə ibtidai təhsilə başlamış, daha sonra isə orta təhsilini Ə. ƏLƏKBƏROV adına 244 saylı məktəbdə davam etdirmişdir. 1998 - 2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və Kino sənəti" fakültəsinin kinooperator ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2004-cü illərdə Lider TV-də operator vəzifəsində çalışmış, "Azərbaycan" redaksiyasında çəkilən bədii-sənədli filmlərin bir çoxunun operator müəllifidir. Daha sonra, "Azərbaycanfilm" kinostudiyasında kinorejissor Eldar Quliyevin çəkdiyi "Girov" tammetrajlı bədii filminə dəvət alaraq peşəkar fəaliyyətini davam etdirmişdir. Kinostudiyada çəkilən "Günaydın mələyim", "Ölüm növbəsi", "İki sahil" bədii filmlərdə operator kimi çalışmışdır. 2013-cü ildən 2020-ci ilə qədər Bakı Media Mərkəzində çalışmış, bu illər ərzində tarixi araşdırma sənədli-dədii filmlərin, bir çox sosial və kommersiyal çarxların quruluşçu operatoru olmuşdur. Yatadıcılıq fəaliyyətinə başladığı ilk illərdən dövlət mükafatlarına və diplomlarla təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Rəşad Nəbiyev
Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Bakı) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021), Azərkosmos ASC-nin sədri (2011–2021). == Karyera == 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır. 2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir. == Təhsil == 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir. == Təltiflər == Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Rəşad Nəsirov
Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sabiq sədr müavini. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri (2023-h.h.). == Həyatı == Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub. 24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Rəşad Qasımlı
Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Rəşad Qasımov
Rəşad Muxtar oğlu Qasımov — Azərbaycan kinoprodüseri, kinoşünas, rejissor, Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri. == Həyatı == Rəşad Qasımov 27 may 1983-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İmir kəndində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində yerləşən 34 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin kinoşünas ixtisası qrupuna daxil olmuşdur. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasında, eyni zamanda IV və V Beynəlxalq Audiovizual Festivallarda koordinator, prodüser, icraçı direktor vəzifələrində çalışıb. Həmin müddətdə "Azərbaycanfilm" və "Mozalan" studiyalarının istehsal etdiyi bir sıra filmlərdə çalışıb. Bir çox audiovizual əsərlərdə prodüser kimi fəaliyyət göstərmişdir. 2005-ci ildə alman rejissoru Fayt Helmerin "Xəzər gəlini" qısametrajlı bədii filmində prodüser kimi fəaliyyət göstərmişdir. “İmper Qrup” Prodüser Mərkəzinin təsisçilərindən biri olmuşdur.
Rəşad Quliyev
Rəşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Rəşad Quliyev (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi.
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəşad Rafiqoğlu
Rəşad Rafiqoğlu — azərbaycanlı idman jurnalisti, İdman Azərbaycan Televiziyasının aparıcısı. == Biografiya == Rəşad Rafiqoğlu 1980-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini "Bakı Özəl Türk Liseyi"-ndə aldıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Hələ tələbəlik illərində ölkənin bir sıra idman nəşrləri ilə əməkdaşlıq edib. Müxtəlif vaxtlarda "İdman", "Olaylar", "Futbol+qol", Çempion" qəzetlərində işləyib. 2001-ci ildə ANS Yayım və Media Şirkətində redaktor assistenti vəzifəsində, 2002-ci ildən 2004-cü ilə qədər ATV telekanalında Xəbərlər Xidmətinin İdman bölməsində çalışıb. 2005-ci ildən 2006-cı ilədək "Çempion" qəzetində işlədikdən sonra 2006-cı ilin avqustundan Azərbaycan Televiziyasında çalışmağa başlayıb. Hazırda Azərbaycan Televiziyası və İdman Azərbaycan Televiziyası kanalında şef redaktor vəzifəsində işləyir. Müxtəlif vaxtlarda Azərbaycan Televiziyasında efirə gedən bir sıra maraqlı verilışlərin aparıcısı və müəllifi olub. Hazirda isə İdman Azərbaycan kanalında "Premyer-Liqa" və "Avrofutbol" verilişlərinin aparıcısidir.
Rəşad Rəhimov
Rəşad Rəhimov (fizik) — azərbaycanlı alim. Rəşad Rəhimov (leytenant) — azərbaycanlı hərbçi.
Rəşad Sadiqov
Rəşad Sadiqov (8 oktyabr 1983, Yengicə, İliç rayonu) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hal-hazırda Qəbələ klubunda çıxış edir. == Həyatı == Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib. Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Rəşad Sadıqov
Rəşad Sadıqov (16 iyun 1982, Bakı) — azərbaycanlı keçmiş futbolçu, məşqçi. "Zirə" klubunun baş məşqçisidir. 2000–2001-ci illərdə Azərbaycanın "Turan Tovuz", 2001–2002, 2003–2005, 2006–2008-ci illərdə "Neftçi Bakı", 2009–2010-cu illərdə "Qarabağ", 2002–2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005–2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008–2009-cu illərdə "Kocaelispor", 2010–2011-ci illərdə Əskişəhərspor, 2011–2020-ci illərdə Qarabağ klublarının heyətində çıxış edib. Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001–2017-ci illərdə Azərbaycan milli futbol komandasında çıxış edib. Milli komandada 111 oyun keçirib və 5 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur. Bir müddət basketbolla məşğul olub. == Həyatı == Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub.
Rəşad Səfərov
Rəşad Səfərov (tam adı: Rəşad Süleyman oğlu Səfərov; 10 iyun 1978, Bakı) — aktyor. == Həyatı == Rəşad Səfərov 10 iyun 1978-ci ildə Bakıda anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2001-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram teatrında, 2005-ci ildə Şuşa Musiqili Dram Teatrında, 2006-cı ildə isə Dövlət Gənclər teatrında aktyor vəzifələrində aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Film, serial və kliplərdə çəkilmişdir.2014-cü ildə Binəqədi rayonu Xocahəsən mədəniyyət evinə direktor təyin olunub . == Əsas rolları == Telefon gecələri (Anar) — Seymur Əsgər anası (R.Ağarəhim) — Şubay Məhəbbət və cinayət (R.Ağarəhim) — Şərbət Qum üstündə ev (İ.Rüstəm) — Eldar Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Ədalət Məhəbbət yaşayır hələ (İ.Əfəndiyev) — Qüdrət Təzə gəlin (Ü.Hacıbəyov) — Səfi Ana (H.Cavid) — Qanpolad İblis (H.Cavid) — quldur başçısı Pasport (R.Abdullayev) — Elvin Tarelkinin ölümü (S.Kabilin) — Murromski Şeyx Sənan (H.Cavid) — Dəvəçi Otello (V.Şekspir) — Lodoviko Aydın (C.Cabbarlı) — Surxay Yatmış gözəl (B.Marvin) — kral Əcəl atı (V.Əlixanlı) — müəllim Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Ədalət Romeo və Cülyetta (U.Şekspir) — hersoq Sarıköynəklə Valehin nağılı (İ.Əfəndiyev) — Yusifov == Filmoqrafiya == Olacağa çarə yoxdur (film, 2003) Yanmış körpülər (film, 2007) Cavid ömrü (film, 2007) Qızlar (film, 2007) Nəfs (2008) Cavad xan (film, 2009) Qaydasız döyüş (film, 2009) İlahi məxluq (film, 2011) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Səməd Orucov Tək olanda qorxma...
Rəşad Səfərəliyev
Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəşad Tağıyev
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı. == Həyat və fəaliyyəti == Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rəşad Təhməzov
Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Rəşad Yusibov
Rəşad Nazim oğlu Yusibov (19 avqust 1996; Şəmkir, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Yusibov 19 avqust 1996-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. 2002-ci ildə Şəmkir şəhəri C. Rüstəmov adına tam orta məktəbin birinci sinfində təhsil almış, 2013-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Rəşad Yusibov 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmağa başlamışdır. 2016-cı ildə hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Yusibov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 19 dekabr tarixində doğulduğu Şəmkir şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəşad Zeynallı
Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi. Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar. Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub. ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ: Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu. Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....
Rəşad Zeyniyev
Rəşad Zeyniyev (13 sentyabr 2001, Cəlilabad rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub. == Ailəsi == Subay idi. Atası — Zeyniyev Ələkbər Poladxan oğlu Anası — Zeyniyeva Təranə Tərlan qızı == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib.
Rəşad İlyasov
Rəşad İlyasov (1 noyabr 1974, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
"Rəşadətli əməyə görə" nişanı
"Rəşadətli əməyə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir. "Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır. "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir. Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır. Yazı və təsvirlər qabarıqdır. Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı — Naxçıvan Muxtar Respublikasının "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısıdır.
1-ci dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
2-ci dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
3-cü dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər. "Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Qafur Rəşad Mirzəzadə
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 27 noyabr 1943, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist. == Həyatı == Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ildə may ayının 6-da Şamaxıda, kasıb savadı olmayan Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad artıq 7 yaşinda ibtidai təhsilini mollaxanada, daha sonra 1894- cü ildə altı illik şəhər məktəbində almşıdır. Qafurun şəhər məktəbində oxuduğu üçüncü ildə boyaqçı Ələkbərin maddi vəziyyəti xeyli çətinləşmişdi. O, artıq Qafurun məktəb xərcini vermək iqtidarında olmadığından onu məktəbdən çıxarmaq istəyirdi. Lakin Qafur yaxşı oxuduğu üçün məktəbin müdüriyyəti onun xərcini hökumət hesabına ödəyir. 1901-ci ildə 17 yaşlı Qafur Şamaxı şəhər altı illik məktəbi bitirir. Onun daha oxumağa maddi imkanı olmadığından müəllimlik etmək qərarına gəlir. Daha sonra 1920-22 ci illərdə o ikiillik Ali Pedaqoji İnstitutda oxuyur, 1923-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, 1927-ci ildə 43 yaşında ikən oranı bitirir. Müxtəlif mənbələrdən Qafur Rəşadın müəllimlik və maarifçilik fəaliyyətinə nəzər saldıqda görürük ki, o 18 yaşı tamam olmadan 1902-ci ildə Lahıc kəndinə müəllim təyin olunur. Birinci üç ildə kənddə xüsusi məktəb binası olmadığından dərslər darısqal bir evdə keçirilirdi.
Rəşad Məmmədov (şəhid)
Rəşad Asif oğlu Məmmədov (d. 8 aprel 1987; Bakı, Azərbaycan — ö. 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur. Subay idi == Hərbi xidməti == 2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir.
Rəşad Məmmədov (əsgər)
Rəşad Fərəməz oğlu Məmmədov (4 sentyabr 1989; Gəncə, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbdən məzun olmuşdur. 2006-cı ildə Gəncə Dövlət Universitetinə daxil olmuşdur. 2010-cu ildə universiteti "tarix" ixtisası ilə bitirmişdir. 2013-cü ildə Gədəbəy rayon Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir. 2020-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsil almağa başlamışdır. . == Hərbi xidməti == Rəşad Məmmədov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Rəşad Nadirov (kiçik çavuş)
Rəşad Nadim oğlu Nadirov (20 sentyabr 1999, Bərdə rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. Bərdə rayonu Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri Nizami rayonu 61 nömrəli orta məktəbdə davam etdirib. 2016-cı ildə Azərbaycan Universitetinin Sosial İş ixtisası fakültəsinə qəbul olub. 2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb. Ailədə 2 qardaş olublar. Subay idi. == Hərbi xidməti == 2018-ci ilin aprel ayında qardaşı Elşad ilə birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak etmişdir.
Rəşad Nadirov (polkovnik-leytenant)
Rəşad Soltanağa oğlu Nadirov (13 iyun 1982, Bakı) — pilot, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Rəşad Nadirov 13 iyun 1982-ci ildə Bakı şəhərində doğulub. Əslən Masallı rayonunun Əhmədli kəndindəndir. Atası mühəndis, anası evdar qadın olub. Ailədə 4 qardaş 1 bacı olmaqla Rəşad ailənin kiçik övladıdır. Ailəlidir, iki qızı var. == Təhsili == Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə təhsil alıb. Heydər Əliyev adına Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olub. Həmin məktəbin raket və kosmonavtika texnikasının uçuş istismarı fakültəsinin məzunu olub.
Rəşad Nuri Güntəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. == Həyatı == 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Rəşad Nuru Gündəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. == Həyatı == 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Sultan Rəşad türbəsi
Sultan Rəşad türbəsi — İstanbulun Əyyubsultan ilçəsində yerləşən XX əsrə aid türbə. == Haqqında == 35-ci Osmanlı sultanı olan Sultan Mehmed Rəşad 3 iyul 1918-ci ildə vəfat etdi və vəsiyyətinə uyğun olaraq daha əvvəl öz adına inşa etdirdiyi türbəyə dəfn olundu. Türbənin memarı Memar Kəmaləddin Əfəndidir. Bəzi mənbələrdə inşaatın 1912-ci ildə bitdiyi söylənsə də, türbənin içindəki bir xəttat yazısında 1914-cü il qeyd edilib. İstanbulda inşa olunan sonuncu Osmanlı türbəsi olan bu türbə eyni zamanda, şəhər mərkəzindən kənarda yerləşən yeganə sultan türbəsi olaraq digərlərindən fərqlənir. Türbənin yanında yenə sultanın istəyilə məktəb binası da inşa edilmişdir. Neoklassik üsluba uyğun olan türbə səkkizbucaqlı formasında olub, 10 pillə üzərində inşa edilmişdir. Türbənin hər üzündə yuxarıda 2, aşağıda 1 olmaqla ümumilikdə 14 pəncərəsi var. Giriş qapısının üzərində xəttat Ömər Vasfi Əfəndi tərəfindən Sad surəsinin 50-ci ayəsi işlənmişdir. Türbənin daxili interyeri isə klassik Osmanlı türbələrində olduğu kimi çinilərlə örtülmüşdür.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.