Rəşad Məmmədov (şəhid)

Rəşad Asif oğlu Məmmədov (d. 8 aprel 1987; Bakı, Azərbaycanö. 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Rəşad Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Əhmədli qəsəbəsi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2011—2020
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Şuşanın azad olunmasına görə" medalı — 2021"Döyüşdə fərqlənməyə görə" medalı — 2021

Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur. Subay idi

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.