Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəşad Səfərəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]