Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəşad Zeynallı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | II fəxri xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Cəbrayıl-Qubadlının azad edilməsi |
Təltifləri |
"Vətən uğrunda"medalı "Cəbrayılın azad olunması"medalı "Qubadlının azad olunması"medalı "Cəsur döyüşçü"medalı |
Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub.[1] 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi.
Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar.
Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub.
ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ:
Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu.
Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....
Son görüşümüzdən 10 gün keçmişdi,Rəşadın evə gəlməyinə isə 3 gün qalmışdı,muharibə başladı.
Bizə xəbər vermədən Rəşadda könüllü olaraq bu haqlı savaşa qoşulanlardan biri olub.Şəhid olmamışdan əvvəl onunla bir neçə dəfə telefon əlaqəmiz olub.Hər dəfədə bizə "Nə qədər ki,torpaqlarımız azad olunmayıb məni gözləməyin,ata" deyirdi.Sonuncu dəfə onunla əlaqə saxlayanda dedim ki,"Oğlum,düzdü geyim aparmışıq sənə,amma istəyirəm evə dönəndə hərbi geyimdə qarşılayım səni",gülümsədi dedi:
--Baş üstə, Ata,hərbi geyimdə gələcəm,üstümdə də bayraq...
Bu sözlərin mahiyyətini sonradan dərk etdim ki,O mənə Şəhid olacam mesajını vermək istəyirmiş.
Şəhid olmamışdan 10 dəqiqə qabaq döyüş yoldaşlarına "Şəhid olmaqdan qorxmuram,tək qorxduğum qazi olub,kiməsə əziyyət verməkdir"deyib.
Rəşad göstərdiyi qəhrəmanlıqla zəfər dastanı yazan 3000 Şəhiddən biridir.🇦🇿
Zeynallı Rəşadın xatirəsinə həsr olunmuş film:"Rəşadətli ömür"
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunması","Qubadlının azad olunması" və"Cəsur döyüşcü" medalları ilə təltif edildi.[2]