Rəşad Zeyniyev (13 sentyabr 2001, Cəlilabad rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Rəşad Zeyniyev | |
---|---|
Rəşad Ələkbər oğlu Zeyniyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2021 2020 2020 2020 |
Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.[3] 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub.
Subay idi.
2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı, 2 metrliyində partlayan mərmi Rəşadın həyatına son qoyub. Doğulub boya-başa çatdığı Cəlilabad torpağında dəfn olunub.