Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səhman Bədəlov
Səhman Bəhmən oğlu Bədəlov (14 avqust 2001, Birinci Nügədi, Quba rayonu, Azərbaycan – 14 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səhman Bədəlov 14 avqust 2001-ci ildə Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Səhman Bədəlov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səhman Bədəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sıravi olaraq iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səhman Bədəlov 14 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səhman Bədəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səhman Bədəlov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səhman Musayev
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Bəhman Gülbarnəjad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhman Hacıyev
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar, Zəngəzur qəzası – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi. == Həyatı == Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi.
Bəhman Qolbarnejad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhman Çopurov
Çopurov Bəhmən Səyyad oğlu (16 fevral 1968, Arabaçı) — şəhid. == Həyatı == Çopurov Bəhmən Səyyad oğlu 1968-ci ildə fevralın 16-da Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1986-88-ciillərdə Sovet Ordusu sıralarında xidmət edib. Vətənə qayıtdıqdan sonrakönüllü olaraq doğma torpaqlarımızın müdafiəsinə qalxaraq 1993-cü ildə vəfat etmişdir.
Bəhman Əliyev
Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi. == Həyatı == Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib. Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb. == Filmoqrafiya == "Bakılı" press-avtomatı (film, 1967) "Koroğlu" dənizdə (film, 1966) Balaca çoban (film, 1985) Böyük bostan (film, 1965) Camışçılıq (film, 1966) Cırtdan (film, 1969) Cırtdan və div (film, 1983) Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Cücələrim (film, 1975) Dəniz səyahəti (film, 1992) Əndazədən çıxanda (film, 1988) Fitnə (film, 1970) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güzgü (film, 1990)(I) Humayın yuxusu (film, 1985) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Lağım (film, 1993) Lovğa fil balası (film, 1987) Meşəyə insan gəlir (film, 1980) Nar ağacının nağılı (film, 1989) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964) O geri çəkilməlidir (film, 1966) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Qəribə əjdaha (film, 1984) Qozbeli qəbir düzəldərmi?
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Rəhman Abdullayev
Rəhman Abdullayev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi. Rəhman Abdullayev (tarzən) — Azərbaycanlı tarzən.
Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi. == Həyatı == Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. == Həyatı == Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Rəhman Bayramov
Rəhman Dilcan oğlu Bayramov (20 avqust 1993, Gəncə – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bayramov 20 avqust 1993-cu ildə Gəncə şəhərində Dilcan Bayramovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Göygöl rayon 8 mart qəsəbə tam orta məktəbində təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Rəhman Bayramov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəhman Bayramov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəhman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhman Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Rəhman Bəşirov
Rəhman Eyvaz oğlu Bəşirov (20 mart 2002; Salyan, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bəşirov 2002-ci ilin mart ayında Salyan rayonunda doğulub. R. Bəşirov ailənin beş övladından biri olub. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəhman Bəşirov Murov döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olub. Salyanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşirov Rəhman ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi == Həyatı == Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. == Karyerası == 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.
Rəhman Musayev
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.
Rəhman Məmmədov
Rəhman Məmmədov (nazir) — dövlət xadimi. Rəhman Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəhman Orxan
Rəhman Orxan (24 iyul 1950, Qayabaşı, Nuxa rayonu – 2 fevral 2024) — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. == Həyatı == Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982–83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. 2 fevral 2024-cü il tarixində vəfat edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y. Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971–1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan "Metallurq" qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə "Vışka" qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər "Vışka" qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin "Zaman" qəzetində çap olunub.
Rəhman Quliyev
Rəhman Quliyev (26 iyul 1954, Bakı – 7 aprel 2010, Bakı) — "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. == Həyatı == Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. == Fəaliyyəti == 1978–1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981–1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984–1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Rəhman Əşrəfov
Rəhman Əşrəfov (tam adı: Əşrəfov Rəhman İsmixan oğlu; 22 may 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Rəhman Əşrəfov 1955-ci ilin 22 may tarixində Bakının Binə qəsəbəsində anadan olub. Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. 6 ay əvvəl Gülsümxanım adlı bir qızla ailə həyatı qurmuşdu. İşlətdiyi Moskviç maşınında təxminən saat 23.00 radələrində yaralı apararkən özü də yaralanmışdır. Xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş, maşın sıradan çıxdığından yaralılar xeyli yerdə qalmalı olmuşdur. Sonra xəstələr Mərdəkan xəstəxanasına gətirilmişlər. Rəhmanın vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına dəyişdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir.
Rəhman Qurbanov
Qurbanov Rəhman Əlisgəndər oğlu (1946, Bakı) — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010-2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili və karyerası == 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1968-1986 illərdə “Xəzərdənizneft” Birliyinin Serebrovski adına (indiki “Qum adası”) neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986-1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” neft və qazçıxarma idarəsinin rəisi, 1994-2003-cu illər ərzində ARDNŞ-nin “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin baş direktoru, 2006-2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş, 1988-ci ildə “Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Respublikası əməkdar mühəndisi” adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930, Əcəxur, Quba rayonu – 23 iyun 2015, Mahaçqala) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Mehman (Həştrud)
Mehman (fars. مهمان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (35 ailə).
Mehman (ad)
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir. Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mehman Abdullayev
Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri. == Həyatı == Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir. 30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir. == Seçilmiş əsərləri == XIX əsrin 20–30-cu illərində Şimali Azərbaycanın dövlət kəndində rus çarizminin maliyyə siyasəti "Tarix və onun problemləri"jurn.,2001, I sayı Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. Kürəkcay müqaviləsi (Müqavilənin bağlanmasının 200 illiyinə) "Tarix və onun problemləri"jurnalı, 2005, II sayı XVIII əsrin II yarısı-XIX əsrin ortalarında Azərbaycanda vəqf institutu(Qarabağa aid materiallar əsasında) Bakı Universitetinin Xəbərləri(humanitar elmlər seriyası). Bakı, 2007, sayı 1 Naxçıvan xanlığına aid kəngərli sənədlərində mülk torpaq sahibliyinin xüsusiyyətləri. "Azərbaycan tarixinin aktual problemləri" adlı elmi metodiki konfransı "Tarix və onun problemləri"jurnalı, 2007, III sayı Rusiya İmperiyasının Azərbaycanda müstəmləkə siyasətinin bəzi aspektləri (XIX əsrin ilk onillikləri) // "Geostrategiya" № 1, Yanvar-fevral 2013, Azərbaycan Səfəvi Dövlətinin Tarixinə Bir Baxış: Tariximizin şanlı səhifəsi və Qürur Mənbəyimiz // TQDK. Abituriyent jurnalı № 2, 2013 Вакфная земельная собственность в Азербайджане в период ханств: "Хабаршы" тарих сериясы, Вестник Казахский Национальный Университет имени Аль- Фараби № 2 (69)2013 1918-ci ilin Mart soyqırımı — Təhsil jurnalı № 03, 2014 (http://www,sciencepublishinggroup.com/j/history) Wakf in the socio-ekonomic structure of Azerbaijan, the place of Wakf property (on the basis of archival materials of Etchmiadzin monastery) Xanlıqları Döründə Azərbaycanda Ali Zümrənin tərkibi və statusu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları, 21–23 may 2018 il s.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mehman Alıyev
Mehman İbrahim oğlu Alıyev (1969, Gədəbəy rayonu – 1992, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == 1969-cu ildə Gədəbəy rayonunun Qaradağ kəndində anadan olmuşduşdur. 1990-cı ildə Sovet ordusundan tərxis olunan Mehman erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş, 1992-ci ilin yanvar ayından isə Xüsusi Təyinatlı Milis Batalyonun tərkibində vuruşmuşdur. Ağdərədə, Goranboyda, Şəmkirdə rus qoşunlarının çıxarılmasında iştirak edib. İvanovka, Mutudərə, Mormor, Göyəmli, Başkənd yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində fəal iştirakı olumuşdur. O, ilk dəfə Qırmızı Bazar kəndi yaxınlığında əsil kəşfiyyatçı kimi sınaqdan çıxıb. Burada bir neçə erməni qulduru öldürüb. 800-dən artıq oğurlanmış qoyunun geri qaytarılmasında iştirak edib. Ümumiyyətlə, onun kəşfiyyatdan əliboş qayıtdığı olmayıb. Ona görə də yoldaşları bu cəsur oğlana "REMBO" adı vermişdilər.1992-ci il Mormor əməliyyatı igid kəşfiyyatçının son döyüşü oldu.
Mehman Alışanov
Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub. == Həyatı == Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır. == Karyerası == Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib. Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb.
Mehman Ağayev
Mehman Ağayev (31 avqust 1946, Masallı rayonu – 15 aprel 2021, Bakı) — tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu (2011–2019). == Həyatı == Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında "Böyrəkköçürmə və hemodializ şöbəsi"nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun "Hemodializ və Böyrəkköçürmə Laboratoriya"sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. 2010-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.
Mehman Baxışov
Mehman Baxışov (futbolçu)
Mehman Cavadoğlu
Mehman Cavadoğlu (11 dekabr 1955, İsmayıllı rayonu) — yazıçı == Həyatı == Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1978–1988-ci illərdə "Sovet kəndi" qəzetinin müxbiri və şöbə müdiri vəzifələrində çalışıb. 1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən — Azərbaycan Xalq Cəbhəsi yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin nəşr olunmasında iştirak edib. 1991–1992-ci illərdə "Müxalifət" qəzetinin redaktoru olub. 1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin bərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru olub.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.