Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DJ Seym
Latviya Seymi
Latviya Seymi —
Ceyn Seymur
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537 və ya 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Cənubi Qafqaz seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. == Tarixi == Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, “yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə... Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər” fəaliyyət göstərəcək. === Müəssislər Məclisinin dağıdılması === 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı.
Devid Seymur
Devid Seymur (əsl adı: Dawid Szymin) və ya Şim ("Szymin" soyadının qısaldılmışı) (20 noyabr 1911[…], Varşava – 10 noyabr 1956[…], El-Qantara[d], Əl-İsmailiyyə mühafəzəsi[d]) — polyak fotoqraf və fotojurnalistdir. O, İspan vətəndaş müharibəsində çəkdiyi fotolara və Maqnum Fotonun Anri Kartye-Bresson, Robert Kapa və Corc Rocerlə birgə həmtəsisçisi olduğuna görə tanınır. Onun UNISEFlə birgə əməkdaşlıq etdiyi "Savaşın uşaqları" adlı fotoproyekti də olduqca məşhur olub II Dünya Müharibəsindən sonrakı uşaqların vəziyyətini ustalıqla əks etdirir. Ölümündən sonra o Maqnum Fotonun prezidenti vəzifəsinə yüksəldi və 1954-cü ildə o, Robert Kapanın ölümündən sonra Maqnum Fotonun prezidenti oldu və Suez böhranının ardından Misir pulemyot atəşi ilə 1956-cı ildə öldürülənə qədər bu vəzifəni tutdu. == Uşaqlığı == Şim 1911-ci ildə polyak-yəhudi ailəsində düynaya gəlmişdir. Onun Aylin (Eileen) adlı özündən 3 yaş kiçik bir bacısı var idi. Valideynləri Regina və Benjamin Szymin Yiddish və İbrani kitablarının hörmətli naşiri idi. 1914-cü ildə birinci dünya müharibəsi yeni başlamışkən Devid və onun valideynləri emiqrant kimi Odessaya gəldilər. 1919-cu ildə onlar Varşavaya qayıtdılar. O,Leypziqdə təsviri sənət oxudu və sonradan Sorbonda oxumaq üçün Parisə getdi.
Filip Seymur Hoffman
Filipp Seymur Hoffman (ing. Philip Seymour Hoffman; 23 iyul 1967[…], Feyrport[d], Nyu-York ştatı – 2 fevral 2014[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktyoru. == Həyatı == 1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib. Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb. 2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O'Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək.
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537 və ya 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Quliyev (şəhid) — Qarabağ müharibəsi şəhidi, "Vətən uğrunda" medalı laureatı. Seymur Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. == Tarixi == Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abasov (10 avqust 1999, Buravar, Cəlilabad rayonu – 29 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Abasov 1999-cu il avqustun 10-da Cəlilabad rayonunun Buravar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Seymur Abasov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abasov oktyabrın 29-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Seymur Abbasov
Seymur Müşfiq oğlu Abbasov (20 may 2000; Göygöl, Azərbaycan — 8 noyabr 2020; Şuşa şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Abbasov 2000-ci il mayın 20-də Göygöl şəhərində anadan olub. 2006-2017-ci illərdə Göygöl şəhər 3 saylı tam orta məktəbdə təhsil almışdır. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan IV kurs kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Seymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abbasov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Seymur Allahverdiyev
Seymur Qərib oğlu Allahverdiyev (1 iyun 1985; Gədəbəy rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Allahverdiyev 1985-ci il iyunun 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Seymur Allahverdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Gədəbəy rayonunun Parakənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Alızadə
Seymur Mirzə oğlu Alızadə (12 yanvar 1998; Xuluf, Şəmkir rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Alızadə 1998-ci il yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Seymur Alızadə 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Alızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Seymur Alızadə oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Alızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seymur Baxışov
Seymur Qulamhüseyn Baxışov (d. 12 iyul 1987; Sumqayıt, Azərbaycan - ö. 2 aprel 2016; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb. == Hərbi xidməti == Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu. Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. == Həyatı == Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Səlyəddin oğlu Bəylərov (24 iyun 1996; Samux, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Bəylərov 24 iyun 1996-cı ildə Samux rayonu, Qarayeri kəndində anadan olub. Əslən Kəlbəcər rayonu Alı kəndindəndir. == Hərbi xidmətləri == 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Seymur Bəylərov Talış Madagizin azad edilməsində savaşıb. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artilleriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq, Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid olan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silahlarını da götürərək düşmənin üzərinə təkbaşına gedib.
Seymur Quliyev (şəhid)
Seymur Sarı oğlu Quliyev (1969, Sırxavənd, DQMV – 1994, Ağdam rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. "Vətən uğrunda" medalı laureatı. == Həyatı == Seymur Quliyev 1969-cu il martın 11-də Ağdam rayonunun Sırxavənd kəndində (bu kənd vaxtilə ləğv edilmiş Ağdərə rayonunun inzibati tabeçiliyində idi) dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Seymur 2 illik əsgərlik borcunu Xabarovsk vilayətində başa vurur. 1989-cu ildən hərbi xidmətdən tərxis olunduqdan sonra əkəndə qayıdır. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən dağ Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Sırxavənd camaatı səksəkəli günlərini yaşayırdı. Seymur Quliyev ilk gündən ermkəni quldurlarına qarşı açıq-açığına bayrağını göstərir. Daşnakların bayrağını kim çıxarıb gətirsə, onu böyük mükafat gözləyir.
Seymur Sərxoşov
Seymur Sərxoşov (tam adı: Seymur Ramiz oğlu Sərxoşov; 28 yanvar 1987, Qızıldaş – 14 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikasının Şəhidi. == Həyatı == === Erkən illəri === Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. === Yeniyetmə illəri === 2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)" ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır. === Şəhadəti === Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı.
Seymur Talıbov
Seymur Vasif oğlu Talıbov (1988, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Vasif Talıbovun oğlu. == Həyatı == Seymur Talıbov 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. Seymur Talıbov 2009–2010-cu illərdə magistratura təhsilini London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. O, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilik proqramından məzunu olub. Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2014-cü ildə "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Seymur Talıbov 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorudur. 14 iyun 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının dosentidir.
Seymur Tağıyev
Seymur Elman oğlu Tağıyev (1 yanvar 1992-ci ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == Seymur Tağıyev 1992-ci ildə Tovuz şəhərində anadan olmuşdur. O, Tovuz futbol məktəbinin tələbəsidir. == Klub karyerası == Seymur Tağıyev öz peşəkar futbolçu karyerasına 2008-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda start vermişdir. O, Tovuz təmsilçisində №18 forma ilə çıxış etmişdir.
Seymur Teymurov
Seymur Teymur oğlu Teymurov (9 avqust 1981, Bakı) — Xəzər İntellektual Gənclər Klubu İctimai Birliyinin sədri və "Media Çalışmaları" MMC-nin baş direktoru, eləcə də həmin media şirkətinə daxil olan Bax.tv video portalı, News.az xəbər saytı, Offsideplus.az idman saytının baş redaktoru, "Что? Где? Когда?" televerilişinin Azərbaycandilli versiyasında ilk komandanın kapitanı, 2016–2017-ci illərdə Garant Media Holding İdarə Heyətinin sədri və eyni zamanda Oxu.az xəbər saytının baş redaktoru, 2016-cı ilin fevral-sentyabr aylarında 107.7 FM dalğasında yayımlanan Avto FM radiostansiyasının direktoru, 2014–2015-ci illərdə "National Geographic Azerbaijan" jurnalının baş redaktoru, 2008–2014-cü illərdə "Consulting&Business" jurnalının şef-redaktoru. == Həyat və fəaliyyəti == Seymur Teymurov 9 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988–1997-ci illərdə Bakıdakı Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbdə təhsil almış, 1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olmuşdur. 2002-ci ildə tarixçi ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə digər təsisçilərlə birgə Xəzər İntellektual Klubunun yaradılmasında iştirak etmişdir. 2007-ci ildə Klub ictimai birlik kimi "Xəzər İntellektual Gənclər Klubu" adı ilə dövlət qeydiyyatına alındıqdan sonra həmin təşkilatın sədridir. Xəzər İntellektual Gənclər Klubu Azərbaycanda ilk dəfə olaraq ana dilli intellektual oyunları mütəmadi olaraq təşkil edən ictimai birlikdir. Seymur Teymurov GameTV.az prodüser mərkəzinin çəkdiyi "Что?
Seymur Vəzirov
Seymur İbrahimov
Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000, Tumbul, Naxçıvan Muxtar Respublikası – 1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur. == Hərbi xidməti == Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seymur İbrahimov(şəhid)
Seymur Zamin oğlu İbrahimov (20 oktyabr 2000, Tumbul, Naxçıvan Muxtar Respublikası – 1 noyabr 2020) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Seymur İbrahimov 20 noyabr 2000-ci ildə Babək rayonunun Tumbul kəndində doğulmuşdur. 2006-cı ildə 13 nömrəli tam orta məktəbə daxil olmuşdur. == Hərbi xidməti == Seymur İbrahimov orta məktəbi bitirdikdən sonra 2019-cu il ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 15 ay kəşfiyyatçı kimi xidmət göstərib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əsgəri olan Seymur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Seymur İbrahimov 1 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 6 noyabr 2020-ci ildə nəşi Babək rayonunun Tumbul kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Seymur Ələsgərov
Seymur Əli oğlu Ələsgərov (2 fevral 1992, Novosaratovka, Gədəbəy rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seymur Ələsgərov 1992-ci il fevralın 2-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Seymur Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Ələsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunun Novosaratovka kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Ərəbxanov
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Bredli Geym
Bredli Geym (8 noyabr 1995) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Bredli Geym Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bredli Geym 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 48.438 saniyəlik nəticəsi ilə 86-cı yeri tutdu.
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent — 13 noyabr 1736, Böyük Britaniya) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Ronald Saym
Ronald Saym (ing. Ronald Syme; 11 mart 1903[…], Eltham[d] – 4 sentyabr 1989[…], Oksford) - Yeni Zelandiya mənşəli Britaniya tarixçisi. == Həyatı == Ronald Saym Yeni Zelandiyada çox da böyük olmayan Elhem şəhərində anadan olmuşdur. Oklend universitetində, Bellinqtonda Viktoriya universitetində, sonralar isə Oksford universitetində ali təhsil almışdır. 1944-cü ildən Britaniya Akademiyasının üzvü, 1949-cu ildən Oksford universitetinin qədim tarix üzrə professoru olmuşdur. 1976-cı ildə Böyük Britaniyanın Xidmət ordeni ilə təltif olunmuşdur. Ronald Saym özünün əsas əsəri olan - «The Roman Revolution» (1939) əsərində e.ə. I əsrin II yarısı - b.e.-nın I əsrinin əvvəllərində qədim Roma siyasətində və cəmiyyətində baş verən struktur dəyişiklikləri inqilab kimi qiymətləndirmişdir. (Kitabın adı buradan yaranmışdır). Saym bu əsərində qədim Roma tarixində mühüm rol oynayan ailələrin və nəsillərin (Ssipionlar, Metellər və sair) həyat yolunu təhlil edərək bu nəticəyə gəlmişdir ki, həmin dövrdə senatda yeni, əsilzadə olmayanlar daha çox üstünlük təşkil edirdilər.
Seye Ogunleve
Seye Ogunleve (30 avqust 1991, Laqos, Nigeriya) — Nigeriyalı atlet. Seye Ogunleve Nigeriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Seye Ogunleve birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.26 saniyəlik nəticə ilə 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. == Tarixi == Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, “yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə... Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər” fəaliyyət göstərəcək. === Müəssislər Məclisinin dağıdılması === 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı.
Seyf kassa
Seyf, genəlliklə daha iri bir seyf və ya bank kasasında qorunan şəxsi əşyaların saxlandığı depozit qutusu kimi bilinir. Seyf qutuları əsasən bank filiallarında, poçt şöbələrində və ya digər müəssisələrdə mövcuddur. Bu qutular, qiymətli daşlar, qiymətli metallar, valyuta, satıla bilən qiymətli kağızlar, dəbdəbəli mallar, vəsiyyətnamələr, əmlak aktları və ya doğum haqqında şəhadətnamələr kimi əhəmiyyətli əşyaların saxlanması üçün istifadə olunur. Seyf qutuları, hırsızlıq, yanğın, müdaxilə və ya digər təhlükələrdən qorunmaq üçün təyin olunmuşdur.
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. == Progeriya Araşdırma Fondu == Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. == TEDx konfransı == Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. == Həyatı == 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Sem Perri
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959[…], Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. == Həyatı == Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Sey Muroya
Sey Muroya (5 aprel 1994, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Sey qanunu
Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.
Sey Şonaqon
Sey Şonaqon (清少納言, ehtimal ki, 966, Heyan-kyo[d] – ehtimal ki, 1025, Kioto) – Heyan dövründə yaşamış yapon yazıçı, şairə və saray dayəsi. "Yastıq kitabı" adlı əsərinə görə məşhurdur. Bu əsər Yaponiya ədəbiyyatı tarixində zuihitsu janrının ilk nümunəsi hesab olunur. Zuihutsu janrı qısa epizodlar, aforizmlər və şəxsi təsəvvürlərin qarışıq kolleksiyasından ibarət janrdır. Yaponiyada ilk romanın müəllifi olan Murasaki Şikibu ilə eyni dövrdə yaşamış, hətta Murasaki gündəliyində onun adını çəkmişdir. == Həyatı == Sey Şonaqonun ilk illəri və sonrakı həyatı ilə bağlı məlumatlar çox azdır. Atası alim və şair Motosuke idi. Şonaqon həmin dövrün bir çox qadınından fərqli olaraq Çin klassiklərini öyrənmişdir. Kioto şəhərində yerləşən imperatorluq sarayında yaşamışdır. Bir çox şeir yazmış, şeirləri bir əsərdə toplanmışdır.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhm Adi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Adi səhm
Adi səhm — səhmdar cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağız səhmdar cəmiyyətinin nizamnamə kapitalında paya mülkiyyət hüququnu təsdiq edir, cəmiyyətin idarə edilməsində iştirak etmək, ləğv edildikdə əmlakın bir hissəsini almaq hüququ verir. Cəmiyyət, habelə Səhmdarlar Yığıncağının və Direktorlar Şurasının (Müşahidə Şurasının) müvafiq qərarları qəbul edildikdə, sabit olmayan dividendlər şəklində mənfəətin bir hissəsini almaq. Bundan əlavə, mövcud milli qanunvericiliklə dividendlərin ödənilməsinə məhdudiyyətlər qoyula bilər. Beləliklə, məsələn, Rusiyada maliyyə hesabatlarında müəssisənin hesabat dövrü üçün xalis mənfəəti göstərilmədikdə və ya məhkəmə qərarları olduqda (beynəlxalq arbitraj məhkəmələri də daxil olmaqla) dividendlərin ödənilməsi qadağandır. Dividendlər imtiyazlı səhmlərin sahiblərinə faizlər ödənildikdən sonra mənfəətin qalan hissəsindən ödənilir. Adi səhmlərin sahibləri, bir qayda olaraq, səhmdarların ümumi yığıncağında səs vermək hüququna malikdirlər. Adi səhmlər üzrə dividendlərə zəmanət verilmir. Adi səhmlər fond birjasında və ya birjadan kənar satılır. Rusiyada adi səhmlərin mübadilə dəyəri çox vaxt imtiyazlı səhmlərin dəyərindən yüksək olur.
İmtiyazlı səhm
Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (1546-1622) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Bəhaəddin
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (1546-1622) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı.Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır . == Həyatı == Qafqazda müridizmin ilk yayıcısı 1760-ci ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur , bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq,çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi .
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. == Həyatı == 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H.Q. 306, Qum - ö. M. 991, H.Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır - IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. == Həyatı == Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H.Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. == Təhsili == Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atsından almışdır.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, اردبیل – 12 sentyabr 1334, اردبیل) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.