Seymur Əli oğlu Ələsgərov (2 fevral 1992, Novosaratovka, Gədəbəy rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Seymur Ələsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1992(1992-02-02) |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020(2020-09-29) (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Seymur Ələsgərov 1992-ci il fevralın 2-də Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub.[1] Subay idi.
Azərbaycan Ordusunun çavuşu olan Seymur Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Ələsgərov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gədəbəy rayonunun Novosaratovka kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Ələsgərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]