Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torçu (Məlikan)
Torçu (fars. تورچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,493 nəfər yaşayır (290 ailə).
Borçu
Borçu (Monqolca: Bo'orču, Boγorču, Farsca: بورچى نويان Būrchī Nūyān, بوغورچى نويان Būghūrchī Nūyān, Çincə: 孛斡兒出, 博爾朮), ?-?)— Çingiz xanın andası. Çingiz xanın ən məşhur dörd sərkərdəsindən biri. == Həyatı == Borçu Naxu-bayan oğlu idi. O, Arulat tayfasından çıxmışdı. Temuçinin uşaqlıq dostu idi. 1204-cü ilin qışında Çingiz xan keşik adlı şəxsi qvardiyasını yaratdı. Bu qvardiyanı dörd hissəyə böldü. Hissələrin birinə Borçu başçılıq edirdi.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Topçu
Topçu (İsmayıllı)
Arzular tortu
Ayerşekke tortu
Ayerşekke (alm. Eierschecke‎ — "яичный шекке")-Alman tortu olub, kəsmikli xəmirdən və alma içliyindən, kəsmik və xaş-xaşın qarışığından ibarətdir. Tarixi Saksoniya və Trürinqindən gəlir. == Adı == Şekke-kişi geyim aksesuarı olub, XIV əsrə aiddir. Belə ki, üç hissədən ibarət kəmərli gödəkçədir. Yuxarı, orta və aşağı hissə. Necə ki, bu tortda üç hissədən ibarətdir. Ayerşekkenin yuxarı hissəsi yumurtalı olub, yumurtanın sarısı, kərə yağ, şəkər tozu, vanil və yumurtanın ağından ibarətdir. İkinci qat özündə vanilli kəsmikli, yumurtalı, kərə yağlı, şəkər tozlu və südlüdür. Tortun əsasını isə üçüncü kəsmikli xəmirdən ibarətdir.
Bal tortu
Battenberq tortu
Battenberq və ya Battenburq tortu cemli parçalar ilə örtülmüş yüngül bir tort növü. == Mənşəyi == Əvvəllər Battenburq tortu "Domino tortu"(Aqnes Bertha Marşalın resepti, 1898), "Neopolitan ruleti"(Robert Uels, 1898) və ya "Kilsə pəncərəsi tortu" kimi adlanıb. Tort kraliça Viktoriyanın nəvəsi Şahzadə Viktoriyanın 1884-cü ildə Battenberq şahzadəsi Luizlə nigahı şərəfinə bu adı alıb.
Biskvit tortu
Buççellato tortu
Buççellato (it. buccellato) — Siciliyanın yumru tortudur == Haqqında == Hansı ki, xaç atasının öz xaç oğulluğuna vəftiz günündə verir. Tortun çox iri olması vacibdir. Çünki xaç suyuna salınan uşağa tort nə qədər iri olsa daha çox uğur gətirmiş olacaq. Tortun içərisinə təbii və konservləşdirilmiş meyvələr, müxtəlif çərəzlərdə qatılır. Bu tortun bənzəri yalnız anis əlavəli İtaliyanın Lukka şəhərinin məşhur desertidir.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Kosmos tortu
Kosmos tortu-Qlazurlu və xamalı tort.Tort üç qatdan ibarətdir. == Tarixi == SSRİ dövründən tortun satışına icazə verilmişdir.Klassik tort qəhvəyi rəngli qlazurdan ibarət olub, bezedən ibarət deyil. 2000-ci ildən isə tortun hazır korjlarının satışına başlanmışdır.
Napoleon tortu
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. == Tarixi == Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. == Lazım olan ərzaqlar == === Xəmir Üçün: === 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama === Krem Üçün: === 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı == Hazırlanma qaydası == Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Opera tortu
Opera tortu (fr. Opéra) — fransız biskvit desertidir. == Hazırlanması == Biskvitlər badamlı olur. Biskvitlər siroplarla isladılır. Bəzən kofe, şokolad kremi və ya şokolad qlazuru ilə isladılır. Larus ensiklopediyasına görə opera tortu-çətin badamlı kofe ilə isladılmış biskvitdir. == Tarixi == Tort fransız şirniyyatçısı tərəfindən 1906-cı ildə Lui Klişi tərəfindən Fransada hazırlanmışdır. Bu desert Klişinin ən məşhur şirniyyatıdır. Bəzilərinə görə isə tort 1960-cı ildə Qaston Lenotr tərəfindən hazırlanmışdır. Dİgər bir mülahizəyə görə isə tort fransız operasının şərəfinə Dalloyau şirniyyat şirkəti tərəfindən hazırlanmışdır.
Pavlova tortu
Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir. == Haqqında == Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir. == Tarixi == Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur. Lakin bu mübahisələrə baxmayaq hal-hazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.
Portağal tortu
Praqa tortu
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Qorçu (Laçın)
Qorçu — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəstəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 64 km.şimal-qərbdə yerləşir.Dəniz səviyyəsindən 1884 m. yüksəklikdə yerləşən kənddə geniş meşə massivi var idi.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi çox ciddi qorunurdu. == Əhalisi == Kənd əhalisi 1992-ci ildə164 ailə 979 nəfər olmuşdur,Zağaltı kəndi ilə birlikdə 215 ailə 1273 nəfər əhalisi olmuşdur.kənd əhalisi kürd mənşəli olub. 1 ci Qarabağ müharibəsi zamanı 10 İyun 1975-ci ildə Laçın rayon Qorçu kəndində anadan olmuş Şahvələdov İlyas Nəriman oğlu 1994-cü ilin may ayının 9 da Ağdərə rayon Qırmızıkənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur, Bərdə rayon şəhidlər xiyabanında dəfin edilib. və Xəlilov Osman Muğan oğlu 11 Fevral 1967 ci ildə Qorçu kəndində doğulub Ağdam rayonunda yaşamışdır,14 may 1994-cü ildə Tər-tər rayon Seyidsulan kəndində gedən döyüşlərdə şəhid olmuşdur Bərdə rayon Şəhidlər xiyabanında dəfin edilib. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. == Mənası və vəzifəsi == İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Soğan tortu
Soğan tortu (alm. Zwiebelkuchen‎) — Maya və ya acıtmalı xəmir,soğan, bekon, krem və zirə toxumundan Almaniyada hazırlanan tort.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Topçu (Şəbüstər)
Topçu (fars. توپچي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (94 ailə).
Topçu bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Dövlət borcu
Dövlət borcu — daxili və xarici dövlət borcundan ibarət olmaqla, ölkənin təxirəsalınmaz sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin mmaliyyələşdirilməsi üçün qəbul edilən, ölkə hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borcu aşağıdakı formalarda ola bilər: hökumətin aldığı kreditlər, hökumətin adından buraxılan qiymətli kağızlar şəklində olan dövlət istiqrazları və hökumətin təminat verdiyi digər borc öohdəlikləri.