Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namiq
Namiq — Azərbaycanlı adı.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Ulama
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Donrovın Namdaq
Donrovın Namdaq (monq. Донровын Намдаг, rus. Донровын Намдаг; 16 dekabr 1911 -11 mart 1984) - Monqolustanlı dramaturq, rejissor, yazıçı və şair. Müasir Monqolustan dramının banilərindən biri. Monqolustanın əməkdar artisti. == Həyatı == O, 1911-ci il 16 dekabrda Monqolustanın Sayn-Noyon-Xanski aymagında anadan olmuşdur. Uşaq yaşlarından yazmağı öyrənən Donrovın, 1920-ci ildə orta məktəbə daxil oldu. 1925-ci ildə isə Ulan-Batora köçür. 1926-1927-ci illərdə Almaniyada alman dilində təhsil aldı. 1927-1929-cu illərdə Badarçem, Batsux, Qombo, Xaalay, Namxayserenom, Nasardorjem, Sədəd, Sərəxand, Paqmadulam və Şevenom ilə birlikdə Almaniyada Vixersdofda oxudu.
Unalqa adası
Unalqa adası (ing. Unalga Island, aleut. Unalĝa) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Şərqi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Unalaşka adasının şimal-şərq sahilində yerləşir. Akutan adasından Akutan boğazı ilə ayrılır. Sahəsi 28,5 km²-dir. Adanın uzunluğu 7,2 km-dir. Maksimal hündürlüyü 84 metrdir.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Nama
Damaq sümüyü
Namaz Allahverdiyev
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000, Suçma, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namaz Allahverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Namiq Cırıyev
Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas == Həyatı == Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub. 1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib. 2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır. 100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.
Namiq Cəlilov
Cəlilov Namiq Sərdar oğlu (18 fevral 1959, Şahbuz rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru == Həyatı == Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N. S. Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986–2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. 1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir. Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir. İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. 107 elmi məqalənin müəllifidir.
Namiq Dadaşov
Namiq Dadaşov Əbdül Xalıq oğlu (27 noyabr 1945, SSRİ və ya Azərbaycan – 7 oktyabr 2021) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş == Həyatı == Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib. 7 oktyabr 2021-ci il tariixndə vəfat edib. Ailə idi, iki uşağı var. == Yaradıcılığı == 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh. 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh.
Namiq Hacıheydərli
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). == Həyatı == Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib. == Yaradıcılığı == 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
Namiq Hacıyev
== Siyahı ==
Namiq Hüseynov
Hüseynov Namiq Tahir oğlu — Azərbaycan jurnalisti. == Həyatı == 30 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Özəl Türk Liseyini, 2004-cü ildə isə Bakı Dövlət Universitetini "iqtisadi kibernetika" ixtisası üzrə bitirib. 2006-cı ildən ANS şirkətlər qrupuna daxil olan ANS TV-nin xəbərlər xidmətində çalışıb. ANS-də işlədiyi müddət ərzində "Salam Azərbaycan", "Xəbərçi", "İç xəbər" və "Düzbucaq" proqramlarının həm müxbiri, həm aparıcısı, həm də redaktoru olub. Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı "60 yaşında cavan", Azərbaycanda televiziyanın yaranma tarixi ilə bağlı "Dövlət güzgüsü", milli mətbuatın yaranma tarixi ilə bağlı "Əkilənlər və biçilənlər" adlı sənədli filmləri çəkib. Səhhətində yaranmış problemlərlə əlaqədar 31 mart 2012-ci il tarixində telekanalı tərk edib. Bir müddət Azərbaycanda pulsuz paylanan qəzet olmuş New Baku Post (qəzet) inin iqtisadiyyat üzrə müxbiri, Fins.az - maliyyə xəbər portalının redaktoru olub. Hal-hazırda "Report" İnformasiya Agentliyi nin iqtisadiyyat şöbəsinin redaktorudur. Ailəlidir, bir qızı, bir oğlu var.
Namiq Həsənov
Namiq Həsənov (siyasətçi) — Naxçıvan MR Ali Məclisinin sabiq sədri. Namiq Həsənov (futbolçu) — Azərbaycanlı futbolçu. Namiq Həsənov (əsgər, 1991) — Vətən müharibəsi şəhidi.
Namiq Kamal
Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir.
Namiq Musalı
Üçayaq
Üçayaq — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış "Tənzərə" rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.