Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
Hvarda dini yürüş
Hvarda dini yürüş—(xorv. Za križen) Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından (8 saat ərzində 25 kilometr qət etmək) həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfindən musiqili dialoq formasında ifası təşkil edir.. == Haqqında == Bu tədbirə hər il axşam saatlarında 6 kilsədən — Vrban, Vrboska, Jelsa, Pitve, Vrisnik və Svirçe kilsələrindən eyni zamanda 6 yürüşlə start verilir. Hər bir yürüş böyük bir dairə üzrə hərəkət edir ki, təyinat nöqtəsinə səhər saat 7-də çata bilsin. Hər bir yürüşü xaçı daşıyan xaçlılar aparır. Xaçlının rolu adadan böyük şərəfə malikdir, bu səbəbdən də bu xaçlıları 20 ildən artıq bir müddətdə müəyyən edilirlər.
Yuri
Yuri — Rus adı. Yuri Andropov — SSRİ-nin dövlət və partiya xadimi. Yuri Daniloçkin — Belaruslu dağ-xizək idmançısı. Yuri Fidler — şair-tərcüməçi. Yuri Osipov — Rusiya riyaziyyatçısı və mexaniki. Yuri Pompeyev — mədəniyyətşünas. Yuri Xaçaturov — general-polkovnik. Yuri Karyakin — Sovet və Rusiya ədəbiyyatşünası. Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan.
Yuris Hartmanis
Yuris Hartmanis (5 iyul 1928, Riqa – 29 iyul 2022) — latviyalı alim == Həyatı == Yuris Hartmanis 5 iyul 1928-ci ildə Riqa Latviya şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış latviyalı alim Yuris Hartmanis 1993-cü ildə o, Riçard Sternslə birgə hesablamaların mürəkkəbliyi nəzəriyyəsi sahəsində apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlərə görə Türinq mükafatına layiq görülmüşdür. == Seçilmiş əsərləri == In the Baltic languages, own-names are not lexical constants but have different grammatical forms. Hartmanis must be understood as Hartman-is, whereby Hartman is the stem of the own-name, whereas the suffix -is indicates a masculine grammatical form in the Latvian language. In a similar manner, for example, the philosopher Kant is known as Kantas in the Lithuanian language. List of Fellows of the American Mathematical Society retrieved 2013–01–19. National Academy of Sciences Members and Foreign Associates Elected Archived 2013–05–27 at the Wayback Machine., National Academy of Sciences, April 30, 2013. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Yuris Maklakovs
Yuris Maklakovs (27 oktyabr 1964) — Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Yuris Upatnieks
Yuris Upatnieks (latış. Juris Upatnieks‎; 7 may 1936, Riqa) — Latviya və ABŞ fiziki və ixtiraçısı, holoqrafiya sahəsinin pionerlərindən biri. Upatnieks II Dünya Müharibəsinin sonlarında valideynləri ilə birlikdə Latviyanın Sovet işğalından qaçdı və Almaniyadan sığınacaq istədi. 1951-ci ildə ailə ABŞ-yə mühacirət etdi. Ohayo ştatının Akron şəhərinin orta məktəbində oxudu və Akron Universitetində elektrik mühəndisliyi ixtisası üzrə təhsil alaraq 1960-cı ildə burada bakalavr dərəcəsinə yiyələndi. Bundan sonra Miçiqan Universitetinin Elm və Texnologiya İnstitutunda oxudu və 1965-ci ildə elektrik mühəndisliyi üzrə magistr dərəcəsi aldı. 1973-cü ildən 1993-cü ilədək Miçiqan Ətraf Mühit Tədqiqat İnstitutunda çalışmış və Ann Arbordakı Miçiqan Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Bölməsinin adyunkt professoru olmuşdur. Orada o, 1996-cı ilə qədər optika üzrə laboratoriya kursu tədris edirdi. 1993-cü ildən 2001-ci ilə qədər Ann Arborda "Applied Optics" üzrə konsultant idi. 1996-2001-ci illərdə o, həmdə Miçiqan Universitetinin maşınqayırma mühəndisliyi və tətbiqi mexanika bölməsində tədqiqatçı idi.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Xuris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Yunis
Yunis — ad.
İş və azadlıq uğrunda Vaşinqtona yürüş
İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200–300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş. Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir. Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi. Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.
Aşıq Yunis
Aşıq Yunis (Yunis Məmməd oğlu İbrahimov; d. 1888, Göyçə mahalı, Cil – ö. 1974, Ermənistan SSR, Cil) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Yunis 1888-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Körpə ikən atasını itirən Yunis ailənin ağırlığını öz çiyninə götürmüş, körpə qardaş və bacılarını böyütmüşdür. Yunis Aşıq Zaman, Aşıq Mehdi və Aşıq Qasım (cilli) qardaşlarına şəyird olmuşdur. Az vaxt içərisində püxtələşərək bir aşıq kimi yetişmiş, Göyçə hüdudlarından kənarda da Əli Mazanoğlu ilə birgə gəlinlər gətirmiş, qızlar köçürmüşdür. 1918-ci ildə amansız daşnak gülləsi onun sol biləyini dağıtmışdır. Bu hadisə qaçqınlıq illərinə təsadüf edir. Tovuzun Qovlar kəndindən olan Yadigar oğlu İsmayıl onun qolunu müalicə etmişdir.
Elxan Yunis
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Kamran Yunis
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. == Həyatı == Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.
Toyota Auris
Toyota Auris — Yaponiya avtomobil istehsalçısı Toyotanın Böyük Britaniyada istehsal olunan modeli. Toyota Corolla heçbek versiyasının inkişaf etdirilmiş və xarici görüntüsünün tamam dəyişdirilmiş versiyasıdır. Auris modelinin 3 qapılı versiyası sadəcə Türkiyədə istehsal olunur.
Xan-Yunis
Xan-Yunis (ərəb. خان يونس‎) — Fələstin milli administrasiyası tərkibində yerləşən, Qəzzə zolağına daxil olan şəhərdir. Eyni adlı əyalətin inzibati mərkəzidir. == Tarixi == Şəhərin adı gələcəkdə əmir olan, 1389-cu ild şəhərdə xan karvansarasının və məscidin əsasını qoymuş ən-Nurizi Yunisin adıyla bağlıdır. Sonra onun inşa etdirdikləri qəsəbə şəklində yaradıldı. 1516-cı ildə Osmanlı-Məmlük müharibəsinin gedişatında Xan-Yunisin ətraflarında döyüş baş verdi. Hadim Sinan Paşanın başçılıq etdiyi Osmanlı qoşunu bu şəhər üzərinə hücuma keçdi. Nəticədə Osmanlı ordusu və gücü hesabına Misir məmlüklərinə qalib gəldi. == Coğrafi mövqeyi == Şəhər sektorun cənub hissəsindədir. Aralıq dənizinin sahilinə yaxın, Qəzzə zolağından isə təxminən 20 kilometr cənub-qərbdə yerləşmişdir.
Yarış durumu
Yarış durumu (ing. race condition) – çoxaxınlı sistem və ya tətbiqi proqramın düzgün layihələndirilməməsi nəticəsində yaranan xətadır. Belə ki, sistemin, yaxud tətbiqi proqramın işi kodun hissələrinin hansı ardıcıllıqla yerinə yetirilməsindən asılı olur. Məsələn, Java dilindəki aşağıdakı kod nümunəsinə baxaq: int x; // Axın 1: while (!stop) { x++; … } // Axın 2: while (!stop) { if (x%2 == 0) System.out.println("x=" + x); … } Tutaq ki, x = 0. Fərz edək ki, proqramın icrası bu ardıcıllıqla baş verir: 1. Axın 2-də if operatoru x-in cüt olub-olmamasını yoxlayır. 2. Axın 1-də x++ operatoru x-i bir vahid artırır. 3. Axın 2-də çıxış operatoru çıxışa "x=1" verir, baxmayaraq ki, cütlük yoxlamasından keçdiyindən çıxış tək ədəd olmamalı idi. Belə vəziyyətdən çıxmağın ən sadə yolu x dəyişənini başqa bir lokal dəyişənə köçürməkdir. // Axın 2: while (!stop) { int cached_x = x; if (cached_x%2 == 0) System.out.println("x=" + cached_x); … } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Karam, G.M.; Buhr, R.J.A. (August 1990).
Yoris Harmsen
Yoris Harmsen (26 noyabr 1992) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Yoris Harmsen Niderlandı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yoris Harmsen 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.076 saniyəlik nəticəsi ilə 14-cü yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.779 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu.
Yoris Qnanyon
Yoris Qnanyon (d. 13 yanvar 1997, Bondi, Fransa) — Liqa 1 təmsilçilərindən olan Renn klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Renn === Qnanyon Renn akademiyası vasitəsilə inkişaf etmişdir. Qnanyon Liqa 1-də debütünü 13 yanvar 2016-cı ildə etmişdir. O, bütün 90 dəqiqəni meydanda olmuşdur. Həmin görüşdə Renn Liqa 1 görüşündə Troya ilə 0-0 bərabərə qalmışdır. Qnanyon Liqa 1-də ilk qolunu 28 yanvar 2017-ci ildə Breton derbisində Nant klubu ilə qarşılaşmada 86-cı dəqiqədə vurmuşdur. == Milli karyerası == Qnanyon 25 mart 2017-ci ildə ilk dəfə Fransanın gənclər yığmasına çağırılmış və Fransa U-20 millisi ilə debüt etmişdir. Bir müddətdən sonra Qnanyon valideynləri Kot-d'İvuar vətəndaşları olduqları üçün Kot-d'İvuar millisini seçmişdir. O, 19 may 2017-ci ildə ilk dəfə Kot-d'İvuar milli futbol komandasına çağırılmışdır.
Yunis (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Yunis Cabbarov
Cabbarov Yunis Hüseyn oğlu (1916, Şərur rayonu – 1953, Moskva) — Sosialist Əməyi Qəhrəmanı (10.03.1948) == Həyatı == Yunis Cabbarov 1916-ci ildə Naxçıvan Muxtar Respublikasının (keçmiş Naxçıvan MSSR) Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Orta təhsilini Dərvişlər kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1940-cı ildə İnstitutu fərqlənmə ilə başa vurmuşdur. 1943–1952-ci illərdə Ağsu ZDS İcrayyə Komitəsində şöbə müdiri və daha sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Naziri vəzifəsində işləmişdir. Nazir vəzifəsində işlədiyi illərdə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və taxılçılığın inkişafına öz töhfələrini vermişdir. 1953-cü ildə Moskva şəhərində vəfat etmiş və Naxçıvan Muxtar Respublikasına gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir. == Mükafatları == Taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğu üçün 10 mart 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eləcə də Böyük Vətən Müharibəsində iştrakı ilə bağlı müxtəlif orden və medallarla təltif edilmişdir. == Xatirəsi == Naxçıvan Muxtar Respublikası Babək rayonunda Yunis Cabbarovun adına sovxoz fəaliyyət göstərmişdir. Bununla yanaşı adının əbədiləşdirilməsi məqsədi ilə Naxçıvan şəhərində Yunis Cabbarov adına küçə verilmişdir.
Yunis Hüseynov
Yunis Hüseynov — azərbaycanlı futbol mütəxəssisi. == Həyatı == Yunis Hüseynov 1965-ci ildə Kirovabad şəhərində anadan olub. Futbolla uşaq yaşlarından elə orada məşğul olmağa başlayıb. İlk məşqçisi Konstantin Abramenko olub. Futbolçu karyerasınam Gəncədə — "Kəpəz" klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının "Neftçi" klubunda oynamağa başlayıb. O zaman "Neftçi" keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y. Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992–93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən "Neftçi"yə qayıdıb. O, 1993–1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib.
Yunis Kazembe
Yunis Kazembe (ing. dilində: Eunice Kazembe; 1952 — 28 oktyabr 2013, Yoxanesburq) — Malavi siyasətçisi, sənaye və ticarət naziri (2009—2012), təhsil naziri (2012—2013). Demokratik Tərəqqi Partiyasının üzvü.. == Tərcümeyi-halı == Yunis Kazembe 1952-ci ildə anadan olmuşdur. O, Ottavada, Karlton universitetini bitirərək ticarət sahəsi üzrə bakalavr dərəcəsini, İndiana universitetində təhsil alaraq magistr dərəcəsini almışdır.. 1986—1999-cu illərdə Kazembe kənd təsərrüfatının inkişafı və marketinq Korporasiyasının baş direktoru, 1999—2004-cü illərdə — Çin Respublikasında səfir vəzifəsində çalışmışdır.. 2005—2009-cu illərdə o şəhər quruculuğunun inkişafı məsələləri üzrə prezidentin müşaviri, həmçinin şaxta, energetika və təbii resurslar naziri olmuşdur.. 2009-cu ilin mayında Kazembe Çiradzulu şəhərindən Malavi parlamentinə seçilmişdir.. 15 iyun 2009-cu ildə formalaşdırılan hökumətdə sənaye və ticarət naziri vəzifəsinə təyin edilmişdir.. 26 aprel 2012-ci ildə prezident Coys Bandanın elan etdiyi yeni hökumətin tərkibində Kazembe təhsil naziri vəzifəsini tuturdu..
Yunis Kazımov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Yunis Munyos
Yunis Munyos (30 iyul 1928, Amareleja[d] – 15 aprel 2022, Lissabon) ― portuqal teatr, kino və serial aktyorudur.
Yunis Nuri
Yunis Nuri və ya Yunus Nuri (tam adı: Yunis Hacı Süleyman oğlu Süleymanov; 23 yanvar 1878, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 5 yanvar 1950, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycan aktyoru, Ermənistan SSR əməkdar artisti (1935). İrəvanda Azərbaycan teatrının yaradıcılarındandır. == Həyatı == Yunis Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olmuşdur. Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun (indiki Artaşat) Sabunçu kəndindən imişlər. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırmışlar. Hacı Süleyman da, Y. Nuri də İrəvanda doğulub böyümələrinə baxmayaraq özlərini daima iftixarla sabunçulu hesab edərmişlər. Yunis Nuri hələ beş yaşında ikən atası vəfat etdi. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoydu. Yunis burada cəmi altı il oxudu, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrəndi.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
Rürik
Rürik (rus. Рюрик; 830 – təq. 879, Veliki Novqorod) — salnamələrə əsasən Rusun banisi. Varyaq, Novqorod knyazı. Knyaz gələcəydə isə çar olan Rüriklər sülaləsinin qurucusu. Rürikin milliyəti sual altındadır. Rürikın çox vaxt Danimarkalı Konunq Rörikla eyni adam olduğnu bildirirlər. Digər versiyaya görə Rürik slavyan əsilli addır və qartal deməkdir. == İstinadlar == == Xarici keçidlər == A.Çernov Rürik haqqında Kirpiçnikov: İlk skandinav yazıları. 1997.
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. == Kilsələr == Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. == İnzibati ərazi iyerarxiyasının yeri == Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. == İstinadlar == == Xarici keçidlər == 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yerik
Yerik (rus. ерик, ing. yerik) daşqın zamanı su basmış körfəz, axmaz, qədim çay yatağı; çaydan gölə, göldən gölə gizli axın; Don çayının aşağısında və Volqa çayının deltasında xırda qollar.
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Türgiş
Türgiş Xaqanlığı, Türkeş və ya Turgiş (Köhnə türkcə: 𐱅𐰇𐰼𐰏𐰾: 𐰉𐰆𐰑, Türgeš budun,   'Türgeş xalqı'; Sadələşdirilmiş Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; i-Şih; qədim tibet: du-Rgyas) türk tayfa konfederasiyası idi. Bir vaxtlar Qərbi Türklərin On-Ok elitası üzərində Tulu qanadına mənsub olan Türkeş, Qərbi Göktürk xanlığının dağılmasından sonra müstəqil bir güc kimi meydana çıxdı və 699-cu ildə xanlıq qurdu. Türklər xaqanlığı 766-cı ilə qədər, karluklar onları məğlub edənə qədər davam etdi. Türkeş və Göktürklər nikahla qohum idilər. == I. Türgiş Xaqanlığı == Türgişlər Göktürklərin "On-Ox" tayfasından idi. Onlar İssık-Kul gölünün ətrafında yaradılmışdır. Göktürk İmperatorluğunun qurucusu Bumin Kağan 552-ci ildə İstemi "On-Ok" soyuna "bəy" təyin etdi. 630-cu ildə Göktürk İmperatorluğu dağılanda dövrün hökmdarı "Baka Tarkan" dövlətinin müstəqilliyini elan etdi. On-Ox qəbiləsinin bütün üzvlərini öz dövlətinə çağırdı. Qısa müddətdə bütün On Oxlar bu dövlətdə birləşərək 140.000 nəfərlik ordu topladılar.
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. == Qardaşlaşmış şəhərlər == Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır). Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Küri
Pyer Küri
Alqoritmlərə giriş
Alqoritmlərə giriş — Tomas Kormen, Charles E. Leiserson, Ronald L. Rivest, Clifford Stein müəllifləri tərəfindən yazılmış kitabdır. Bir çox universitetlərdə bu kitab alqoritmlər kursunun dərs vəsaiti kimi istifadə olunur. Çap olunduqdan sonra ilk iyirmi ilə yarım milyondan çox tirajı satılıb. İlk nəşri 1990-cı ildə, 3-cü nəşri 2009-cu ildə çap edilib.
Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005[…], Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bayırku yürüşü
Bayırku yürüşü – Qapağan xaqanın Doqquz Oğuzlardan Bayırkular üzərinə təşkil etdiyi və qələbə qazandığı son yürüşüdür. == Döyüşdən əvvəl == Göytürk imperiyası böyük siyasi qarışıqlıq içərisində idi. Tanq imperatoru Hsüan Tsunq Qapağan xaqanı tamamilə ortadan qaldırmaq ya da ələ keçirmək istəyirdi. Bu məqsədlə Göytürk dövlətində üç ayrı bölgədə olan və Tanq ilə daha əvvəllər ittifaq qurmuş olan türk boylarının öndərlərinə daha öncə də edildiyi kimi müxtəlif titullar və hədiyyələr təqdim edildi. Beləcə, türk boyları Göytürk xaqanlığına qarşı üsyan etmələri üçün təhrik edildilər. 709-cu ildə çiklər və qırğızlar, 711-ci ildə türkeşlər, 714-cü ildə də qarluqlar üsyan qaldırdı və üsyanlar bir-birinin ardıyca meydana çıxdı. Buna əlavə olaraq, Qapağan xaqanın mərhəmətsizcə bütün üsyanları yatırtması vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Bir çox türk boyu Tanq sülaləsinə sığındı. Hətta bir müddət sonra Qapağan xaqanın öz kürəkəni Aşidə Hu-lu da Tanqa bağlılığını bildirdi. == Döyüş == Üsyanlar ardı-ardına davam edərkən bu dəfə də Göytürk xaqanlığının onurğasını təşkil edən Doqquz Oğuzların üsyan etməsi dövləti çətin vəziyyətə saldı.
Diriş (Salmas)
Dərişk (fars. ‎درشك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (116 ailə).
Dmitro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur. 21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Dmıtro Yaroş
Dmitro Yaroş (ukr. Дмитро Ярош) — Sağ Sektor Partiyası lideri. == Həyatı == === Siyasi fəaliyyəti === 2014-cü il Ukrayna prezident seçkilərində Sağ Sektor tərəfindən prezidentliyə namizədliyi elan edilmiş və rəsmi nəticələrinə görə 21 namizəd arasında 0.70% səs toplayaraq 11-ci yeri tutmuşdur. 21 yanvar 2015-ci ildə Donbassda gedən döyüşlərdə yaralanıb. === Şəxsi həyatı === Ailəlidir. Üç övladı vardır.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. == Həmçinin bax == Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş idarəetməsi
Loq idarəetməsi — böyük həcmli kompüter loqlarını idarə etmək üçündür. Həmçinin başqa adla audit izlənilməsi, hadisə loqları və s kimi tanınır. Loq idarə edilməsi aşağıdakı konsepsiyaları əhatə edir: Loqların toplanması Mərkəzləşdirilmə Uzun müddətli saxlanma Loq dönməsi Loqların analizi Loqların axtarışı və hesabatının hazırlanması Böyük həcmli loqları analiz edərkən aşağıdakı çətinlikərlə üzləşmək mümkündür: Çox böyük həcmli loqlar (böyük şirkətlər üçün gün ərzində 100 GB-a qədər); Loq formatındakı müxtəlifliklər; Sənədləşdirilməmiş şəxsi loqlar (bu analiz prosesini əngəlləyir); Müxtəlif loqlarda yanlışlıqların olması (icazəsiz zorla daxil olma); Loq idarəetməsinin userləri özlərinin şəxsi loq-idarə etmə alətlərini yarada bilərlər. Loq idarə etməsi qarışıq bir proses olub müəssisələrin hər zaman səhlənkar yanaşdıqları bir sahədir. Loqa tərif verərkən bir sıra təkliflər irəli sürülüb. Loq saytların və ya hər hansı tətbiqi proqramların informasiya mübadiləsini və userlərin daxil olmasını göstərən bir prosesdir. Audit prosesində isə toplanmış məlumatlar saxlanılır, icazə sxemləri tərəfindən qorunur və həmişə istifadəçiyə funksional tələblə bağlıdır. Loq prosesi proqramların və saytların daha yaxşı fəaliyyət göstərməsi üçün texniki informasiyaları özündə cəmləyir. Rapor edilmiş buqların həqiqətənmi buq olduğunun yoxlanılmasında Analiz etmək və buqları aradan qaldırmaq üçün Proqramın hazırlanmasında yeni funksionallıqların test edilməsi hazır vəziyyətə gətirmənin prosesləri == Həyat dövrünün istifadəsi == Hər hansi bir idarə Loq idarə edilməsi alətini hazırlayərkən aşağıdakı səviyyələrdən istifadə edə bilər İlkin səviyyədə müəssisə bir neçə loq analizlərindən istifadə edərək loqları analiz edir və təhlükəsizlik baxımından araşdırır. Məqsəd müəsisəyə ola biləcək mümkün hücumların nümunəsi aşkarlamaqdır Müəssisələr loqlardan istifadə edərək bütün gizli datalara nəzarət edir və təhlükəsizlik baxımından gizli olan hər bir datalara olan girişi aşkarlaya bilirlər Yetkinliyin sonrakı mərhələsində, loq analitik enterprise səviyyəsində systemin performansını və mümkünlüyünü izləyə bilir – xüsusi ilə informasiyanın-varlığını yoxlayır.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Giriş səviyyəsi
Giriş səviyyəsi− təhlükəsizlik səviyyəsi nişanının verilənlərin kritikliyinin və ya subyektlərin şəffaflığının identifikasiyası üçün istifadə edilən iyerarxik hissəsidir. Giriş səviyyəsi qeyri-iyerarxik kateqoriyalarla birlikdə təhlükəsizlik səviyyəsini təşkil edir. == Məsələn: Bank balans sinfi == public class bank_balance { public String owner; private int balance; public bank_balance(String name, int dollars) { owner = name; if (dollars >= 0) balance = dollars; else dollars =0; } public int getBalance() { return balance; } public void setBalance(int dollars) { if (dollars >= 0) balance = dollars; else dollars = 0; } } == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.