Yunis Kazımov

Yunis Qasım oğlu Kazımov (24 sentyabr 1993; Qazax rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi veteranı.[1]

Yunis Kazımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Kəmərli, Qazax, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2015—2022
Rütbə Baş leytenant
Döyüşlər Vətən müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Qubadlının azad edilməsi
Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 Şablon:"Hadrutun azad olunmasına görə" medalı 2020 "Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunis Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda "N" saylı hərbi xidmətdə xid zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusuna xidmətini davam etmişdir. 2-ci Qarabağ müharibəsi (44 günlük) bitdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunis Kazımovun şəhid dostunun adını verdiyi Əli adında bir oğluda var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Yunis Kazımov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl,Qubadlı, Hadrut,XocavəndŞuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Hadrutun azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Yunis Kazımov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.