CAHAN
CAHANGİRLİK
OBASTAN VİKİ
Cahangir Hacıyev
Cahangir Fevzi oğlu Hacıyev (26 oktyabr 1961) — Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri (27 mart 2001–2 aprel 2015).; Bakı Futbol Federasiyasının prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü == Həyatı və fəaliyyəti == Cahangir Hacıyev Azərbaycan Dövlət Universitetində təsil almış və təhsilini 1986-cı ildə başa vurmuşdur. 1993-cü ildə Austində Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Cahangir Hacıyev 1993–1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləmişdir. 1995-ci ildə o, Azərbaycan Beynəlxalq Bankında işə başlamışdır. Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən istefa verib. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. === Həbsi === 5 dekabr 2015-ci ildə C. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Cahangir Hacıyev və digər 7 nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurdu. 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevə hökm oxudu. Cahangir Hacıyev 15 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olundu və əlavə olaraq, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, "AqrarKredit" ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verildi.
Cahangir Hüseynov
Cahangir Hüseynov (10 aprel 1953, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (2000–2005). == Həyatı == Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi tərifnamə ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsində kargüzarlıqdan başlamış sonra isə Bakı şəhər 8-ci Notariat kontorunda hüquq məsləhətçisi işləmişdir. Bakı Dövlət Unversitetinin hüquq fakültəsinə daxil olmuş, buranı 1978-ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işləməyə göndərilmişdir. 1978–1983-cü illərdə Bakı şəhər 26 Bakı komissarı adına rayon (indiki Səbail) Daxili İşlər şöbəsinə müstəntiq, 1983–1985-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayonunda istintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşdə göstərdiyi nailiyyətlərə görə mükafatlandırılmış və Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının 1-ci fakültəsinə göndərilmişdir. 1987-ci ildə Hüquq Mühafizə orqanlarında rəhbər kadrların hazırlanması fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. O, respublikada bu ixtisasda olan yeganə mütəxəsisdir. İşlədiyi dövrdə Sankt-Peterburqda SSRİ Baş Prakrorluğunun Prakrorluq və istintaq işçilərinin təkmilləşdirmə instutunu SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində iki akademik ali kurslarını bitirmişdir. O, SSRİ Daxili İçlər Nazirliyinin fəxri fərmanı vı akademiyanın fəxri medalı ilə təltif olunmuşdur.
Cahangir Zeynallı
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Cahangir Zeynalov
Cahangir Məşədi Rza oğlu Zeynalov (21 sentyabr 1865 – 22 oktyabr 1918) — Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi. == Həyatı == Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza Zeynal oğlu ilə birgə tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. 1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi.
Cahangir Zeynaloğlu
Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi. == Həyatı == Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi.
Cahangir Zülfüqarov
Cahangir Zülfüqarov (31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri. == Həyatı == Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var. Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir.
Cahangir Əliyev
Cahangir Əliyev (tam adı: Cahangir Həsənəli oğlu Əliyev; d. 5 may 1931, Düzkənd, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – ö. 2010) — Amasiya rayon Partiya Komitəsinin I katibi (1974–1981), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1981–1984), Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini (1982–1985), Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir. 1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1962–64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.
Cahangir Əsgərov
Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (2008–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011); texnika elmləri namizədi, dosent. == Həyatı == Cahangir Əsgərov 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə An-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir. 1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.
Cahangir
Cahangir — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cahangir Əsgərov — AZAL-ın sədri və AAAF-ın prezidenti.
Cahangir Həsənağa
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Cahangir Həsənzadə
Cahangir Həsənzadə (4 avqust 1979, Bakı) — Azərbaycanlı futbolçu. == Həyatı == Cahangir Həsənzadə 4 avqust 1979-cu ildə Bakıda anadan olub. == Karyera == Əvvəlki klubları: MOİK Bakı, Fərid Bakı, Şəfa Bakı, Volın Lutsk FK, Tavriya Simferopol İK, Neftçi, Qarabağ, İnter Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. 2015-ci ildə karyerasını bitirdi Azərbaycanın olimpiya və əsas yığma komandalarının daimi üzvlərindən biri olub. == Uğurları == İkiqat Azərbaycan çempionu (Neftçi — 2005, İnter Bakı — 2008) Azərbaycan çempionatının gümüş mükafatçısı (Neftçi — 2001) Azərbaycan kubokunun üçqat qalibi (Neftçi — 1999, 2001, Qarabağ — 2006).
Cahangir Kərimov
Kərimov Cahangir Abbas oğlu (18 iyul 1923, Bakı, Azərbaycan SSR, SSRİ – 22 fevral 2015, Moskva) — görkəmli Rusiya hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (REA) (1966-cı ildən) müxbir-üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) (1967-ci ildən), Sirbiya Elmlər və İncəsənət Akademiyasının, Finlandiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elmlər və İncəsənət Akademiyasının, Rusiya İctimai Elmlər Akademiyasının, Beynəlxalq İnformasiya Prosesləri və Texnologiyaları Akademiyasının, Rusiya Federasiyasının Siyasi Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Qonkonq Beynəlxalq Hüquq və İqtisadiyyat İnstitutunun Fəxri prorektoru, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatları İnstitutunun, Moskva Dövlər Hüquq Akademiyasının Baş Elmi işçisi, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər şöbəsinin üzvü. == Həyatı == Cahangir Kərimov 1942-ci ildə Bakı Zenit artilleriyası hərbi məktəbini bitirdikdən sonra Zaqafqaziya cəbhəsinə göndərilir və Böyük Vətən müharibəsinin iştirakçısı olur. 29 may 1946-cı ildə Ordu sıralarında tərxis olunur. 1946-cı ildə Ümumittifaq Hüquq Qiyabi İnstitutunu bitirir, 1950-ci ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyalarını müdafiə edir. 1965–1969-cu illərdə — Leninqrad Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır. 1989–1991-ci illərdə — SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü. Hüquq elminin, sosial planlaşdırma və idarəetmə, dövlət və hüquq nəzəriyyəsinin fəlsəfi problemləri üzrə mütəxəssisdir. Elmi işləri Ümumi hüquq nəzəriyyəsi(hüquq sosiologiyası və hüquq fəlsəfəsi), qanunverici texnika, hüquq psixologiyası, hüquqi kibernetika, hüquq pozuntularının kompleksi profilaktikasına həsr edilib. SSRİ-nin, xarici ölkələrin orden və medalları ilə təltif olunub. Cahangir Kərimov 700-də artıq elmi broşür, məqalə, 40 monoqrafiyanın müəllifidir.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mehdiyev
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mirzə
Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy. == Həyatı == Cəlaləddin Əli bəyin və Sara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.
Cahangir Məmmədli
Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri. == Həyatı == Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub.
Cahangir Məmmədov
Məmmədov Cahangir Rza oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Cahangir Məmmədov 1940-cı ildə Gədəbəyin Yenikənd kəndində anadan olmuşdur. Atası Rza kişi uşaqlarından hər birinin rus dilini bilməsini çox arzulayır, «çox dil bilənin çox da dostu olar» deyirdi. Buna görə də 1949-cu ildə oğlu Cahangiri Yeni Saratovka kənd orta məktəbinə qoydu. Cahangir çox tezliklə rus dilini öyrəndi və seçilən şagirdlərdən biri oldu. 1959-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub, sənədlərini M.Axundov adına APİ-nin rus dili və ədəbiyyatı fakültəsinə verdi və heç bir çətinlik çəkmədən qəbul olundu. == Karyerası == 1964-cü ildə ali təhsilini başa vurub Yeni Saratovka kəndində müəllim və direktor müavini işlədi. Elə buradan da hərbi xidmətə getdi. Vətən qarşısında borcunu verib, 1968-ci ildə bir vaxt təhsil aldığı instituta qayıtdı. Fəlsəfə kafedrasında baş laborant kimi işləməyə başladı.
Cahangir Nağıyev
Nağıyev Cahangir Musa oğlu (31 mart 1903, Gəncə, Rusiya imperiyası - 15 noyabr 1929, Azərbaycan SSR) - azərbaycanlı filosofu və Azərbaycan Kommunist Partiyasının fəal üzvü. == Həyatı == 1903-cü il martın 31-də Gəncədə anadan olub. Atasını çox tez, 1905-ci ildə itirmişdir. 1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar. === Təhsili === 1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə Kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə Kommunist partiyası sıralarına daxil olmuşdur. 1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan "Kommunist" jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professorlar İnstitutunun fəlsəfə fakültəsinə köçürülür.
Cahangir Novruzov
Cahangir Mütəllib oğlu Novruzov (31 iyul 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru. == Həyatı == Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir. Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976–1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır.
Cahangir Qarayev
Cahangir Mürsəl oğlu Qarayev (11 fevral 1950, Bakı – 15 yanvar 2013, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar və pedaqoq. == Həyat və yaradıcılığı == Cahangir Qarayev 11 fevral 1950-ci ildə Bakı şəhərində tibb xadimləri olan Mürsəl Qarayev və Böyükxanım Nəzirovanın ailəsində dünyaya gəlmişdir. Bəstəkar Qara Qarayevin qardaşı oğludur. O, ilk musiqi təhsilini 1957–1968-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində Lidiya Lvovna Filatovanın fortepiano sinfində almışdır. 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, professor Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirmişdir. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxumuş, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlamışdır. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir. Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. O, 1970-ci illərdə caz-rok strukturlu "Cürbəcür" qrupunu yaratmışdır.
Cahangir Qulamov
Cahangir Qulamov (tam adı: Qulamov Cahangir Rza oğlu) — Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi (1992). == Fəaliyyəti == 28 iyul 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 43 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cahangir Qurbanov
Cahangir Qurbanov (müğənni) — Azərbaycan müğənnisi. Cahangir Qurbanov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Cahangir Qəhrəmanov
Cahangir Qəhrəmanov Vahid oğlu (10 fevral 1927, Qəbələ – 26 iyun 1995) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi. == Həyatı == Cahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi. O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Cahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır.
Cahangir Rüstəmov
Cahangir Rüstəmov (polkovnik) — Azərbaycan Milli Ordusunun polkovniki, alay komandiri. Cahangir Rüstəmov (rəssam) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Cahangir bəy Kazımbəyli
Cahangir bəy Əli bəy oğlu Kazımbəyli (15 mart 1894 və ya 3 (15) mart 1885, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 yanvar 1955, Berlin, Qərbi Berlin, Qərbi Almaniya) — Çar Rusiyasında, daha sonra Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri. Cahangir bəy Kazımbəyli Tiflis Hərbi Məktəbinini bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir. == Həyatı == Cahangir bəy Əli bəy oğlu Kazımbəyli 15 mart 1894-cü və ya 1885-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Tiflis gimnaziyasını və Tiflis Hərbi Məktəbini bitirib. Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır.
Cahangir bəy Novruzov
Cahangir bəy Novruzov və ya Cahangir Bərkər (1894, Bakı, Bakı quberniyası, Rusiya İmperiyası — 17 iyul 1958, Bornova, Türkiyə) — Azərbaycan Cümhuriyyətinin kapitanı, Türkiyə Silahlı Qüvvələrinin briqada generalı. Bakı, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 33 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Cahangir bəy Novruzov 1894-cü ildə, Bakıda hərbçi ailəsində anadan olub. Tiflis hərbi məktəbində təhsil alıb. Təhsil aldığı dövrdə Sultan Məcid Qənizadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski ilə tanış olub. 1918-ci ilin aprel ayında həbs olunub. Sonradan azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilərək Gəncəyə göndərilib. == Hərbi xidmət == === I Dünya Müharibəsində === 18 yaşında ikən I Dünya Müharibəsində leytenant rütbəsi ilə draqun alayının süvari bölüyündə xidmət edib.
Cahangir bəy Şıxməmmədbəyov
Cahangir bəy Şıxməmmədbəyov (1898-?) — Tiflis Kommersiya məktəbinin məzunu, pedaqoq. == Həyatı == Cahangir Şıxməmmədbəyov 1898-ci ildə Qutqaşen rayonunun Bum kəndində ziyali ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Bum məktəbində almışdır. Bum məktəbi "rus-tatar" məktəbi olub təhsil müddəti 5 il idi. Məktəbi 1911-ci ildə qurtaran gənc Cahangir həmin ildə Tiflis şəhərinə getmiş və orda "Коммерские училише"də oxumuş, 1916-cı ildə Nuxa gimnaziyasına dəyişmiş, 1919-cu ildə gimnaziyani başa vuraraq Bakıya qayıtmışdır. Bir müddət dəmir yol stansiyasında dispetçer işləmiş və 1922-1925-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur. Təhsil illərində Bakı şəhərindəki 6, 29 və 19 №-li məktəblərdə işləyən Cahangir Şıxməmmədbəyov 1925-ci ildə ali məktəbi bitirdikdən sonra müəllim Rza Talıblının məsləhəti ilə Türkmənistana getmişdir. Cahangir müəllim onunla bərabər Türkmənistana gəlmiş Əli Axundovla birgə Aşqabad pedaqoji texnikumunun, ikiillik qızlar üçün texnikumun və Türkmənistan Partiya Məktəbinin açılışında yaxından iştirak etmiş və həmin təhsil ocaqlarında işləmişlər. Əslində onlar Türkmənistanın ilk ali təhsilli müəəllimləri olmuşlar. Türkmənistan təhsili kənardan gələrək burada ziyalıları birləşdirmiş və onlar respublikanın maarif həyatının canlanmasında əsas qüvvəyə çevrilmişdir.
Cahangir kəndi (Marağa)
Cahangir kəndi (fars. جهانگيركندي‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 48 km cənub-qərbdədir.
Cahangir mirzə Qovanlı-Qacar
Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1810-1853)—Qacar şahzadəsi, vali, tarixçi. == Həyatı == Abbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı. Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı.
Cahangir xan Nuribəyov
Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov (1861, Şuşa – 1934, Bakı) — "Difai" təşkilatının üzvü, mülkədar. == Həyatı == Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı-Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirmişdi. Mülkədar idi. Şuşa şəhərində karvansatası, Cavanşir, Şuşa və Zəngəzur qəzalarında xeyli mülkü vardı. Maarifpərvər adam idi. Şuşa şəhər dövlət ibtidai məktəbinin fəxri nəzarətçisi vəzifəsini daşıyırdı. Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi.
Cahangir xan Xoyski
Xoyski Cahangir xan İskəndər xan oğlu - çar ordusunun general-mayoru. == Həyatı == Cahangir xan İskəndər xan oğlu Xoyski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907-1909-cü illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908-1909-cü illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. == Ailəsi == Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd övladı vardı: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964), Teymur xan (1895-?). Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
Cahangir xoca üsyanı
Cahangir xoca üsyanı — Uyğurların, eləcə dunqanların, qazaxların, qırğızların və Sinszyanın başqa xalqlarının xocaların (Şərqi Türkistanın keçmiş hakimlərinin nəsillərindən olanlar) başçılığı ilə XIX əsrin 20-40-cı illərində Tsin (mancur-çinli) hakimiyətinə qarşı milli qurtuluş hərəkatı. Ən kütləvi və uzun müddətlisi, ağdağlı xocaları hakim nəslin sonuncu nümayəndəsi Sarımsaq oldu Cahangir xocanın üsyanı olmuşdur. Üsyanın ilk cəhdləri 1820-ci illərə aiddir, sonra 1824-1825. Cahangirin Qaşqar dairəsinə 1826-cı ilin iyulunda daxil olması üsyanı Şərqi Türkistanın ən böyük şəhərləri olan Qaşqar, Yarkənd, Xotana yayılmasına səbəb oldu. Bu şəhərləri üsyançılar il yarımdan artıq əllərində saxladılar. 1827-ci ilin sonunda üsyan yatırıldı. Lakin 1830-cu ildə Cahangirin böyük qardaşı Yusuf xocanın başçılığı ilə və kokand xanı Məmməd Əlinin dəstəyi ilə yeni üsyan başladı. Lakin bu üsyan da həmin ilin sonunda məğlub oldu. 1847-ci ildə Cahangirin qardaşı oğlanlarının başçılığı ilə, tarixə “yeddi xoca üsyanı” adı ilə daxil olan üsyan qalxdı. Elə həmin il bu üsyan da yatırıldı.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Cahangir Əliyev (jurnalist)
Cahangir Əliyev (tam adı: Cahangir Həsənəli oğlu Əliyev; d. 5 may 1931, Düzkənd, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – ö. 2010) — Amasiya rayon Partiya Komitəsinin I katibi (1974–1981), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1981–1984), Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini (1982–1985), Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir. 1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1962–64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.
Cahangirabad (Xoy)
Cahangirabad (fars. گروك كندي‎) və ya Görükkəndi — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Cahangirbəyli
Cahangirli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəy) həmin kənd əhalisinin heç bir qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati mənsubluğunu bildirir. Güman edilir ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir. Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə üzərində naməlum yazılar olan daş lövhə mövcud olmuş, sonralar həmin abidələr rayon muzeyinə köçürülmüşdür. Bu qoç formalı abidəyə əsasən kəndin qədim yaşayış məntəqəsi olması fikrini irəli sürmək olar. Belə ki, heyvan formalı abidələr islamdan qabaqkı inancları əks etdirir. Deməli, ən azından kəndin tarixi VII əsrdən əvvələ gedir. == Mədəniyyəti == Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir.
Cahangirli (Ərdəbil)
Cahangirli (fars. جهانگيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Germi qəsəbəsindən 28 km qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (32 ailə).
Cahangirovlar
Cahangirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. 1746-cı ildə Türkiyə-İran sərhəd kəsişməsindən sonra Nadir şah İzmir ətrafından gəlib Çuxur Səddə (İrəvan çuxurunda) yerləşən Aydınoğulları sülaləsinin başçısı Məhəmməd oğlu Aydın bəyi Gümrüyə yerləşdirib sərhəddi qorumaq vəzifəsini ona həvalə edir. Aydın bəyin oğlu Cahangirin övladı Əziz bəyin zamanında – yəni 1804-cü ildə Ruslar Gümrüyü işğal edirlər. Sonralar ailə kötüyündə Əziz bəyin ailəsinin soyadını Cahangirov kimi qeydə almışlar. Əziz bəyin oğlu Məhəmməd bəy Şörəyel nahiyəsinin Qarakilsə kəndindəki Muğan bəyləri tayfasından Şarabanı xanımla evlənir. Onların Əziz, İbrahim, Həsənxan, Tükənbaz və Aydın adına övladları olur. İbrahim bəyin atası Qarsa köçdükdən sonra əmizadələri Gümrüdə qalmışdılar. Həmin nəslin bir qolunu 1918-ci ildə Bakıya köçdüyü məlumdur. Cahangirov soyadını daşıyan digər bir kişinin oğlu Elman Cahangirov ali təhsilli Amasiya rayonundakı süd sanayesi mütəxəssisi idi və Amsiya rayonundakı süd zavodunda baş texnoloq işləyirdi. Deyilənə görə, 1918-ci il hadisələrindən sonra Elman Cahangirov Gümrüdən Rusiyanın Krasnodar vilayətinə köçmüşdür.

Digər lüğətlərdə