DAVİD

sevimli dost; yaxşı səsi olan, gözəl oxuyan.
DAVID
DAVRAN
OBASTAN VİKİ
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
David (Bernini)
David (it. Il David) — Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəldir. Skripione Borgeze inşa edilən villasının bəzədilməsi üçün Berniniyə çoxsaylı heykəllərin hazırlanmasını sifariş etmişdi və Davidin heykəli də həmin sifarişlər arasında idi. Heykəl bu gün də Borgeze qalereyasında saxlanılır. Heykəl 1623–1624-cü illərdə yeddi ay ərzində hazırlanmışdır. Heykəlin mövzusu Qoliafı öldürmək üçün ona daş atmağa hazırlaşan və sonradan onun başını kəsmiş Bibliya personajlarından biri olan Daviddir. Eyni mövzuda olan digər əsərlər (xüsusilə Mikelancelonun məşhur "David") heykəli ilə müqayisədə Bernininin "David"i ehtimal edilən hərəkəti və psixoloji intensivliyi ilə yeni üfüqlər açmışdır. == Ərəfə == Bernininin himayədarlarından biri olan kardinal Kripione Borgeze 1618–1625-ci illərdə sənətkara yeni inşa edilən villanın bəzədilməsi üçün heykəllər hazırlamaq sifariş edir. 1623-cü ildə 24 yaşlı Bernini "David" heykəlini başlamaq üçün çoxdan üzərində işlədiyi "Apollon və Dafne" heykəlini yarımçıq qoyur. Ödəniş qəbzinin verdiyi məlumata görə Bernini heykəl üzərində işə 1623-cü ilin ortalarında başlamışdır, sənətkarın bioqrafı Filippo Baldinuççi isə onun heykəli yeddi ay sonra tamamladığını bildirir.
David (Mikelancelo)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. == Tarixi == === Erkən çətinliklər === Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
David (heykəl)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. == Tarixi == === Erkən çətinliklər === Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
David Abdulai
David Fuseyni Abdulai (1951 – 2 Oktyabr 2016) — Qanalı mesenat. Qananın Tamale şəhərindəki Şekinnah klinikasının xeyriyyəçi həkimi və qurucusu idi. O, 2012-ci ildə ABŞ səfirliyi tərəfindən təşkil olunan Qana Martin Lüter Kinq Mükafatının beşinci sahibi olmuşdur.
David Adeanq
David Adeanq — Naurulu bir siyasətçidir. 24 noyabr 1969-cu ildə Nauruda anadan olmuşdur. Adeanq karyerasına vəkil olaraq başlamışdır. Bir müddət Naurunun maliyyə naziri olmuşdur.
David Alaba
David Alaba (alm. David Olatokunbo Alaba‎; 24 iyun 1992[…], Vyana) — Avstriya futbolçusu, Real Madrid FK və Avstriya milli futbol komandasının oyunçusu. == Həyatı == 24 iyun 1992-ci ildə doğulub. == Ailəsi == Alaba mənşəcə afroasiyalıdır, anası filippinli, atası nigeriyalıdır. Anasının peşəsi tibb bacısı, atasının peşəsi disk jokeydir. (əvvəl reper). == Karyera == === Klub === 24 iyun 1992-ci ildə Vyanada doğulan David Alaba öz karyerasına "Austriya Vyana" klubunda başlayıb. Artıq 2008-ci ildən, Alaba Avstriyalı klubun ehtiyatında özünə yer qazanmışdı. "Austriya"nın ehtiyat tərkibində 5 matçdan sonra David Bayern Münhen klubuna keçdi. 2010-cu ilin yanvarından isə "Bayern Münhen" klubunun əsas məşqlərinə cəlb olundu.
David Andquladze
David Andquladze (tam adı: David Yasonoviç Andquladze; 15 oktyabr 1895 – 29 noyabr 1973, Tbilisi) — Gürcüstan və SSRİ müğənnisi (dramatik tenor), SSRİ xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1947), Gürcüstan SSR Dövlət mükafatı laureatı (1973), Professor (1958). == Həyatı == David Andquladze 1895-ci ildə oktyabrın 15-də Gürcüstan Respublikasının Ozurqeti rayonunun Baxvi kəndində anadan olmuşdur. 1927-ci ildə Tiflis konservatoriyasını bitirmişdir. Səhnə fəaliyyətinə 1926-cı ildə Tiflisdə başlamış, 1927–29-cu illərdə Moskva Musiqili Teatrı və 1933–35-ci illərdə SSRİ Böyük Teatrının solisti, 1929–33; 1935–55-ci illərdə Gürcüstan Opera və Balet Teatrının aparıcı solisti və 1945–49-cu illərdə bədii rəhbəri olmuşdur. 1946–73-cü illərdə Tbilisi konservatoriyasında dərs demişdir. 1967–73-cü illərdə kafedra müdiri olmuşdur. David Andquladze 1973-cü ilin noyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində vəfat etmişdir.
David Production
David Production (株式会社デイヴィッドプロダクション, Kabushiki-gaisha Deividdo Purodakushon) — Yaponiya animasiya studiyası. Ən çox "JoJo's Bizarre Adventure" manqası əsasında çəkdiyi anime serialları ilə tanınır. Animasiya studiyası Gonzo şirkətini tərk edən şirkət prezidenti Koci Kocita və prodüser Tayto Okiura tərəfindən 2007-ci ilin sentyabrında qurulmuşdur. Şirkət ilk başlarda kiçik işlərlə məşğul idi, lakin 2009-cu ildə ilk əsas işi olan "Ristorante Paradiso" animesini çəkmişdir. 1 avqust 2014-cü ildə şirkət Fuji Television tərəfindən alınmışdır.
David Qrossman
David Qrossman (ivr. ‏‏דויד גרוסמן‏‎; 25 yanvar 1954[…], Qüds) —yəhudi yazıçı. == Həyatı == David Qrossman 1954-cü ildə Qüds şəhərində doğulub.Atası Polşadan gəlmədir. Bütün ata qohumları Holokost zamanı ya məhv olmuş, ya da itkin düşmüşdü. Anası əslən qüdslüdür. David Qrossman İsrail ordusunda xidmət etdikdən sonra universitetdə fəlsəfə və teatr sənətini öyrənmişdi. İsrailin səsi radiosunda aparıcı kimi çalışmışdı. == Ədəbi yaradıcılığı == David Qrossman ilk kitabını 1979-cu ildə nəşr etdirib. İlk romanı isə "Oğlağın təbəssümü" (חיוך הגדי) adlanır. İudeya və Samariya əhalisinin yaşam yolu haqqındadır.
David Rabinoviç
David Rabinoviç (ing. David Lincoln Rabinowitz; 1960) — Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom. == Karyerası == David Rabinoviç Yerə yaxın və Koyper qurşağında yerləşən kosmik cisimlərin öyrənilməsi üçün proqram və kameraların təkmilləşdirilməsi üçün işlər görmüş və nəticədə ölçüsü 1 km-dən daha böyük olan cisimləri müşahidə etməyə imkan yaranmışdır. Bununla yanaşı, onun fəaliyyəti nəticəsində kvazar və ifrat yeni ulduzlar haqqında da ətraflı məlumat əldə etmək mümkün olmuşdur. Bu məlumatlar əsasında Günəş sisteminin təkamülü və qalaktikaların genişlənməsinə imkan yaradan qaranlıq enerji daha yaxşı başa düşülmüşdür. Kvazar Ekvator Tədqiqat komandasından olan Mayk Braun və Çad Truyillo ilə birlikdə 90377 Sedna, Erida, Makemake kimi Neptunxarici cisimlərin kəşfi prosesində iştirak etmişdir.
David Rikardo
David Rikardo (ing. David Ricardo; 18 aprel 1772[…], London – 11 sentyabr 1823[…], Qlosterşir[d]) — ingilis iqtisadçısı. == Həyatı == David Rikardo Londonda Hollandiyadan köçən ispan mənşəli yəhudi olan iri birja işbazının ailəsində dünyaya gəlmişdir. Onun heç bir universitet təhsili olmamışdır, lakin öz-özünə yaxşı təhsil alaraq gənc(14 yaşından) yaşlarından bizneslə, fond birjasında alış-veriş işləriylə məşğul olmuşdur. O, tez bir vaxtda varlı iri bir torpaq mülkiyyətçisi olmuşdur. Lakin buna baxmayaraq o, iri torpaq mülkiyyətçilərinin deyil,iri burjuaziyanın mənafeyini müdafiə etmişdir. Rikardo iqtisad elminin metodologiyasına da mühüm töhfələr vermişdir. Hər şeydən əvvəl o, iqtisad elminin texnikasını icad etmiş, ilk dəfə olaraq "model" məhfumunu və müqayisəli təhlil metodunu iqtisadiyyata tətbiq etmişdir. == Əsərləri == İngiltərədə klassik iqtisad elmi özünün yüksək ifadısini Rikardonun əsərində tapmasına və iqtisad elminin tarixində ona daha çox istinad edilməsinə baxmayaraq çox cəhətdən mübahisə edilən iqtisadçılardan biridir. Onun yalnız "Siyasi iqtisadın və vergiqoymanın əsasları" (1817) adlı əsəri olmuşdur.
David Roberto
David Sikeyros
Xose David Alfaro Sikeyros (isp. José David Alfaro Siqueiros; 29 dekabr 1896 - 6 yanvar 1974) — Meksikalı rəssam, qrafik, muralist və siyasi fəal, Meksikada kommunist hərəkatının məşhur nümayəndələrindən biri.
David Silva
David Xose Ximez Silva (8 yanvar 1986) — Real Sosyedadın yarımmüdafiəçisi . David Silva 8 yanvar 1986-cı ildə İspaniyada doğulub. = Erkən yaşları = Silva Arquinequin şəhərində Valensiya stadionunun təhlükəsizliyinə cavabdeh olan keçmiş bələdiyyə polisi Fernando Jimenesin ailəsində anadan olub.Onun atası Fernando İspan (Kanar), anası Eva isə Yapon əsillidir, Kanar mediası belə iddia edir Silva Maspalomas yaxınlığındakı UD San ​​Fernandonun gənclər komandasında futbol oynamağa başladı.Qanad oyunçusu olmamışdan və ətrafındakılar tərəfindən onun idolu olan Mikel Laudrupa bənzədilirməmişdən əvvəl o,qapıçı kimi oynamışdı. 14 yaşı olanda Valensiya FK da gənc oyunçu olmaq təklifi aldı və o,bunu qəbul etdi.O, 17 yaşına qədər Valensiyanın gənclik heyətində qatıldı. == Klub Karyerası == === Valensiya === Valensiyanın gənclik sisteminin məhsulu olan Silva peşəkar debütünü 2004–05-ci illərdə Segunda División-un "Eibar" klubunda, Valensiyadan icarədə olarkən edib, 35 liqa oyununda oynadı və 5 dəfə də qol vurdu. Növbəti mövsümdə yenidən icarəyə götürüldü. bu dəfə Celta de Vigo-da 34 oyun keçirərək, dörd qol vurdu. İki gec əvəzedici matçdan sonra, 28 avqust 2005-ci ildə Malaqa üzərində 2–0 evdə qalib gələn Silva, mübahisəsiz başlanğıc kimi bitirdi. UEFA Kubokunu birbaşa ikinci pillədən aldı. 2006-cı ilin yayında Valensiyaya qayıtdı və 20 yaşında gənc olmasına baxmayaraq, avtomatik olaraq Valensiyanın ilk seçimi oldu.
David Tonoyan
David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri. == Həyatı == David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi. Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi.
David Trezeqe
David Serxio Trezege (fr. David Sergio Trezeguet, 15 oktyabr 1977, Ruan) — Əslən argentinalı olan keçmiş Fransalı futbolçu. Karyerasının böyuk hissəsini İtaliyanın "Yuventus" klubunda keçirib. Bu klubun heyətində ən çox qol vuran xarici futbolçudur. == Bioqrafiya == Trezeqe 1977-ci ildə Fransanın Ruan şəhərində, keçmiş futbolçu Xorxe Ernesto Trezeqenin ailəsində doğulub. == Karyerası == === İlk illər === David Trezeqe 1985-ci ildə Argentinanın "Platense" klubunun uşaq komandasında futbolun sirrlərini öyrənməyə başlayıb. Davidin ilk peşəkar utbol klubuda 1994-cü ildə heyətində meydana çıxdığı Platense olub. === Platense === 1994-cü ildə Trezeqe "Platense" klubunun gənclər komandasından əsas komandasına cəlb olunur. Davidin burada debutu 12 iyun 1994-cü ildə olur. Mövsum ərzində meydana 5 dəfə çıxsada qol ilə fərqlənə bilmir.
David Tuayev
David Tuayev (15 (28) oktyabr 1902, Alagir rayonu – 3 avqust 1964, Orconikidze) — Osetiyalı dramaturq və yazıçı. Osetiya səhnəsinin qurucusu. == Bioqrafiyası == Kasıb bir ailədə anadan olur. Atasını erkən vaxtı itirir. Bir tacir dükanında çatdırıcı işləyir. İbtidai məktəbi bitirdikdən sonra, 1923-cü ildə bitirdiyi Vladiqafqaz fəhlə məktəbinə daxil olur. Elə həmin il Novoçerkassk Politexnik İnstitutunun (indiki Cənubi Rusiya Dövlət Politexnik Universiteti) elektromexanika fakültəsinə daxil olur. 1929-1934-cü illərdə Rostov-na-Donuda elektrik mühəndisi, 1934-cü ildən isə baş mexanik, 1937-ci ildən Sadonsk polimetall filiz mədənlərinin baş energetiki olaraq fəaliyyət göstərir. 1937 -ci ildə Orjonikidzeyə köçür, burada "Selxozelektro" müəssəsində baş mühəndis, sonra bir şəhər elektrik stansiyasında baş mühəndis işləyir. Tuayev elektrik mühəndisliyi sahəsində bir neçə ixtiranın müəllifidir.
David Turaşvili
David (Dato) Turaşvili (Gürcü dilində: დავით (დათო) ტურაშვილი, d. 10 may 1966, Tiflis) — Gürcü yazıçısı. == Həyatı == David Turaşvili özü 80-ci illərin tələbə hərəkatında aktiv iştirak edib. Bu günə qədər 12 kitabı nəşr olunub. Rus, İngilis, İspan dillərindən tərcümələri ilə də tanınan bir yazardır. 1966-cı ilde anadan olub. == Yaradıcılığı == İlk romanı 1988-ci ildə nəşr olunub. Cinsebis Taoba adlı romanı 2001-ci ildə nəşr olunub. Roman, Gürcistanda uzun zaman ən çox satılan kitablar siyahısında olmuşdur. Romanlardan başqa bir çox dram əsərinin müəllifidir.
David Uplisaşvili
David Uplisaşvili — Azərbaycan Dövlət Mükafatı laureatı, Gürcüstanın əməkdar artisti, Şota Rustaveli adına teatrın aktyoru. == Həyatı == David Uplisaşvili 1946-сı ildə anadan olmuşdur. 1968-ci ildən Rustaveli adına teatrın aktyorudur. 10-a yaxın filmdə çəkilmişdir. "Azərbaycanfilm"in istehsal etdiyi "Ad günü" filmində Əli obrazını yaratmışdır. Azərbaycan Dövlət Mükafatı laureatı, Gürcüstanın Əməkdar Artisti, Şota Rustaveli adına teatrın aktyorudur.
David Usupaşvili
David Usupaşvili (gürcü: დავით უსუფაშვილი, Davit Usupašvili; 5 mart 1968) — 2012-2016 -cı illərdə Gürcüstan Parlamentinin sədri olmuş gürcü hüquqşünas və siyasətçidir. Respublika Partiyasının sədri vəzifəsində çalışıb. 27 İyun 2005 -ci ildən 3 Noyabr 2013-cü ilə qədər Gürcüstanın Lelo Siyasi Şurasının sədridir. == Karyera == Sovet Gürcüstanının Magharo şəhərində anadan olan Usupaşvili 1992 -ci ildə Tbilisi Dövlət Universitetində hüquq fakültəsini bitirib və 1999 -cu ildə Duke Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi alıb. Gürcüstan Dövlət Şurasının hüquq məsləhətçisi olaraq o, 1993-1995-ci illərdə Gürcüstan Konstitusiyasını hazırlayıb. 1994-cü ildə insan hüquqlarının və qanunun aliliyinin təşviqinə həsr olunmuş Gürcüstan Gənc Hüquqşünaslar Dərnəyinin qurucu üzvləri arasında idi və 1994-cü ildən 1997-ci ilə qədər birinci sədr vəzifəsini icra etdi. Mixail Saakaşvilini Gürcüstan prezidentliyinə aparan 2003-cü ilin Noyabr Gül İnqilabı zamanı QHT-nin təşkil etdiyi etiraz aksiyalarında fəal iştirak etdi. Usupaşvili daha sonra Saakaşvili ilə ittifaqdan uzaqlaşaraq müxalifətə çəkildi və 2005 -ci ilin iyununda Gürcüstan Respublika Partiyasının sədri oldu və 2013 -cü ilin noyabrında Xatuna Samnidzenin yerinə keçməsinə qədər bu vəzifədə çalışdı. 2011-ci ildə Usupaşvili çox milyarder iş adamı olan siyasətçi Bidzina İvanişvili ilə əlaqə qurdu və Respublika Partiyasının üzv olduğu İvanişvilinin "Gürcü Arzusu" koalisiyasının liderlərindən biri oldu. 2012 -ci il parlament seçkilərində koalisiyanın qələbəsindən sonra Usupaşvili 21 oktyabr 2012 -ci ildə Gürcüstan Parlamentinin sədri seçildi.
David Vaçnadze
David Vladimiroviç Vaçnadze (gürc. დავით ვაჩნაძე ;4 avqust 1884, Tiflis – 23 yanvar 1962, Münxen) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Rusiya imperiyası ordusunun polkovniki Vladimir Vaçnadze və Helen Maçabelinin ailəsində anadan olub. Tiflis Kadet Korpusunda (1894–1902), sonra Sankt-Peterburq Hərbi Məktəbində təhsil alıb. 1907-ci ildən kiçik zabit kimi hərbi xidmətə qəbul olunmuşdur. David Vaçnadze Hərbi işlə yanaşı ictimai və jurnalist fəaliyyətlərində də iştirak etmişdir. 1912-ci ildə Revaz Qabaşvili ilə birlikdə həftəlik "Klde" jurnalının təsisçisi olmuşdur. Birinci Dünya müharibəsi zamanı Tiflis gürcü dəstəsinin rəisi polkovnik Georgi Jandyenin köməkçisi idi. David Vaçnadze 1915-ci ildən 1914-cü ildə Cenevrədə Petr Surguladze tərəfindən qurulan "Müstəqil Gürcüstan Komitəsi" ilə əlaqələr saxlamağa başlamışdır. Vaçnadze Georgi Maçabeliyə kömək edirdi.
David Vendetta
David Paparusso və ya DJ David Vendetta (25 avqust 1971, Lonqvi[d]) — fransız DJ və prodüser. == Həyatı və yaradıcılığı == 25 avqust 1968-ci ildə Fransanın Lotaringiya bölgəsində anadan olmuşdur. 2000-ci ildə DJ-lik dərsləri almışdır. Dünyanın bir çox məşhurları ilə çalışmışdır. Bunlara livanlı müğənni Haifa Wahbi, türkiyəli müğənni Hande Yener, xalq artisti Alim Qasımovu və bir çox ulduzları misal göstərmək olar. 2018-ci ildə Aygün Kazımovanın Duy albomundakı Duy mahnısını remiks etmişdir. == Diskoqrafiyası == === Albomları === === Sinqlları === 2003: Party People 2003: She Loves Me 2004: No Sex 2004: Fiction 2004: Alicante 2004: Cleopatra 2006: Love to Love You Baby 2007: Unidos Para La Musica 2007: Break 4 Love 2007: Bleeding Heart 2008: Hold That Sucker Down 2008: Freaky Girl 2009: Anticipation (with Barbara Tucker) 2009: I Hope She Turns Around (feat. Brian Lucas) 2010: I Am Your Goddess (feat. Tara McDonald & Alim Qasımov) 2010: Can You Feel It (feat. Brian Lucas) 2010: Make Boys Cry (feat.
David Vilya
David Vilya Sançes (isp. David Villa Sánchez; 3 dekabr 1981, Lanqreo, Asturiya, İspaniya) — Atletiko Madrid klubunun və İspaniya milli futbol komandasının heyətində hücumçu mövqeyində çıxış edən ispan futbolçu. == Klub karieri == UP Lanqreoda qollarını atmağa başlayan David Villa, bölgənin ən böyük klubu Sporting Qijona transfer olaraq karierində əhəmiyyətli bir addım atdı. 1999-2000 mövsümündə Sporting Gijon formasıyla 35 matçda 25 qol atınca A komandaya yüksələrək peşəkar bir oyunçu oldu. İspaniya 2.Liqasında top qaçdırdığı ilk ildə 40 matçda 29 qol vuraraq etibarı boşa çıxartmadımı. David Villa, 2. mövsümündə qol sayını 39 matçda 20-yə çıxardı. Sporting Qijonda 79 liqa matçında 38 qol vurdu. 2003-cü ildə Real Zaraqozaya imza atdı. İlk mövsümündə liqası 12.
David Vudord
David Vudord (ing. David Woodard (brit. /ˈwʊdɑrd/); 6 aprel 1964-cü ildə Santa-Barbara, Kaliforniya anadan olmuşdur) Amerikan yazıçısı və dirijorudur. 1990-cı illər ərzində o, mövzunun əhəmiyyətsizləşməsi dövründə və ya ondan biraz əvvəl ifa üçün bəstələnmiş olan özünün Buddist təcrübəsini təsvir etmək məqsədilə "matəm duası", duyğulandırıcı və hüzn dolu musiqidən ibarət olan bir portmanto, terminini yaratdı. Vudordun dirijor və musiqi direktoru kimi çalışdığı Los-Anceles memorial xidmətlərinə bədbəxt hadisə zəmnində həyatını itirmiş Leon Praport və onun yaralanaraq dul qalan həyat yoldaşı Lolanın xatirəsinə həsr olunan,:125 hazırda Mələklər qanadlanır adlı fünikulyor dəmir yolunda 2001-ci ildə keçirilmiş təntənəli əhali mərasimi də aiddir. O, Kaliforniya Palıdı Qutanquşu üçün dəniz sahilinin zirvəsində, həmin heyvanın öldüyü yerdə keçirilmiş mərasim də daxil olmaqla, vəhşi aləmə dair matəm musiqilərinə də dirijorluq etmişdir.:152–153 Vudord özünün bütün dünya incəsənət muzeylərində sərgilənmiş Xəyal maşını və yumşaq psixoaktiv lampanın replikaları ilə tanınır. Almaniya və Nepalda, o, növlərarası karma, bitki şüuru və Paraqvayda yerləşən Yeni Almaniya adlı qəsəbə barəsində yazdıqları da daxil olmaqla Der Freund (Dost) ədəbi jurnalına verdiyi töhfələrlə məşhurdur. == Təhsil == Vudord Sosial Tədqiqat üzrə Yeni Məktəbdə və Santa-Barbara Kaliforniya Universiteti təhsil almışdır. == Yeni Almaniya == 2003-cü ildə Vudord Juniper Hills(Ardıc təpəcikləri)- də (Los-Anceles ştatında), Kaliforniyada konsul seçildi. Bu vəzifəyə yiyələndikdən sonra o, Paraqvaydakı Yeni Almaniya ilə "bacı şəhər" qohumluğunun (əlaqəsinin) yaradılmasını təklif etdi.
Ageratina davidsei
Ageratina davidsei (lat. Ageratina davidsei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anastasiya Davidova
Anastasiya Davidova — Rusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 2008 və 2012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır. Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür. == Həyatı == Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur. == Karyerası == Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı.
Anatoli Davidoviç
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi.
Artur Lumley Davids
Artur Lumley Davids (doğulduğu ad Asher Lumle Davids, 28 Avqust 1811 - 19 iyul 1832) İngilis şərqşünas və dilçi idi. == Həyatı == O, yəhudi valideynləri Sarah Lumley və Jonki Davidsin yeganə uşağı olan Hampshire şəhərində anadan olub. İngillis bilimadamı Artur Lumley Davids Sultan Səlimi Salisə (1789-1807), Kiabi İlmun Nafinini hədiye vermişdir.
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. == Ədəbiyyat == Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.
Baccharis davidsonii
Baccharis davidsonii (lat. Baccharis davidsonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bella Davidoviç
Bella Mixaylovna Davidoviç ( rus. Бе́лла Миха́йловна Давидо́вич) — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur. Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasında dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİ və Şərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.
Buddleja davidii
David buddleyası (lat. Buddleja davidii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə çatan, düz budaqlı gövdəsi olan kоldur. Yarpaqları uzun, ucu biz, kənarları dişli, uzunluğu 8-25 sm, alt tərəfi məxməridir. Uzunluğu 1 sm-ə qədər оlan ətirli, bənövşəyi, ağ, çəhrayı, narıncı rəngli, çiçəkləri zоğların uclarında düz dayanan, bir az sallaq süpürgələrə yığılmışdır. Avqustdan оktyabr ayına qədər bоl və uzun müddət çiçəkləyir. == Ekologiyası == Abşеrоnda sərt şaxtalarda bəzən yеrüstü hissəsi məhv оlur, lakin yazda bərpa оlunur. Kölgəyə az davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir.
Cotoneaster davidianus
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Sinonimləri == Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne. Cotoneaster davidianus hort. ex Dippel Cotoneaster horizontalis var. horizontalis horizontalis Diospyros chaffanjonii H.L‚v. == Təbii yayılması == Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur.
Dalbergia davidii
Dalbergia davidii (lat. Dalbergia davidii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
David (Trabzon imperatoru)
David Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1408, Trabzon – 1 noyabr 1463, Konstantinopol) — sonuncu Trabzon imperatoru. 2013-cü ilin iyulunda David Komnenos övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu. == Həyatı == Atası Trabzon imperatoru IV Aleksey, anası isə onun xanımı Teodora Kantakuzindir. Atasının vəfatının ardından 1429-cu ildə böyük qardaşı IV İohann taxta çıxdı. Onun səltənətində aktiv siyasi fəaliyyətini davam etdirən David Komnenos Osmanlılara qarşı Ağqoyunlularla yaxın münasibətlər qurdu və qardaşı qızı Despinanın Ağqoyunlu sultanı Uzun Həsənlə evləndirilməsində vasitəçilik etdi. Qardaşının vəfatından sonra taxt onun 6 yaşlı oğlu Alekseyə qaldı. Ancaq davam edən siyasi gərginlik səbəbilə imperiyanın idarəsində bir uşağın qalması qəbul edilmədi. Bir neçə günlük hakimiyyətin ardından V Aleksey taxtdan endirildi və David Komnenos taxta çıxdı. Taxta çıxar-çıxmaz Osmanlılar əleyhinə yeni bir səlib yürüşünü təşkil etmək üçün Burqundiya hersoqu Filipp, Roma papası II Piy, eləcə də Anadolu bəyliklərindən Candaroğulları və Qaramanoğullarıyla yazışmalar apardı.
David Qareci lavrası
David Qareci lavrası (gürc. დავითის ლავრა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Lavra VI əsrin I yarısında Müqəddəs David Qarecinin rəhbərliyi ilə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kompleksə VI-XVIII əsrləri əhatə edən müxtəlif tikililər - kilsə, rahiblərin və ziyarətçilərin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar daxildir. Kompleks dairəvi qüllələri olan müdafiə divarları ilə əhatə olunmuşdur. Kompleksin mərkəzində girişi üzərində zəng qülləsi ucalan qədim kilsə yerləşir. Kilsənin ətrafında yaşayış üçün hər şəraiti olan kenakonlar, onların arxasında kiçik kapellalar, bir qədər aralıda isə atların saxlanması üçün yerlər və anbarlar yerləşir. Kompleks mağaralarla zəngin dağlıq ərazidə yerləşir. Dağlıq ərazidə yağış sularının toplanması, süzülməsi və istifadəsinə imkan verən sistem yaradılmışdır. Kompleksə daxil olan mağaralardan birinə davamlı olaraq su damır və toplanır.
David Qareci monastırı
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.