KOMPARTIMAN
KOMPLEKS
OBASTAN VİKİ
"Qu quşları" fəvvarə kompleksi
"Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir. == Tarixi == Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi. 2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
"Tufan" dağ-xizək kompleksi
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
20 Yanvar abidə-kompleksi
20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks. 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Abidənin açılışını Azərbaycan prezidenti İlham Əliyev edib. Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib. 20 yanvar abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürülüb.
223-cü atıcı diviziya (2-ci komplektləşmə)
223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası — İkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində milli Azərbaycan hərbi birləşməsi. == Tarixi == SSRİ Dövlət Müdafiə Komitəsinin 1941-ci il oktyabrın 14-də 0104 nömrəli əmri ilə Zaqafqaziya Cəbhəsində 14 oktyabr 1941-ci il 795ss nömrəli qərarı ilə arxa cəbhə hissələrinin şəxsi heyətindən (168-ci ehtiyat atıcı alayı əsasında) yaradılmışdır. Əvvəlcə hərbi birləşmə Sumqayıtda yerləşmişdi. Diviziyanın şəxsi heyətinin komplektləşməsi Azərbaycan SSR ərazisində Quba — Sarvan — Çarxı — Qusar — Dəvəçi rayonlarında aparılmışdır. Baş Qərargahın 2 yanvar 1942-ci il tarixli 170005 nömrəli göstərişi ilə Mahaçqala bölgəsinə yeridilmişdir. === Qafqaz cəbhəsi === SSRİ Dövlət Müdafiə Komitəsinin 03.03.1942-ci il tarixli Org / 2/534 göstərişi ilə Azərbaycan milli diviziyasına çevrilmişdir. 05.15.1942-ci ildə müntəzəm ordu tərkibinə (Zaqafqaziya Hərbi Dairəsinin cəbhəyə çevrilməsi ilə) daxil oldu. Baş Qərargahın 06.07.1942-ci il tarixli 170441 nömrəli direktivi əsasında Bakı istiqamətini müdafiə etmək üçün Mahaçqala rayonu ərazisinə yerləşdirilən 44-cü Ordunun sərəncamına verildi. Baş Qərargahın 07.30.1942-ci il tarixli 170536 nömrəli göstərişi ilə diviziya Dərbənd və Samur mövqelərini, 09.09.1942-ci il tarixli 170628 nömrəli göstərişlə isə Terekin cənub sahili boyunca müdafiə mövqeləri tutdu. 1942-ci il sentyabrın 16-da 44-cü Ordunun komandanı general-mayor İ. Petrov diviziyada olarkən komandir polkovnik Heybət Heybətova və alay komissarı Ə. Məmmədova 100–110 km-lik yürüş üçün hazırlıqlara başlamağı əmr etdi.
77-ci atıcı diviziya (2-ci komplektləşmə)
Serqo Orjonikidze adına Suvorov Ordenli Qırmızı Bayraqlı 77-ci atıcı Simferopol Diviziyası — II Dünya Müharibəsi və müharibədən sonrakı dövrdə SSRİ Silahlı Qüvvələrinin Azərbaycanda yaradılmış hərbi birləşməsi. == Tarix == Diviziya Azərbaycan SSR-də yaradılmışdır. === Döyüş yolu === Müntəzəm ordunun tərkibində 19 oktyabr 1942-ci ildən 24 yanvar 1944-cü ilədək, 25 fevral 1944-cü ildən 20 may 1944-cü ilədək və 1944-cü il iyulun 1-dən 1945-ci il mayın 9-dək fəaliyyət göstərmişdir. ==== Qafqaz Cəbhəsi ==== 1942-ci il noyabrın 20-də diviziya 58-ci Ordunun tərkibinə daxil edilmiş və dekabrın 31-də dəmir yolu ilə İşyorskaya stansiyası ərazisinə köçürülür. Oradan qısa müddətdə Mozdok, Mineralnıye Vodı, Stavropol, Tixoretskdən Novo-Nikolayevskə qədər 850 km məsafəni əhatə edən 37 günlük yürüşə başladı. 1943-cü il fevralın 14-də sonuncu yaşayış məntəqəsi olan Lebedi uğrunda döyüşə girdi. 1943-cü il fevralın 19-da Lebedi qəsəbəsi tamamilə almanlardan təmizləndi, amma qarşıda yeni bir vəzifə Vasilçenkovo xoturunu almaq dururdu. Fevralın 22-dək davam edən xotor uğrunda gedən döyüşlərdə, şəxsən hücuma rəhbərlik edən diviziya komandiri Anatoli Mixayloviç Kaşkin həlak oldu. 1943-cü il yanvarın 1-dən iyunun 20-dək diviziyada 594 nəfər mükafata layiq görüldü. 1943-cü ilin yaz-yay aylarında diviziya Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstək aldı.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Arılıqbinə monastır kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Atabəylər Memarlıq Kompleksi
Atabəylər Memarlıq Kompleksi — Naxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır. == Mömünə Xatun türbəsi == Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir. Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir.
Axtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Ağdam Olimpiya İdman Kompleksi
Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur. Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir. == Tarixi == Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir. Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş, 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir.
Ağtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Aşağılıq kompleksi
Natamamlıq kompleksi — insanın tez-tez başqalarından aşağı olduğunu düşünməsi ilə bağlı yaranan emosional və psixi halların məcmusu. Natamamlıq kompleksi müxtəlif səbəblərdən yarana bilər: ayrı-seçkilik, mənəvi travma, uğursuzluq, şəxsi səhvlər və s. Termini elmə ilk dəfə Alfred Adler daxil etmişdir.
Baktria-Margiyana Arxeoloji Kompleksi
Baktriya-Margiyana Arxeoloji Kompleksi (və ya BMAC, həmçinin Oksus sivilizasiyası kimi də tanınır) — indiki Türkmənistan, Əfqanıstanın şimalı, Özbəkistanın cənubu, qərbi Tacikistan Seyhun (Oksus) çayının yuxarı axarlarını əhatə edən, eramızdan əvvəl 2200-1700-cü illər arasında mövcud olmuş Mərkəzi Asiyanın Tunc dövrü mədəniyyəti üçün müəyyənləşdirilmiş müasir arxeoloji təyinatdır. Yaşayış məntəqələrinin kəşfi və adlandırılması sovet arxeoloqu Viktor Sarianidi (1976) tərəfindən həyata keçirilmişdir. Baktriya indiki Əfqanıstan ərazisindəki Baktra adlanan regionun yunanca, Margiyana isə bu gün Türkmənistanın Mərv şəhərinin paytaxtı olduğu Fars satraplığı Marqunun yunanca adı idi.
Bakı "Alov Dilləri" Kompleksi
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzalı — Bakıda, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşıma xidməti göstərən, sərnişin daşımaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi kimi tədbirləri həyata keçirən dövlət əhəmiyyətli obyektlərdən biri. Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər beynəlxalq və şəhərlərarası avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500–550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir.
Bakı orta əsr ticarət kompleksi
Bakı orta əsr ticarət kompleksi — İçərişəhər ərazisində dövrümüzə tam şəkildə çatmamış iri ticarət kompleksi. Kompleks Bakı qalasının dəniz sahili boyunca uzanırdı. Şəhər tərəfdən kompleksə daxil olan bütün tikililər əsas ticarət küçəsi (Asəf Zeynallı küçəsi hissəsində) boyunca sıralanmışdı. Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə yanaşı, Orta əsr ticarət kompleksi feodal dövrü Bakısının ən böyük memarlıq komplekslərindən biri olmuşdur. Orta əsr Bakısında kompleks həm funksional, həm də şəhərsalma baxımından böyük olmuşdur. Yalnız XIX əsrin II yarısında kapitalizmin inkişafı ilə kompleks əhəmiyyətini itirmiş, Xan karvansarayı və Seyid Yəhya Murtuza məscidi istisna olmaqla kompleksə daxil olan digər tikililər sökülmüşdür. == Təsviri == İçərişəhərin mərkəzi ticarət küçəsi Şamaxı qapılarından başlayıb bazar meydanı və Qüllə küçəsi ilə keçərək Asəf Zeynallı küçəsinə çatır, əvvəlcə cənub-şərq, daha sonra isə cənub-qərb istiqamətində irəliləyərək Salyan qapısına kimi çatırdı. Ümumilikdə kompleks altı tikilidən təşkil olunmuşdu ki, onlardan da dördü karvansara, biri məscid, biri isə ticarət sırası idi. Xəritədə karvansaraylar 1,2,5 və 6, ticarət sırası 3, məscid isə 4 nömrəsi ilə qeyd edilmişdir. Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü.
Bakı “Kempinski Hotel-Badamdar” kompleksi
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi - Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Beşkilsə monastır kompleksi
Beşkilsə monastır kopleksi (erm: Խծկոնք Khtzkonk) – Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığının 25 km Cənub-Qərbində, qaya çıxıntısı üzərində inşa edilmiş möhtəşəm monastır kompleksi. == Tarixi == Kompleksə ümumilikdə hamısı qübbəli və incə şəkildə yonulmuş daşlardan inşa edilmiş beş kilsə daxil olmuşdur: Yəhya peyğəmbər kilsəsi (ermənicə Surb Karapet), Müqəddəs Məryəm ana kilsəsi (ermənicə Surb Astvatsatzin), Müqəddəs Stefanos, Müqəddəs Qriqor və Müqəddəs Sarkis kilsələri. Günümüzə onlardan yalnız Müqəddəs Sarkis kilsəsi çatmış, qalanları isə tədricən müxtəlif təbii amillərin təsiri ilə dağılmışdır. Kilsələrin kompleksə daxil olan binalardan hər hansı birinin inşa tarixini müəyyən etməyə kömək edəcək bir kitabəsi olmamışdır. Monastır XIII əsrdə monqol istilasından sonra tərk edilmişdir. 1878-ci ildə Qars bölgəsinin Çar Rusiyasının işğalı altına düşməsi ilə Beşkilsə kompleksi Erməni Qriqoryan Kilsəsinin himayəsinə verilmişdir. Bu dövrdə kompleksdə müəyyən bərpa işləri aparılmış, monastır yenidən istifadə olunmağa başlamışdır. Həmçinin Müqəddəs Sarkis kilsəsi yaxınlığında uzaqdan gələn qonaqların qalması üçün bir neçə otaqdan ibarət qonaq evi də inşa edilmişdir. Ermənilərin Osmanlı imperiyasına xəyanəti nəticəsində Qars və ətraf bölgələrdən köçürülmələri qərarı çıxarılana qədər monastır ermənilər tərəfindən istifadə edilmişdir. Köçürülmədən sonra isə bölgə hər kəs üçün qapalı elan olunmuş, kompleksin yerləşdiyi Diqor vadisinə gediş üçün isə xüsusi icazə tələb edilmişdir.
Buşveld kompleksi
Buşveld kompleksi (Bushveld) – CAR-da dünyanın ən böyük filizli intruziv massivi. == Mənşəyi == Mpumalanqa, Şimal və Şimal-Qərb əyalətləri ərazisindədir. Massivdə platin, xrom və s. metalların iri yataqları var. 1919 ildən istismar olunur. Kəşf olunmuş platin qrupu metallarının ehtiyatı 49,9 min t (filizdəki orta miqdarı 5,7 q/t), xromitlər 1,78 mlrd. t (Cr2O3 37%), vanadium 3 mln. t (V2O5 1,4–1,9%), nikel 3,7 mln. t (Ni 0,15–0,34%), mis 2,7 mln. t (Cu 0,1–0,25%), qızıl 2–2,5 t (Au 0,3 q/t), qalay təqr.
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. == İqlim. == Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür.
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. == Tarixi == "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir.