223-cü atıcı diviziya (2-ci komplektləşmə)

223-cü Qırmızı Bayraqlı Belqrad diviziyasıİkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində milli Azərbaycan hərbi birləşməsi.

223-cü atıcı diviziya
223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası
Növü Atıcı
Yaranma tarixi oktyabr 1941-ci il
Ölkə SSRİ
Daxildir Quru qoşunları
Ləqəbi "Belqrad diviziyası"
Müharibələr İkinci Dünya Müharibəsi
Döyüşlər İkinci Dünya Müharibəsi
1942—1943: Qafqaz döyüşü
1943: Donbas əməliyyatı
1943: Dnepropetrovsk əməliyyatı
1943-1944: Dnepropetrovsk-Karpat əməliyyatı
1944: Berezneqat-Sniqirov hücum əməliyyatı
1944: Odessa hücum əməliyyatı
1944: Belqrad əməliyyatı
1944-1945: Budapeşt əməliyyatı
1945: Vyana döyüşü (1945)
1945: Bratislava-Branovsk hücum əməliyyatı
Fərqlənmə nişanları "Qırmızı Bayraq" ordeni
Komandanlıq
Məşhur komandirləri Heybət Heybətov

Tarixi[redaktə | mənbəni redaktə et]

SSRİ Dövlət Müdafiə Komitəsinin 1941-ci il oktyabrın 14-də [1] 0104 nömrəli əmri ilə Zaqafqaziya Cəbhəsində 14 oktyabr 1941-ci il 795ss nömrəli qərarı ilə[2] arxa cəbhə hissələrinin şəxsi heyyətindən (168-ci ehtiyat atıcı alayı əsasında) yaradılmışdır. Əvvəlcə hərbi birləşmə Sumqayıtda yerləşmişdi. Diviziyanın şəxsi heyyətinin komplektləşməsi Azərbaycan SSR ərazisində Quba - Sarvan - Çarxı - Qusar - Dəvəçi rayonlarında aparılmışdır. Baş Qərargahın 2 yanvar 1942-ci il tarixli 170005 nömrəli göstərişi ilə Mahaçqala bölgəsinə yeridilmişdir.

Qafqaz cəbhəsi[redaktə | mənbəni redaktə et]

SSRİ Dövlət Müdafiə Komitəsinin 03.03.1942-ci il tarixli Org / 2/534 göstərişi ilə Azərbaycan milli diviziyasına çevrilmişdir. 05.15.1942-ci ildə müntəzəm ordu tərkibinə (Zaqafqaziya Hərbi Dairəsinin cəbhəyə çevrilməsi ilə) daxil oldu. Baş Qərargahın 06.07.1942-ci il tarixli 170441 nömrəli direktivi əsasında Bakı istiqamətini müdafiə etmək üçün Mahaçqala rayonu ərazisinə yerləşdirilən 44-cü Ordunun sərəncamına verildi. Baş Qərargahın 07.30.1942-ci il tarixli 170536 nömrəli göstərişi ilə diviziya DərbəndSamur mövqelərini, 09.09.1942-ci il tarixli 170628 nömrəli göstərişlə isə Terekin cənub sahili boyunca müdafiə mövqeləri tutdu.

1942-ci il sentyabrın 16-da 44-cü Ordunun komandanı general-mayor İ.Petrov diviziyada olarkən komandir polkovnik Heybət Heybətova və alay komissarı Ə.Məmmədova 100–110 km-lik yürüş üçün hazırlıqlara başlamağı əmr etdi. Bu yüruşlə Babayurd qoyunçuluq ferması, Kizlyarın cənubunda yerləşən Germenchi-Otar - Lüksemburq xəttinə çıxılmalı idi. Sentyabrın 27-də diviziya 120 kilometrlik yürüşdən sonra göstərilən mövqeləri tutur. 1942-ci il noyabrın sonunda 223-cü diviziya brinci eşelonun hissələrini əvəz edir və 1942-ci il dekabrın 1-nə qədər Xəzər dənizindən Qudermesə qədər olan xətti müdafiəsi ilə məşğul olur. Qafqaz döyüşünün hücum mərhələsinin bir hissəsi olaraq, diviziya Mozdok-Stavropol (1943-cü il 01-24 yanvar) və Tixoretsk-Yeisk (1943-cü il 24 yanvar - 4 fevral) hücum əməliyyatlarında iştirak etmişdir. Sonra diviziya Krasnodar hücum əməliyyatında iştirak edir (1943-cü il 9 fevral - 16 mart). Baş Qərargahın 29.03.1943-cü il tarixli 46086 nömrəli göstərişi tamamlandıqdan sonra diviziya 46-cı Ordunun tərkibinə daxil edilərək (06.04.1943-cü ildə 04.04.1943-cü ildən Səhra Hərbi Dairəsinə çevrilən Ehtiyat Cəbhənin sərəncamına verildi) Millerovo rayonu ərazisinə köçürüldü.

Ukrayna cəbhəsi[redaktə | mənbəni redaktə et]

1943-cü ilin iyunun 1-də diviziya 46-cı Ordunun digər hissələri ilə birlikdə Cənub-Qərb cəbhəsinə verildi. 1943-cü il iyulun 23-də diviziya yenidən Baş Qərargahın ehtiyatına daxil edilsə də, 1943-cü il avqustun 7-də yenidən müntəzəm ordunun tərkibinə qaytarıldı. Hərbi birləşmə Donbassdakı hücum əməliyyatında (13.08-22.09.1943), sonra isə Dnepr döyüşündə (Dnepropetrovsk əməliyyatı 23.10-23.12.1943) iştirak edir.

Dnepr döyüşü başa çatdıqdan sonra diviziya Sağ Sahil Ukraynasını azad etmək əməliyyatında iştirak edir (Dnepr-Karpat əməliyyatı). Əvvəlcə (1944-cü il fevralın sonuna qədər) 2-ci 57-ci Ordunun tərkibində (22 fevral 1944-cü ildən 3-cü Ukrayna Cəbhəsi) İngulets çayının sağ sahilində plasdarmı qoruyur və sonra Berezneqovato-Snigirevskaya (05-18-18.1944) və Odessa (26.03-14.04.1944) hücum əməliyyatlarına cəlb olunur.

Sağ Sahil Ukraynasının azad edilməsi başa çatdıqdan sonra, diviziya 1944-cü ilin avqustuna qədər müdafiə mövqelərində qərar tutur və daha sonra Moldovanın (1944-cü il avqustun 20-29-da keçirilən Kişinyov-İzmail əməliyyatı), RumıniyaBolqarıstanın azad edilməsində iştirak edir. 1944-cü ilin sentyabrında hərbi birləşmə Bolqarıstan-Yuqoslaviya sərhədində yenidən toparlanaraq Yuqoslaviyanın azad edilməsində qəhrəmanlıq göstərir. Belqrad hücum əməliyyatı zamanı (1944-cü il sentyabrın 20-28-i) 223-cü Atıcı diviziyasının hissələri 57-ci Ordunun digər birləşmələri, 46-cı Ordu, Dunay Hərbi Donanması və Yuqoslaviya Xalq Azadlıq Ordusunun qüvvələri ilə birlikdə 10/20/1944-cü il oktyabrın 10-da Belqrad şəhərinə daxil olurlar.[3] Şəhərin azad edilməsində fərqləndiklərinə görə hərbi birləşməyə "Belqrad Diviziyası" fəxri adı verildi.[4]

Balkanda döyüşlər[redaktə | mənbəni redaktə et]

Belqradın azad edilməsində həlak olan Sovet hərbiçilərinin xatirəsinə ucaldılmış abidə.

Belqrad əməliyyatından sonra diviziya Macarıstanın azad edilməsində iştirak edir. Budapeşt hücum əməliyyatının bir hissəsi olaraq, diviziya Szekesfehervar-Eszterqomskoy əməliyyatına cəl olunur (20.12.1944 - 13.02.1945). Bu əməliyyat nəticəsində Budapeşt şəhərinin mühasirəsi xaricində cəbhə yaradılır.[5][6]. Macarıstanın paytaxtını ələ keçirdikdən sonra 2-ci Ukrayna Cəbhəsinin 46-cı Ordusunun tərkibində diviziya Vyana əməliyyatında iştirak edir (13.03.-04.15.1945-ci il). Vyanaya hücumun bir hissəsi olaraq 223-cü Atıcı diviziyası Dyerr əməliyyatında (03.13.-04.04.1945-ci il) və birbaşa Avstriya paytaxtına edilən hücumda iştirak edir (1945-ci il aprelin 4-dən 15-nə qədər).[7] Vyananın azad edilməsində fərqləndiyinə görə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi.[8]

Müharibənin sonunda diviziya Çexoslovakiyanın bir sıra bölgələrini azad edərək Bratislava-Brnovsk əməliyyatında iştirak etdi (25.03.-05.05.1945-ci il).

Baş Qərargahın 1945-ci il mayın 29-dakı 11098 nömrəli göstərişi ilə 223-cü diviziya 46-cı ordunun digər bölmələri ilə birlikdə Cənubi Qüvvələr Qrupuna daxil oldu. [9]

Hərbi birləşmə Azərbaycan milli diviziyası sayılsa da, zaman keçdikcə tərkibi ciddi itkilərə məruz qaldığından və bu itkilər doldurulmadığına görə hərbi hissədə azərbaycanlıların milli tərkibi nisbəti xeyli azalmışdı. Belə ki, 1943-cü il yanvarın 1-də azərbaycanlılar diviziyanın şəxsi heyyətinin 86,1%-ni təşkil edirdilərsə, 1943-cü il iyulun 7-də 24,6%, 1944-cü il yanvarın 1-də 19.4%, 1944-cü il iyulun 1-də isə kontingentin cəmi 11.2%-ni təşkil edirdilər.

Tam adı[redaktə | mənbəni redaktə et]

223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası

Tabe olduğu hərbi birləşmələr[redaktə | mənbəni redaktə et]

  • Zaqafqaziya cəbhəsi - 1941-ci ilin oktyabrından 30.12.1941-ci ilə qədər
  • Qafqaz cəbhəsi - 30.12.1941 - 28.01.1942-ci ilə qədər
  • Zaqafqaziya Hərbi Dairəsi - 1942-ci il 28 yanvar - 1942-ci il 15 may tarixləri arasında
  • Zaqafqaziya cəbhəsi - 15.05.1942 - 07.06.1942-ci ilə qədər
  • Zaqafqaziya cəbhəsi, 44-cü ordu - 07.06.1942 - 10.08.1942-ci ilə qədər
  • Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 44-cü ordu - 10.08.1942-ci ildən 1942-ci ilin noyabr ayınadək
  • Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 58-ci ordu - 1942-ci ilin noyabr-dekabr aylarında
  • Zaqafqaziya cəbhəsi, Şimali ordu qrupu, 44-cü ordu - 1942-ci ilin dekabrında - 1943-cü ilin yanvarına qədər
  • Şimali Qafqaz cəbhəsi, 37-ci Ordu - 1943-cü ilin yanvar-fevral ayları
  • Şimali Qafqaz cəbhəsi - 1943-cü ilin fevralından 29.03.1943-cü ilə qədər
  • 46-cı ordu - Baş Qərargahın ehtiyat qüvvəsi - 03.29.1943 - 06.04.1943-cü il
  • Ehtiyat cəbhəsi, 46-cı Ordu - Baş Qərargahın ehtiyat qüvvəsi 06.04.1943 - 15.04.1943-cü il.
  • Səhra Hərbi Dairəsi, 46-cı ordu - 04.15.1943 - 31.05.1943-cü ilə qədər
  • Cənub-qərb cəbhəsi, 46-cı ordu - 01.06.1943-cü ildən 23.07.1943-cü ilə qədər
  • 46-cı ordu - Baş Qərargahın ehtiyat qüvvəsi - 07.23.1943 - 07.08.1943-cü ilə qədər
  • Cənub-qərb cəbhəsi, 46-cı ordu - 07.08.1943 - 10.09.1943 - cü il tarixlərində
  • Çöl Cəbhəsi, 46-cı ordu - 11 sentyabr 1943-cü ildən 2 oktyabr 1943-cü ilədək
  • Cənub-qərb cəbhəsi, 46-cı ordu 03.10.1943 - 20.10.1943-cü il tarixlərində
  • 3-cü Ukrayna cəbhəsi, 46-cı Ordu - 1943-cü il oktyabrın sonunda
  • 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 24-cü qvardiya atıcı korpusu - 1943-cü ilin oktyabr-noyabr aylarında
  • 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 49-cu atıcı korpusu - 1943-cü ilin noyabr-dekabr aylarında
  • 3-cü Ukrayna cəbhəsi, 46-cı Ordu - 1943-cü il oktyabrın sonunda
  • 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 24-cü qvardiya atıcı korpusu - 1943-cü ilin oktyabr-noyabr aylarında
  • 2-ci Ukrayna cəbhəsi, 7-ci qvardiya ordusu, 49-cu atıcı korpusu - 1943-cü ilin noyabr-dekabr aylarında
  • 2-ci Ukrayna Cəbhəsi, 57-ci ordu, 49-cu atıcı korpusu - 1943-cü ilin dekabrı - 1944-cü ilin yanvarı
  • 2-ci Ukrayna cəbhəsi, 57-ci ordu, 68-ci atıcı korpusu - 1944-cü ilin yanvar-fevral aylarında
  • 3-cü Ukrayna cəbhəsi, 57-ci ordu, 64-cü atıcı korpusu - 1944-cü ilin fevral-mart aylarında
  • 3-cü Ukrayna cəbhəsi, 57-ci ordu, 68-ci atıcı korpusu - 1944-cü ilin mart-noyabr aylarında
  • 3-cü Ukrayna cəbhəsi, 68-ci atıcı korpusu - 1944-cü ilin noyabr-dekabr aylarında
  • 3-cü Ukrayna cəbhəsi, 4-cü qvardiya ordusu, 68-ci atıcı korpusu - 1944-cü ilin dekabrı - 1945-ci ilin yanvarı
  • 3-cü Ukrayna cəbhəsi, 4-cü qvardiya ordusu, 20-ci qvardiya atıcı korpusu - 1945-ci ilin yanvar-fevral aylarında
  • 2-ci Ukrayna cəbhəsi, 46-cı ordu, 23-cü atıcı korpusu - 1945-ci ilin fevral-aprel aylarında
  • 2-ci Ukrayna cəbhəsi, 46-cı ordu, 75-ci atıcı korpusu - 1945-ci ilin aprelindən

Tərkibi[redaktə | mənbəni redaktə et]

  • 1037-ci Suvorov ordenli Vyana alayı
  • 1039-cu Kutuzov ordenli atıcı alay
  • 1041-ci Suvorov və Kutuzov ordenli atıcı alay
  • 818-ci Boqdan Xmelnitiski ordenli artilleriya alayı
  • 332-ci fərdi tank əleyhinə qırıcı divizion (05.04.1942-ci ildən)
  • 176-ci zenit artileriya batareyası
  • 669-cu minamyot divizionu
  • 351-ci kəşfiyyat taboru
  • 587-ci sapyor batalyonu
  • 752-cı fərdi rabitə batalyonu (785-ci fərdi rabitə taboru)
  • 385-ci fərdi kimyəvi hücum taboru
  • 320-ci tibb-sanitar batalyonu
  • 422-ci avtonəqliyyat taboru
  • 378-ci sahə çörəkxanası
  • 71-ci veterinar xəstəxanası
  • 1725-ci sahə poçt stansiyası
  • Dövlət bankının 853-cü sahə bilet şöbəsi

Komandirləri[redaktə | mənbəni redaktə et]

  • 18.10.1941 — 26.02.1942 Romanov Vladimir Filippoviç, polkovnik
  • 27.02.1942 — 30.05.1943 Heybət Heybətov, polkovnik (10.11.1942-ci ildən general-mayor)[10]
  • 31.05.1943 — 04.08.1943 Şkodunoviç Nikolay Nikolaeviç, polkovnik
  • 05.08.1943 — 10.03.1944 Suxanov Mixail Afanaseviç, polkovnik (10.03.1944-cü ildən general-mayor)
  • 11.03.1944 — 04.09.1944 Tatarçevski Pyotr Mixayloviç, polkovnik
  • 05.09.1944 — 09.05.1945 Sagitov, Ahnav Qaynutdinoviç, polkovnik

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1944- cü ildə - "Belqrad diviziyası" fəxri adına layiq görülmüş.
  • 1945-ci ildə - "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdir.

Diviziyanın fərqlənmiş döyüşçüləri[redaktə | mənbəni redaktə et]

  • Bondarenko, İvan Antonoviç (1914-1944), 1041-ci piyada alayının komandiri, mayor. 1944-cü il oktyabrın 3-də Varvarovka kəndinin yaxınlığında (Kirovoqrad vilayətinin Dolinski rayonu) düşmən müdafiəsindən keçərkən fərqlənmişdir. 1944-cü il martın 21-də geri çəkilən nasistlərin dalınca Buqskoye kəndi yaxınlığında (Nikolayev vilayətinin Voznesenski rayonu) Cənubi Buq çayının sahilinə ilk çıxanlardan olmuşdur. Bu zaman düşmənin 2 hücum silahı, 37 avtomaşını, 6 sursatı, onlarla əsgəri və zabit məhv edilmişdir. 1944-cü il martın 24-də alayın bir hissəsi Cənubi Buqu adlayıb və onun sağ sahilindəki plasdarmı ələ keçirdi. 1944-cü il martın 3-də plasdarmı tutmaq üçün döyüşün kritik anında döyüşçüləri süngü hücumuna qaldırmış, yaralanmasına baxmayaraq döyüş bölgəsini tərk etməmişdir. Döyüş tapşırığı yerinə yetirilmişdir. Bu döyüşdə həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adını 1944-cü il iyunun 3-də ölümündən sonra almışdır. Lenin ordeni, "Qırmızı Bayraq" ordeni, 3-cü dərəcəli Suvorov ordeni, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur.
  • Kurlov Vasili İvanoviç, baş çavuş, 1039-cu atıcı alayının kəşfiyyat taboru komandirinin müavini. 1945 və 1995-ci illər Qələbə Paradlarının iştirakçısı.
  • Martınov Fyodor İvanoviç 351-ci fərdi kəşfiyyat taborunun kəşfiyyatçısı.
  • Motuz Vladimir İvanoviç çavuş, 1037-ci piyada alayının kəşfiyyat bölümünün komandiri.
  • Faxrudinov Mirgay Axmaeviç (1915-1944), 1041-ci atıcı alayının pulemyot bölümünün komandiri, baş leytenant. Döyüşçülərlə 1944-cü il martın 24-də Buq kəndi yaxınlığında (Nikolayev vilayətinin Voznesenski rayonu) yerləşən Cənubi Buq çayını keçmiş, sağ sahildə plasdarmı tutmuş və əsgərləri ilə düşmənə xeyli ziyan vurmuşdur. 1944-cü il martın 28-də yaralardan ölmüşdür. 03.06.1944-cü il iyunun 3-də Sovet İttifaqı Qəhrəmanı adını almışdır. Lenin ordeni"Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur.
  • Nevski Nikolay Leonteviç 818-ci artilleriya alayının komandiri. O, Aleksandr Nevski ordeninin üçqat cəngavəri olmuş iki nəfərdən biridir.
  • Baxış Mehdiyev 1041-ci alay mayoru. Bir çox döyüş tapşırıqlarının yerinə yetirilməsində qəhrəmanlıq göstərmişdir. 10 mart 1944-cü ildə Mehdiyev kiçik bir döyüşçü dəstəsi ilə Qırmızı Ordunun ala bilmədiyi Kotovka kəndi yaxınlığındakı "Yüksək qəbirlər" ətrafında yuvarlaq bir manevr etmiş. Düşmən mövqelərinin içərilərinə doğru 3 km məsafə keçərək qəfildən düşmənin üzərinə hücum edərək, minimal itkilərlə “Yüksək qəbirləri” almışdır. "Döyüş xidmətlərinə görə" medalı[11], "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni[11], "Vətən müharibəsi" ordeni[11], "Qırmızı Bayraq" ordeni, "Suvorov" ordeni, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı[12], "Qırmızı əmək bayrağı" ordeni[11] almışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2011-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  2. "Arxivlənmiş surət". 2011-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-03.
  3. "Освобождение Югославии. Бои за взятие Белграда в октябре 1944 г." vsepros.ru. 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-10.
  4. Mehdiyev B. 223-cü Qırmızı Bayraqlı Belqrad atıcı diviziyası. Bakı, 2000, 275 səh.
  5. "Будапештская операция 1944-1945". www.booksite.ru. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  6. "Окружение Будапешта". www.itishistory.ru. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-06.
  7. Geschichte des Zweiten Welt Krieges - D.F. Ustinov, Sh: 238-239.
  8. Кавалеры ордена Славы трёх степеней. Краткий биографический словарь — М.: Военное издательство,2000.
  9. В. И. Феськов, 2013, Глава 15. «Южная группа войск 1945-1947 гг. и в 1956-1992 гг.»
  10. "Фронтовой приказ №: 75/н от 04.01.1942". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
  11. 1 2 3 4 "Qəhrəman mükafatları // Xalqın yaddaşı". 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
  12. "Akademiyanın dinləyicilərinə medalların verilməsi haqqında akt". 2017-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Mehdiyev B. 223-cü Qırmızı Bayraqlı Belqrad atıcı diviziyası. Bakı, 2000, 275 səh
  • Мехтиев Б. М. 223-я Краснознамённая Белградская. — Баку: Азернешр, 1983. — 286 с.
  • Şəmistan Nəzirli Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 129 səh. Arxivləşdirilib 2011-08-17 at the Wayback Machine[1][ölü keçid]
  • Мехтиев, Б. 223. Београдска-носилац ордена цровене заставе. Београд: Азенешр, 2012. 263 c
  • Кавалеры ордена Славы трёх степеней. Краткий биографический словарь — М.: Военное издательство,2000.
  • Герои Советского Союза. Краткий биографический словарь в двух томах — М.: Воениздат, 1987.