Bakı orta əsr ticarət kompleksi

Bakı orta əsr ticarət kompleksiİçərişəhər ərazisində dövrümüzə tam şəkildə çatmamış iri ticarət kompleksi. Kompleks Bakı qalasının dəniz sahili boyunca uzanırdı.[1] Şəhər tərəfdən kompleksə daxil olan bütün tikililər əsas ticarət küçəsi (Asəf Zeynallı küçəsi hissəsində) boyunca sıralanmışdı.

Bakı orta əsr ticarət kompleksi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Asəf Zeynallı küçəsi
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVI-XVII əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti qismən dağıdılıb
Kompleksin dövrümüzə çatmış yeganə planı.

Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə yanaşı, Orta əsr ticarət kompleksi feodal dövrü Bakısının ən böyük memarlıq komplekslərindən biri olmuşdur. Orta əsr Bakısında kompleks həm funksional, həm də şəhərsalma baxımından böyük olmuşdur. Yalnız XIX əsrin II yarısında kapitalizmin inkişafı ilə kompleks əhəmiyyətini itirmiş, Xan karvansarayıSeyid Yəhya Murtuza məscidi istisna olmaqla kompleksə daxil olan digər tikililər sökülmüşdür.

İçərişəhərin mərkəzi ticarət küçəsi Şamaxı qapılarından başlayıb bazar meydanı və Qüllə küçəsi ilə keçərək Asəf Zeynallı küçəsinə çatır, əvvəlcə cənub-şərq, daha sonra isə cənub-qərb istiqamətində irəliləyərək Salyan qapısına kimi çatırdı.[2]

Ümumilikdə kompleks altı tikilidən təşkil olunmuşdu ki, onlardan da dördü karvansara, biri məscid, biri isə ticarət sırası idi.[2] Xəritədə karvansaraylar 1,2,5 və 6, ticarət sırası 3, məscid isə 4 nömrəsi ilə qeyd edilmişdir.

Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü. Dəniz yolu ilə gətirilən mallar kompleksin qarşısında boşaldılır və daha sonra müvafiq kavansaralara aparılırdı. Şəhər tərəfdən isə kompleks, şəhərin baş planına əsas mmühüm əhəmiyyət daşımaqla, onun iş və ticaarət mərkəzinin əsasını təşkil edirdi. Kompleksin düz qarşısında isə böyük Cümə məscidi yerləşir.[3]

Kompleksə daxil olan bütün tikililərin inşaat tarixi haqqında məlumat dövrümüzə çatmamışdır. Kompleksin aid olduğu tarixi dövrün müəyyənləşdirilməsi üçün, ona daxil olan tikililərdən ən böyüyü olan Xan karvansarası baza rolunu oynayır. Müvafiq otaq-eyvanlı karvansara tipi XVI əsrin sonu – XVII əsrin əvvəlləri üçün xarakterikdir. Ə. Salamzadənin fikrincə, kompleksə daxil olan digər karvansarayları da XVII əsrin I yarısına aid etmək mümkündür.[3] Buna baxmayaraq, ehtimal ki, kompleks tikililəri XVII əsrin II yarısı və XVIII əsr ərzində də bərpa edilmiş və genişləndirilmişdir.[3]

Kompleksə daxil olan binaların hansı funksiyaları yerinə yetirmələrinin müəyyən edilməsi üçün onların şəhərin qədim xəritələrində hansı adla qeyd edilməsi elmi maraq kəsb edir.[2] Kompleksin dövrmüzə çatmış yeganə çertyojunda (Rusiya Dövlət Hərbi-Tarixi Arxivində (ф. 349, ед.хр. 3, дело 3318[1]) aşkarlanmış həmin plan/çertyoj ilk dəfə Ə. Salamzadə tərəfindən 1956-cı ildə nəşr edilmişdir) kompleksə daxil olan karvansaraylar yalnız "karvansara" kimi qeyd edilirlər. Şəhərin 1796-cı ilə aid baş planında isə "mal karvansarası", ən böyük kavansaray isə "yerləşdirmə karvansarası" adlandırılır.[4] Ə. Salamzadə qeyd edir ki, bu dəqiqləşdirmələr və tikililərin birbaşa dəniz kənarında yerləşməsi, Bakı orta əsr ticarət kompleksinin ilk növbədə dəniz ticarəti ilə əlaqəli olduğunu deməyə əsas verir.[4] Kompleksə daxil olan karvansaralarda geniş anbar yerlərinin olmasına baxmayaraq heyvanlar üçün nəzərdə tutulmuş yerlərin olmaması da bununla izah edilir. Kompleksə daxil olan karvansaralar ticari-anbar və yaşayış yeri xarakteri daşıyırdı.[4]

Feodal dövrü Bakısının şəhərsalma sistemində kompleks mühüm rol oynayırdı. Kompleksin dövrümüzə çatmış planından aydın görünür ki, onun inşası bir dəfəyə həyata keçirilməmişdir.[4]

Şirvanşahlar sarayıBakı xan sarayı ilə yanaşı, Orta əsr ticarət kompleksi feodal dövrü Bakısının ən böyük memarlıq komplekslərindən biri olmuşdur. Orta əsr Bakısında kompleks həm funksional, həm də şəhərsalma baxımından böyük olmuşdur. Yalnız XIX əsrin II yarısında kapitalizmin inkişafı ilə kompleks əhəmiyyətini itirmiş, Xan karvansarayıSeyid Yəhya Murtuza məscidi istisna olmaqla kompleksə daxil olan digər tikililər sökülmüşdür.[4]

Dövrümüzə çatmış tikililər

[redaktə | mənbəni redaktə et]

Xan karvansarası

[redaktə | mənbəni redaktə et]
Xan karvansarayının A. Zeynallı küçəsinə baxan fasadının görünüşü
border=none Əsas məqalə: Xan karvansarayı

1796-cı ilin baş planında "Xan karvansarası" adlandırılan və Rusiya Dövlət Hərbi-Tarixi Arxivində saxlanan çertyojda 1 nömrə ilə qeyd edilmiş bina, Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansarayın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansarayın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı.[4]

S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır."[5]

Karvansarayın inaşası zamanı memar, şəhər bazarı və dəniz sahilini əlaqələndirməklə, tikilinin şəhər orqanizmindəki rolunu artırmağa müvəffəq olmuşdur. Xan karvansarayının dənizə açılan qapıları Bakı qalasına dənizdən girişi təşkil edən beş qapıdan biri olmuşdur.[4]

Karvansaranın həyəti və otaqlarının yerləşməsi o düvrün oxşar tikililəri üçün xarakterik olan sxemi təkrarlayır. Xan karvansarasının əsas fərqli cəhəti, binanın künclərinin özünəməxsus şəkildə həll edilməsidir. Belə ki, künc otaqlarının düzgün olmayan beşbucaqlı və trapesiodal formalarını daşdan olan tavan örtüyü üçün məqsədyönlü hesab etmək olmaz, həmçinin memarlıq xüsusiyyətləri baxımından da bu cür yanaşma arzuedilən deyildir.[4] Karvansarayın ümumilikdə yaxşı işlənilmiş memarlıq-planlaşdırma xüsusiyyətləri fonunda, künc hissələri axıra qədər işlənilməmiş element təəssüratını yaradır.[4] Həmçinin künc divarlarının qalınlığının xaricdən iki dəfə artırılmasının da nəyə əsaslanması məlum deyildir.[4]

Karvansarayın birinci mərtəbəsində anbarlar yerləşdirilmişdi. Şəhər bazarı tərəfdən binanın fasadında kiçik otaq formalı yerlər göstərilmişdir ki, onlar da mağaza (dükan) xarakteri daşımaqla, binanın daxili həyəti ilə əlaqələndirilməmişdir. Bu cür memarlıq həlli, Xan karvansarasından sağda yerləşən və məscidə kimi uzanan bütün kompleks tikililərinin fasadında təkrarlanmışdır.[4]

Seyid Yəhya Murtuza məscidi

[redaktə | mənbəni redaktə et]
Seyid Yəhya Murtuza məscidinin əsas fasadının görünüşü

Seyid Yəhya Murtuza məscidi XVII əsrin əvvəllərində dövrünün görkəmli ictimai xadimlərindən biri olan Seyid Yəhya Murtuzanın sifarişi əsasında, onun maddi dəstəyi ilə inşa edilmişdir. Seyid həm də ömrünün sonuna kimi bu məsciddə axund olaraq fəaliyyət göstərmişdir.[6]

Seyid Yəhyanın vəsiyyətinə görə, ölümündən sonra onu məscidin həyətində dəfn etmişlər. Hal hazırda məscidin ilk axundu olmuş bu şəxsin məzarı məscidin giriş qapısının yanında yerləşir.[6]

Daha çox Bakıya dəniz yolu ilə gələ tacirlər tərəfindən istifadə edilən bu məscid planda kvadrat formasına malikdir. Böyük zalın üzəri hündür olmayan baraban üzərində ucaldılmış günbəzlə örtülmüşdür. Məscidin cənub divarında stalaktit yaruslu daş mehrab yerləşdirilmişdir.[6]

  1. 1 2 Саламзаде, А. В. Торговый комплекс в Баку (ДАН Азерб. ССР, т. XII, № 1). Баку. 1956.
  2. 1 2 3 Саламзаде, 1964. səh. 67
  3. 1 2 3 Саламзаде, 1964. səh. 69
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Саламзаде, 1964. səh. 68
  5. Гмелин, С. Г. Путешествие по России, ч. III. СПб. 1785. 81.
  6. 1 2 3 Fərhadoğlu, 2006. səh. 140
  • Саламзаде, А. В. Торговый комплекс в Баку (ДАН Азерб. ССР, т. XII, № 1). Баку. 1956.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
  • Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 256.