MUST

must1

n I d.d. vaciblik, lazımlıq; ehtiyac

n II must (gəlməmiş /yetişməmiş təzə çaxır)

must2

v modal fel. Aşağıdakı mənaları ifadə edir: 1. vaciblik: Bu halda Azərbaycan dilində vaciblik ifadə edən -malı, -məli şəkilçisinə uyğun gəlir; They must read this book Onlar bu kitabı oxumalıdırlar; 2. güman, ehtimal; Bu halda must feli Azərbaycan dilində güman ki, ehtimal ki sözlərinə uyğun gəlir: Hərəkət gələcəyə aid olduqda must felindən sonra məsdər qeyri-müəyyən formada işlənir; He must come by the night train Gümarı ki / Ehtimal ki, o, gecə qatarı ilə gələcək

MUSSY
MUST-LIST
OBASTAN VİKİ
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. == Hazırlanma qaydası == Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
There Must Be Another Way
There Must Be Another Way (azərb. Başqa bir yolu olmalı‎) — 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil edən Noa və Mira Awadın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Noa, Mira Awada və Gil Dora aiddir. Mahnı sülh və insanlıq mesajlar bildirir. 12 may 2009-cu ildə keçirilmiş birinci yarımfinalda 75 xal toplayaraq 7-ci oldu və finala keçdi. Finalda isə 53 xal toplayaraq 16-cı oldu.
"Mustafa" mükafatı
"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat. == Məqsədlər == == Namizədliklər == == Kateqoriyalar == == Tələblər == İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək. İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
Abdulla Mustovfi
Abdulla Mustovfi (1878 və ya 1877, Tehran – 1941 və ya 1950) — İran tarixçisi. == Həyatı == Abdulla Mustovfi 1877-ci ildə Tehran şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Nəsrulla Mustovfi və anası Zibəndə xanım idi. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran Darülfünununda siyasi elmlərə yiyələnmişdi. Müzəffərəddin şah Qacarın hakimiyyəti dönəmində diplomat kimi Sankt-Peterburqda olmuşdu. Abdulla Mustovfi həm də gözəl ədib, kamil tarixçi kimi tanınmışdı. Onun bütün həyatı "Mənim həyat kitabım" ("Şərhi-zindəgiyi-mən") adlı avtobioqrafik əsərində öz əksini tapıb. Abdulla Mustovfi 1950-ci ildə vəfat edib.
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Aişə Sultan (II Mustafanın qızı)
Aişə Sultan (ərəb. عائشہ بن مصطفی -انی‎) (30 mart 1696, Ədirnə – 26 sentyabr 1752, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Eyni illərdə yaşayan əmisi III Əhmədin qızı Aişə Sultanla qarışdırılmaması üçün Böyük Aişə Sultan olaraq anılır. == Həyatı == Aişə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ilk övladı olması səbəbilə doğumu ilə bağlı dünyanın dörd tərəfinə fərmanlar yazıldı. 7 yaşı olanda keçmiş sədrəzəmlərdən Fazil Mustafa Paşanın oğlu və Anadolu bəylərbəyi olan Körpülü Numan Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir neçə ay sonra vəfat etməsi səbəbilə 5 il sonraya təxirə salındı. 1708-ci ildə baş tutan toy mərasimi yalnız 1710-cu ildə leqallaşdı.
Akademik İmam Mustafayev (film, 2010)
Albert Mustafayev
Albert Mustafayev — tanınmış tişə ustası, əməkdar rəssam. 1956–1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Təsviri sənət kafedrasında assistent, müəllim kimi fəaliyyət göstərib. 1975–2020-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasında baş müəllim, dosent, daha sonra isə professor vəzifələrində çalışıb. Bakıda "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifidir. == Bioqrafiyası == Albert Zaman oğlu Mustafayev 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxada rus məktəbində oxuyub. Ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956–1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Albert Mustafayev Bakıda və bölgələrdə bir sıra heykəltaraşlıq nümunələri yaradıb.
Alidə Mustafayeva
Alidə Fərhad qızı Mustafayeva və ya Alidə Fərhadqızı (30 avqust 1987, Bakı) — azərbaycanlı aparıcı. == Həyatı == Mustafayeva Alidə Fərhad qızı 30 avqust 1987-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası elmlər namizədi, dosent Mustafayev Fərhad Məhəmməd oğlu Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası Kəsəmənli İradə Baba qızı Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir. 2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci il sentyabr ayının 27-dən oktyabr ayının 27-dək Azərbaycan Respublikası Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsində istehsalat təcrübəsi keçib. 7 dekabr 2009-cu il tarixində ATV-də seçimlərdən keçərək, işə götürülüb. İlk olaraq Səhər Proqramı çərçivəsində "Binaların tarixi" və "Yazarlar" rubrikalarını hazırlayıb və aparıb. 2010-cu ilin sentyabr ayının 17-də "106 FM|106" və "106.3 FM" dalğalarında "Son xəbər"i təqdim edib.
Aliya Mustafina
Aliya Mustafina (tat.: Алия Фəphəт kызы Мостафина; d. 30 sentyabr 1994, Moskva, Rusiya) — Rusiyalı idman gimnastı. Aliya Mustafina 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadasında müxtəlif hündürlükdə qollarda qızıl medal qazanıb. Aliya Mustafina həm də üç dəfə Dünya çempionu, beş dəfə Avropa çempionu və 2015-ci ildə Bakıda, I Avropa Oyunlarının üç qat qızıl medalçısı olub (komanda, çoxnövçülük və müxtəlif hündürlükdə qollarda). Aliya Mustafina 2012-ci ildə "Dostluq" ordeninə, 2016-cı ildə isə "Şərəf" ordeninə layiq görülüb. == Həyatı == === Ailəsi === Aliya Mustafinanın atası Fərhad Mustafin, 1976 Monreal Olimpiadasının yunan-roma güləşi üzrə bürünc medalçısıdır. Anası Yelena Mustafina (Kuznetsova) isə fizika müəlliməsidir. Aliya Mustafina bacısı Nailə Mustafinada idman gimnastıdır və Rusiyanın idman ustasıdır, amma o, ciddi zədə aldığdan sonra pəşəkar karyerasını başa vurdu və həvəskar yarışlarda çıxış etdi. Aliya Mustafinanın ana nəslindən nənəsi və babası əslən Moskva vilayətinin Yeqorovsk rayonunun, Volkova kəndindəndir. Ata nəslindən nənəsi və babası isə Nijeqorod vilayətinin Krasnooktyabrsk rayonunun, Rıbuşkino kəndindəndir.
Almaz Mustafayeva
Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; 1 oktyabr 1949, Ağdam – 26 dekabr 2020) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı. == Həyatı == Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur. Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub.
Always (Əzizə Mustafazadə)
Alı Mustafayev
Alı Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. == Həyatı == === Erkən illəri === Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971–1976-cı illərdə Bakı elektrik maşınqayırma zavodunda tornaçı işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. === Jurnalist fəaliyyəti === O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Aləmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. == Həyatı == 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.
Arif Mustafayev
Arif Məhərrəm oğlu Mustafayev (1942 – 2005, Bakı) — tanınmış uşaq cərrahı, tibb elmləri doktoru, professor. == Həyatı == Arif Mustafayev 1942 ildə anadan olmuşdur. Arif Mustafayev 1965 ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Arif Mustafayev Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinin dekanı (1986–1990), Bakı şəhərinin baş uşaq cərrahı (1984–1990) işləmişdir. O, 1986 ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının professoru işləmişdir. Arif Mustafayevin anası Rəhilə xanım Mirzə Cavad bəy Qayıbovun nəvəsidir. Arif Mustafayev fizioloq alim, professor Məhərrəm Mustafayevin oğludur. Arif Mustafayev 2005 ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Arif Mustafayevin respublikamızda uşaq cərrahlığının tədqiqində və inkişafında xidmətləri vardır. O, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 10 metodik tövsiyənin, 120 çox elmi məqalənin müəllifi olmuşdur.
Axund Molla Mustafa
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Ağamalı oğlu
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Əliyev
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Ayaz Mustafayev
Aynur Mustafayeva
Aynur Abbasova (qızlıq soyadı: Mustafayeva; 13 fevral 1998) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Aynur Mustafayeva 1998-ci il fevralın 13-də olub. == Karyerası == 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Aynur Mustafayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. Aynur Mustafayeva 2015-ci ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Əbdüsəlimova, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 32.532 balla 12-ci, 6 gürz+2 halqa turnirini isə 16.566 balla 8-ci pillələrdə başa vurdu.
Aytən Mustafayeva
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. == İstinadlar == == Xarici keçidlər == Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Aytən Mustafazadə
Aytən İnqlab qızı Mustafayeva (23 may 1968, Bakı) — hüquq elmləri doktoru, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru. Milli məclisdə insan hüquqları komitəsinin üzvü. == İstinadlar == == Xarici keçidlər == Aytən Mustafayeva: Azərbaycanda insan hüquq və azadlığının təminatı yüksək səviyyədədir AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutuna direktor müavii təyin olundu.
Ayşə Sultan (II Mustafanın qızı)
Aişə Sultan (ərəb. عائشہ بن مصطفی -انی‎) (30 mart 1696, Ədirnə – 26 sentyabr 1752, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Eyni illərdə yaşayan əmisi III Əhmədin qızı Aişə Sultanla qarışdırılmaması üçün Böyük Aişə Sultan olaraq anılır. == Həyatı == Aişə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ilk övladı olması səbəbilə doğumu ilə bağlı dünyanın dörd tərəfinə fərmanlar yazıldı. 7 yaşı olanda keçmiş sədrəzəmlərdən Fazil Mustafa Paşanın oğlu və Anadolu bəylərbəyi olan Körpülü Numan Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir neçə ay sonra vəfat etməsi səbəbilə 5 il sonraya təxirə salındı. 1708-ci ildə baş tutan toy mərasimi yalnız 1710-cu ildə leqallaşdı.
Aziza Mustafa Zadeh
Aziza Mustafa Zadeh — Əzizə Mustafazadənin 1991-ci ildə çıxan birinci albomu. Lüdviqsburqdə qeydə alınan albomun təqribən 700000 nüsxəsi satılıb.
Ağa Mustafayev
Ağa Məmməd oğlu Mustafayev (9 may 1942, Mağaracıq, Amasiya rayonu) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == Mustafayev Ağa Məmməd oğlu 9 may 1942-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçıllıq fakültəsinə qəbul olunmuş və 1963-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilərək 1963–1966-cı illərdə orada kimyaçı vəzifəsində işləmişdir. O, 1966–1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. Mustafayev Ağa Məmməd oğlu 1969–1972-ci illərdə NKPİ-də kiçik elmi işçi kimi çalışmış, 1972-ci ildən AMEA-nın Polimer Materialları İnstitutuna keçirilərək kiçik elmi işçi, sonra böyük və aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Mustafayev Ağa Məmməd oğlu 1997-ci ildən "Doymamış Poliefirlər" sektorunun, 2007–2014-cü illərdə "Doymamış Poliefirlər", 2014-cü ildən isə "Poliefir və polikarbonat materiallar" laboratoriyasının müdiridir. O, 1971-ci ildə kimya elmləri üzrə namizədlik, 1991-ci ildə Kazan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında doktorluq disseretasiyasını müdafiə etmişdir. 2007-ci ildə ona "Üzvi Kimya" ixtisası üzrə professor adı verilmişdir. Bakı Dövlət Universitetinin Üzvi Kimya kafedrasının professoru və universitetin nəzdində fəliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Beyhan Sultan (III Mustafanın qızı)
Beyhan Sultan (13 yanvar 1766, Konstantinopol – 7 noyabr 1824, Konstantinopol) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı. == Həyatı == Beyhan Sultan 13 yanvar 1766-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş kiçik bacısı Xədicə Sultanla birlikdə Köhnə saraya göndərildilər. 10 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid tərəfindən evləndirildi. Bəy namizədi olaraq seçilən keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşa məktub göndərilərək İstanbula çağırıldı. 22 aprel 1784-cü ildə baş tutan toy mərasiminin ardından, 5 mayda gəlin alayı və Beyhan Sultana aid cehiz möhtəşəm mərasimlə cütlüyə təsis olunan Cağaloğlu sarayına aparıldı.