Aslan qalası

Aslan qalasıXocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Aslan qalası
Ölkə  Azərbaycan
Şəhər Xocalı
Yerləşir Xanabad kəndi
Əsas tarixlər 821 - ilk dəfə M. Kalankatlı tərəfindən xatırlanır
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.264
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Aslan qalası (Azərbaycan)
Aslan qalası

Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir.[2] Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının Alban ölkəsinin tarixi əsərində xatırlanır.

Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası XoxanaberdQaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir.

Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının Alban ölkəsinin tarixi əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır.[2] Kalankatlı yazır:

" Erməni təqviminin 270-ci ilinin sonunda taciklərin (ərəblər nəzərdə tutulur) seçmə döyüşçüləri gizlincə bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Minə qədər əsir alıb Mets-İrankın Şikakar adlı məntəqəsində möhkəmləndilər. O vaxt Arranşahlardan olan cəsur və əzəmətli knyaz Səhl ibn Sunbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı taciklərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçmağa sövq etdilər. Əsirləri isə, şirlərin dişləri arasından çıxarıb azad etdilər.
Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, III kitab, XX fəsil[3]
"

Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.”[4]

Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası XoxanaberdQaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Qala sıldırım qayalıqlarla əhatələnmiş geniş bir sirvədə yerləşir. Olduqca yüksək ərazidə yerləşməsi Aslan qalasından Xaçın vadisinə gedən yolu rahatlıqla nəzarətdə saxlamağa şərait yaradırdı. Eyni zamanda qala ərazisindən Qarqarçay vadisinin aşağı tərəfi olduqca rahatlıqla nəzarətdə saxlanılır.[5]

Bunlarla yanaşı qala, onun müdafiə əhəmiyyətini artıran daha bir vacib keyfiyyətə malikdir. Belə ki, qala altındakı çökəkliklərdə çoxlu sayda xırda su hövzələri və gizli zallara malik dörd böyük mağara vardır.[5]

Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir.[6] İçqala ikiqat divarlarla möhkəmləndirilmişdir. Qala divarlarının qərb hissəsinin uzunluğu 70 m, şimal-şərq hissənin uzunluğu isə 20 metrə qədərdir. İçqalanın giriş qapısı qərb divarında yerləşir. Qapının hər iki tərəfində vaxtilə ucalmış iki nəhəng qüllənin qalıqları vardır. İçqala qəsrinin ərazisi qeyri-hamar olmasına baxmayaraq, demək olar ki, tamamilə tikililərlə doldurulmuşdur.[6]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 Mkrtçyan, 1989. səh. 165
  3. Каланкатуаци, Мовсес. История страны Алуанк (перевод Смбатян Ш. В.). Ереван: Матенадаран. 1984. 164.
  4. Bərxudaryan, 1895. səh. 424
  5. 1 2 Mkrtçyan, 1989. səh. 166
  6. 1 2 Mkrtçyan, 1989. səh. 167
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
  • Bərxudaryan, Makar, Арцах, Bakı, 1895