QAN

is.
1. Orqanizmin damarlarında dövr edib, onun bütün hüceyrələrinin qidalanmasını və maddələrin mübadiləsini təmin edən qırmızı maye.
Sadıq kişi əllərinin qanını arxda yuyub üz qoydu həyətdən çıxmağa. C.Məmmədquluzadə.
…Çox qan itirməsinə baxmayaraq, bədənin möhkəmliyi və cavanlığı Tapdığın sağalmasına kömək etmişdi. Ə.Əbülhəsən.

□ Qan damarı anat. – insan və heyvan bədənində qanın axdığı damar.
Qoyunun mədəsində toxumdan bir kiçik qurd çıxır ki, bağırsağı deşib qan damarına girib qan ilə belə gedib qoyunun beyninə yetişib, orada barama qurdu kimi özünə ətdən barama qayırır. Əkinçi”.
Ürək deyilən möcüzəsinin dərinlərində; qırıldı bir kiçik qan damarı. R.Rza.

Qan dövranı fiziol. – bədəndə qanın damarlarda dövr etməsi.
Qan getmək – çox qan axmaq, çox qan axıtmaq, çox qan itirmək.
Bu dağdan bir can getdi; Ürəyindən qan getdi; Qız nə cür ağlamasın; Sevdiyi oğlan getdi. (Bayatı).

Qan təzyiqi tib. – damarlarda qanın təzyiqi.
İnfarkt, qan təzyiqi!… İki xəstəlik; Əsrin gərginliyi, əsrin zədəsi! B.Vahabzadə.

2. məc. Qan qohumluğu mənasında.
Səmədin qorxusu qaçdı və öz-özünə: – Yox-a, özümünküdür?… Qandır, zarafat deyil, – deyə bacısı oğlundan lap arxayın oldu. B.Talıblı.

3. məc. Qətl, adam öldürmə. Burada, deyəsən, qan var.
4. məc. Düşmənlik, qanlı ədavət. Aralarında qan var. – [Eyvaz:] Bu qanı tarix yuya bilməyəcəkdir.
Açın gözlərinizi, qardaşlar, aldanmayın! C.Cabbarlı.

5. Öldürülən adamın intiqamı, qisası. Qanını tələb etmək.
– Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam. M.İbrahimov.

□ Qan düşməni – barışmaz, qəddar düşmən.
Hər nə isə mənimdi bu; Əsrlik qan düşməninə; Deyə bilmir son sözünü; Amma qırır öz-özünü, utanıram. B.Vahabzadə.

Qan düşmən(çi)liyi – köhnə məişətdə: öldürülmüş yaxın qohumun intiqamını almaq adəti.
İnqilabdan əvvəl keçmiş zəhmətkeş kütlələrinə çoxlu zərər yetirən vəhşi adətlərdən biri də qan düşmənçiliyi idi. S.S.Axundov.

6. məc. Dava, müharibə mənasında. Qan olmasın deyə dünya xalqları arasında sülh yaradılmalıdır.
7. məc. Təbiət, fitrət.
□ Qanında olmaq – təbiətində olmaq, fitrətində olmaq.
8. məc. dan. Təəssüb, qeyrətkeşlik mənasında. Onda heç qan yoxdur.
◊ Qan ağlamaq1) çox mütəəssir olmaq, qanlı göz yaşı tökmək, yasa batmaq.
Səndən ayrı ol qədər qan ağladım ki, dəmbədəm; Yaşa batıb islanıb səbrü qərarın kağızı. M.P.Vaqif.
Bülbül gül üzündə xarı görəndə; Qan ağlar, rüxsarı yaşı dayanmaz. Aşıq Ələsgər.
[İsmayıl:] Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Ə.Haqverdiyev;

2) cana gəlmək, təngə gəlmək, zara gəlmək, çox incimək, dad çəkmək.
Qan ağlatmaq – cana gətirmək, təngə gətirmək, çox incitmək, zülm etmək.
Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma; Sındırdığın bu şüşədən qan axar al şərab kimi. Şəhriyar.

Qan axıtmaq1) müharibə etmək; müharibə qızışdırmaq;
2) adamların ölməsinə, qırılmasına səbəb olmaq.
Qazan dağında, Acıbulaqda, Qarasuçuda, Samıxda, Zincirlidə olan vuruşmalarda Alının dəstəsi yüzlərlə adam qırmışdı, sel kimi qan axıtmışdı. Aşıq Ələsgər”.

Qan axmaq məc. – dava və qırğın düşmək.
Öz yurdunu şum eləmək; Qan axıtmaq, sonra, sonra; Su axtarmaq – qan yumağa?! M.Araz;
Qan aldırmaq – xalq arasında müalicə məqsədi ilə damardan qan çıxartdırmaq.
Mənim əmim Kərbəlayı İmam Qulu … ildə otuz iki dəfə dəllək usta Mədədi çağırıb qan aldırar. C.Məmmədquluzadə.

Qan almaq1) müalicə məqsədi ilə damardan qan çıxarmaq.
[İkinci azarlı:] …Hacı əmi, bu baş ağrısı məni həlak eləyibdir; … gedirəm usta Cəfərin yanına, deyir: – Qanın çoxalıb, gərək səndən qan alam. C.Məmmədquluzadə.
At çərləmişdi.
Bu saatda atdan qan almaq lazımdır. Ə.Vəliyev;

2) məc. intiqam almaq.
Mahmudun qanını bəylərdən almasam, Xocahandan getməyəcəyəm. Qaçaq Nəbi”.

Qan aparmaq – yaradan çox qan axmaq nəticəsində üzülüb özündən getmək.
Ey kamanqaşlı, məni yarələdi qəmzən oxu; Zülfünü bas yarama, qoyma, məni qan aparır. S.Ə.Şirvani.
Deyir: “Yoldaş, qorxma məndən, qorxma, məni qan aparmaz”. S.Vurğun.

Qan bahası – köhnə məişətdə: öldürülən bir adamın əvəzində öldürəndən və ya onun qohumlarından alınan pul və s.; qan əvəzi, diyə.
Gəl, ey aşiq, şəhid ol eşq içində; Ki, həqdir ol şəhidin qan bəhası. Nəsimi.
Hakimlərin gəlir mənbələrindən birisi də ərəblər vaxtından qalan diyə, yəni qan bahası məsələsidir.
Adam öldürənlərə cəza verilmir, çünki qatillər qanın bahasını verib günahlarını təmizləyirlər. M.S.Ordubadi.

Qan bahasına – çox böyük insan tələfatı hesabına, böyük qurbanlar verərək.
Görəcəksiniz! Almanlar qan bahasına tutduqları şəhərləri qoyub Berlinə daban almasalar, mənə nə deyirsiniz, deyin! Mir Cəlal.

Qan başına vurmaq – son dərəcə qəzəblənmək, özündən çıxmaq, hiddətdən özünü bilməmək. Nəbi Həcərin tutulmasını Kirə dağında eşitdi.
Həmin saat qan sıçradı onun beyninə. Qaçaq Nəbi”.
Məktubu oxuduqda qanım başıma vurdu. M.S.Ordubadi.

Qan beyninə vurmaq (sıçramaq) – bax qan başına vurmaq. [İbad:] Doğrusunu deyin.
…Qan beynimə vuranda; it kimi doğraram onu. C.Cabbarlı.

Qan çanağı1) qan tökmək istəyən, qanqan deyən, davakar, fitnəkar, araqarışdıran adam haqqında.
[Ömər Koxa:] Görəsən, Həsən ağa namərdlik etməyib ki? Bilirəm Alqazax uşağı qan çanağıdır, nahaq yerə onlara “Dəli Alqazaxlılar” demirlər. İ.Şıxlı;

2) məc. şərab piyaləsi mənasında.
Əksi-ləbin səadətini bulmasaydı mey; Meyl etməz idi hiç kəs ol qan çanağına. Q.Zakir.

Qan çanağına dönmək – qəzəbin, hirsin şiddətindən, yaxud ağlamaqdan, xəstəlikdən və ya yuxusuzluqdan gözləri bərk qızarmaq, qanla dolmaq, qıpqırmızı olmaq.
[Səkinə xanım:] Bir güzgüyə bax, gör, gözlərin acıqdan qan çanağına dönübdür. M.F.Axundzadə.
Xan hiddətindən dodaqlarını gəmirir.
Hirsindən gözləri qan çanağına döndüsə də, Vaqifin dediklərinə qarşı bir söz tapa bilmədi. Çəmənzəminli.

Qan çəkmək1) qohumluq əlaqəsini büruzə vermək, yaxınlaşmaq;
2) qızarmaq. Gözləri qan çəkmək.
Qan düşmək – dava düşmək, ədavət düşmək.
Könlüm quşunu seyd eylədi qəmzeyi-çeşmin; Qorxum budu, qanlar düşə ortaq arasında. Q.Zakir.

Qan eləmək (etmək)1) adam öldürmək.
Aşıqlar bağrını şan-şan eylərsən; Hər qıya baxanda yüz qan eylərsən. Q.Zakir.
Çoxdu günahım, onu əfv et mana! Qan eləyib qapına gəldim dəxil. S.Ə.Şirvani;

2) məc. şiddət eləmək, çoxlu ziyan vermək, tələfata, fəlakətə, bədbəxtliyə səbəb olmaq. Bu çay coşub daşanda nə qanlar eləməmişdi.
İndi qış onu gücdən salmışdı. Çəmənzəminli.

Qan görmək – aybaşı olmaq.
Qan içdirmək – bax qan uddurmaq. Aşıq Humay indi bu saat özündən çıxıb, yoryoxsulun başı üstündə qamçı oynadan mülkədar balalarına qan içdirirdi.
Qaçaq Nəbidən deyir, Həcəri tərifləyirdi. Ə.Vəliyev.

Qan içmək – zülm etmək, qəddarlıq etmək, insan qanına susamaq.
Tarix cəllad qan içməkdən yorulmaz; Tərpənişsiz qara zəncir qırılmaz. C.Cabbarlı.

// məc. İstismar etmək, qanını sormaq. Deyirdi ki, gərək bəyləri kənddən çıxarasınız.
Bunlar sizin qanınızı içirlər. B.Talıblı.

Qan iddiası – qisas istəmə, intiqam tələb etmə. Qazan deyir: Oğul, min kafir öldürsən də, kimsə səndən qan iddiasında olmaz. “Kitabi-Dədə Qorqud”.
Qan istəmək1) qan bahası iddia etmək, diyə tələb etmək.
Gül kimi bir dəfə öpməklə qızarmış yanağın; Demə, gəl mən də öpüm ki, qana qan istəyirəm. Ə.Vahid;

2) bax qan-qan demək.
Qan iyi gəlmək – qan tökməyə, adam öldürməyə hazır olan adam haqqında.
…Dönün, qayıdın, balam! Bunlardan qan iyisi gəlir! M.F.Axundzadə.

Qan-qan demək – qana susamaq, meydan oxumaq, heç bir səbəb olmadan döyüşməyə, vuruşmağa, qan tökməyə bəhanə axtarmaq.
İndi qan-qan deyir insanları iranlıların! Dərhəqiqət pis imiş qanları iranlıların! M.Ə.Sabir.

Qan qaraltmaq – acıqlandırmaq, dilxor etmək, pərt etmək, əsəbiləşdirmək.
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun.
[Qaçay:] Canəli dayı, ay Canəli dayı, sənə nə oldu, qanın niyə qaraldı? İ.Məlikzadə.

Qan qardaşı – birgə mübarizədə axıdılan qan nəticəsində birbirinə yaxın olan adam haqqında.
Qan qardaşım, nəhayət ver artıq yasına; Azadlığı alacaqsan qan bahasına. S.Rüstəm.
Bizlər ki, lap bir dil, bir qan qardaşıq; Qardaş qalsın, insanlarıq, yoldaşıq… Şəhriyar.

Qan qaynamaq – canlanmaq, dirçəlmək, cuşa gəlmək.
Bu sözlərdən sonra Fəxrəddinin damarlarında qan qaynamağa və beyni alovlanmağa başladı… M.S.Ordubadi.

Qan qohumluğu – həm ata, həm ana tərəfdən olan qohumluq.
Qan qoxusu gəlmək1) dava, müharibə ehtimalı olmaq, müharibə gözlənmək;
2) dava istəmək, dava üçün bəhanə aramaq.
Sənin sözündən qan qoxusu gəlir. C.Məmmədquluzadə.
Dadaşın qardaşı çıxmış özündən; Gəlir qan qoxusu hər bir sözündən. M.Müşfiq.

Qan qusdurmaq – çox incitmək, əzab və əziyyət çəkdirmək, başa bəla kəsilmək.
[Ayrım qızı:] O qapı, bu qapıda veyl-veyl sürünməkdən başqa [Kərim babanın] əlindən bir iş gəlməzdi; evə gəldikdə bizə qan qusdurardı. A.Şaiq.

Qan qusmaq1) vərəm azarına tutulmaq;
2) məc. olmazın əzab, əziyyət, sıxıntı çəkmək. [Zinyət xanım:] Doğru deyiblər ki, hər bir halda dövlət başa bir bəla imiş.
“Neylərəm qızıl teşti, içinə qan qusam” – doğru söz imiş. N.Vəzirov.

Qan ocağı – fitnəfəsad mənbəyi, cinayət yuvası.
[Aqil:] Məni qan ocağı adlandırdılar, kənddən qovdular. S.Rəhimov.

Qan olmaq1) qan tökülmək, adam öldürülmək. [Tellinin anası:] Tanrının qüdrətinə şükür, ağaclarda meyvə qalmadı, görəsən yenə harda nahaq qan olub ki, bəlasını çəkirik. Çəmənzəminli;
2) məc. qiyamət qopmaq, məhşər qopmaq, gurultu qopmaq, dava düşmək.
Qan salmaq – fitnə salmaq, fəsad törətmək, dava salmaq, vuruşdurmaq. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma.
Amanın bir günüdü, əlini qana bulama! İ.Şıxlı.

Qan səpilmək məc. – qızarmaq, allaşmaq. Nahardan sonra təkrar bağa çıxmışdı.
Artıq günəş batır, qüruba qan səpilirdi. Çəmənzəminli.

Qan su yerinə axmaq (yerimək) – çox qan tökülmək, son dərəcə çox adam öldürülmək, qırğın olmaq.
Ömər koxa başa düşdü ki, oğlu bir himə bənddir, əgər ona bir balaca işarə etsə, bütün Çıraqlıları ayağa qaldırar və qan su yerinə axar. İ.Şıxlı.

Qan tökmək1) dava, müharibə etmək;
2) öldürmək. Gah qan tökər və gah içər qan; Ol sərvi-qədə budur nişanə. Heyran xanım.
Zahirdi qəmzənin ciyər sökməyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir.

Qan tökülmək – adam öldürülmək, dava olmaq.
Bu yaxşı əlamət deyildi, belə hallarda mütləq qan tökülməli idi. Çəmənzəminli.

Qan tutmaq1) qatil haqqında: etdiyi cinayətin təsiri altında şüuru kütləşmək, özünü itirmək, özünü çaşdırmaq;
2) ahı tutmaq, qarğışı tutmaq.
Mən aşiq, qanlıları; Qan tutsun qanlıları; Quduz qurda dönəydim; Tutaydım qanlıları. (Bayatı).

Qan uddurmaq – əzab və əziyyət vermək, olmazın zəhmət və iztirab çəkdirmək, gününü qara eləmək.
Belə kafir olmaz, aşiqlərinə; Qan uddurur çanaq-çanaq gözlərin. Q.Zakir.
Həqqi var kim, uddura hər gündə yüz qanlar sənə. S.Ə.Şirvani.

Qan udmaq – son dərəcə əzab və əziyyət çəkmək, zəhmətdə olmaq, iztirablı günlər keçirmək. Ömrüm uzunu qan udaram, hali-pərişan; Kirpiklərin, ol sinəvü ol zülfün əlindən. Heyran xanım.
Qana boyanmaq – öldürülmək, qətl edilmək, yaxud yarasından çoxlu qan axmaq.
[Şahnigarın] qolları və cırıq paltarından görünən dizləri al qana boyanmışdı. İ.Şıxlı.

Qana bulamaq – öldürmək, qətl etmək. [Salatın:] Qurbanın olum, ay qağa, evimizə qan salma.
Amanın bir günüdü, əlini qana bulama! İ.Şıxlı.

Qana çalxatmaq – xatalı, qorxulu, təhlükəli işə cəlb etmək, calamaq, sövq etmək.
Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! M.F.Axundzadə.

Qana dolmaq – rəngi özünə gəlmək, canlanmaq.
Lətifənin göyərmiş dodaqları yavaş-yavaş qana dolurdu. M.Hüseyn.

Qana düşmək – böhtana, xataya, davaya düşmək.
Bağban deyər, məni qoyma nişana; Öldürər gözlərin, düşərsən qana. Aşıq Məmməd Bağban.
Səgrəqib bilməsin, düşərik qana; Sərzəniş gəlməyə bəlkə canana. Q.Zakir.

Qana qan eləmək (etmək) – intiqam almaq, qisas almaq; qan əvəzində qan almaq.
Amandır, sən daha gəl tökmə qanım, qanə qan etmə! Ə.Vahid.

Qana salmaq – davaya salmaq, davaya səbəb olmaq.
Üzün təmənnası, ləbin xəyalı; Binəvanı salıb qanə, deyərmi? Q.Zakir.
Qızarıb ariziali güli-tər tək meydan; Açıban ruyini eşq əhlini yüz qanə salıb. S.Ə.Şirvani.

Qana susamaq – dava arzulamaq, qan tökmək, adam öldürmək arzusunda olmaq.
Zalım fələk xub susayıb qanıma; Bir kimsənə yoxdur gələ yanıma. Q.Zakir.

Qanda üzmək – çox qan tökmək, çox adam öldürmək, qırğın düzəltmək.
Görürəm qanda üzür cəlladlar. S.Rüstəm.

Qanı batmaq – qatili cəzasız qalmaq; qisası, intiqamı alınmamaq.
Biri əmr elədi, o biri qırdı; Qansızlar bu nahaq qanı batırdı. B.Vahabzadə.

Qanı cuşa gəlmək – bax qan qaynamaq.
Qanı halal olmaq məc. – cəzaya, ölümə layiq olmaq.
Seyyida, bilməyirəm hiç nə məzhəbdi bu kim; Qan halal oldu bunun qəmzeyi-xunxarəsinə. S.Ə.Şirvani.

Qanı qaçmaq – bənizi saralmaq, ağarmaq, solmaq.
Saralıb rəngi-rüxün, ləblərinin qanı qaçıb. S.Ə.Şirvani.
Zavallı uşağın qorxudan qanı elə qaçmışdı ki, üzünün rəngi ayaqları altındakı qardan seçilmirdi. S.S.Axundov.

Qanı qaralmaq – kefi pozulmaq, əhvalı təlx olmaq, çox pərt olmaq.
Səməd dayının qanı qaraldı və qəm-qüssəsi aləmi tutdu. B.Talıblı.
Dünən yenə Şahingildə toplaşdıq.
Ancaq ilk addımdan qanımız qaraldı. S.Rəhman.
[Göyçək] Cumanı bu canavarla müqayisə etdikdə qanı qaralır. Ə.Əbülhəsən.

Qanı qaynamaq – çox xoşuna gəlmək, ürəkdən sevmək, alışmaq, üns tutmaq, ünsiyyət etmək.
Orxanın bu oğlana birdən-birə qanı qaynadı, onun didilmiş papağından da, cütburun çarığından da, toppuzlu çomağından da, kişikişi danışmağından da xoşu gəldi. İ.Məlikzadə.

Qanı tutmaq – ahı tutmaq, etdiyi haqsızlığın cəzasını çəkmək.
Səni, ey lalərüx, aşiqlərinin qanı tutub. S.Ə.Şirvani.

Qanı yerdə qalmaq, qanı itmək – bax qanı batmaq.
[Tubu:] Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi? Ə.Haqverdiyev.

Qanına boyanmaq – öldürülmək.
Çəmənlər üstündə, lalələr arasında qucaqlaşaraq öz qanlarına boyanmış Zeynəb və Abbas anaları Fatmanın naləsini eşitmirdilər. S.S.Axundov.

Qanına qəltan etmək – çoxlu yara vuraraq öldürmək.
Qanına susamaq – birini öldürməyi arzu etmək, birinin ölümünü ürəkdən istəmək.
Çün Nəsiminin susamış qanına yarın ləbi; Noldu, ey münkir, sana, kim qaynadı qanın yenə? Nəsimi.
Susadım arslan kimi qanına; Hazır oldum hünərlə meydanına. A.Səhhət.

Qanına yerimək (keçmək, işləmək)1) sirayət etmək, yoluxmaq, keçmək.
…Qaraca qızın dişinin dibi qanadığı üçün, yaranı sorduqda zəhər tüpürcəklə onun qanına yerimişdi. S.S.Axundov;

2) məc. iliyinə, damarına işləmək, vərdiş olmaq, kök salmaq.
Qanından keçmək1) bağışlamaq, əfv etmək, qisasını almamaq;
2) özünü qurban etmək, özünü fəda etmək, canını verməyə hazır olmaq.
Verir fərmanını, keçər qanından; Tökülmüş dabana saçların, gəlin! Aşıq Əmir.

Qanını əsirgəməmək – bax qanından keçmək 2-ci mənada.
Dedi: – Əsirgəməm bir qaşıq qanı; Vəli laf vuranlar gen gündə hanı? Q.Zakir.

Qanını içmək – öldürmək.
[Hacı Murad:] Ay namərd oğlu namərd, hara qaçırsan, qanını içəcəyəm! N.Vəzirov.

Qanını sormaq – istismar etmək, zülm etmək, varyoxunu əlindən almaq.
[Rza xan Hikmət İsfahaniyə:] Kimdir min hiylə ilə vətənin qanını soran? Sizsiniz! Xaricilərlə əlbir olub, beş qranlıq malı otuz qrana satan sizsiniz! M.İbrahimov.

Qanını tökmək – öldürmək.
Qanını tökdü gözün hər ləhzə bir sövda ilən. Nəsimi.

Qanını yerdə qoymamaq – qatilin cəzasını vermək, öldürülənin intiqamını almaq.
[Rüstəm bəy:] Rəşid! …Sənin qanını yerdə qoymaram, oğul! Qəbirdə rahat yat… Hərgah meydanda tək də qalsam, genə düşməndən əl çəkməyəcəyəm. N.Vəzirov.

Qanının arasına girmək – çox çətin və ya qorxulu vəziyyətə düşən bir adamı bu vəziyyətdən qurtarmaq, birinin nicatına səbəb olmaq. Mən onun qanının arasına girdim, yoxsa onu sel aparmışdı. – Onların direktoru başlayacaq ki, mən Xəlilin qanının arasına girdim.
Axı biz də özümüzə görə bir kişiyik. M.Hüseyn.

Ürəyi, ciyəri qana dönmək (qan olmaq) – iztirablı hal keçirmək, çox mütəəssir olmaq.
Dərdü qəm çəkməkdən qan olub ciyər; Gətirən yox nazlı yardan bir xəbər. Q.Zakir.
Qəmin əlində, ilahi, dönüb ürək qanə. M.Hadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAN QAN Maralın keçib gəldiyi yerdə sarı yarpaqlar üzərində qan damlaları çilənirdi (M.Hüseyn); XUN (kl.əd
  • QAN qətl — ölmə
  • QAN düşmənçilik — ədavət

Omonimlər

  • QAN QAN I is. Orqanizmdə damarlarla dövr edib, onun bütün hüceyrələrinin qidalanmasını və maddələr mübadiləsini təmin edən qırmızı maye

Etimologiya

  • QAN “Od” anlamını verən göy kəlməsi ilə qohumdur. Qaynamaq, gün sözləri ilə qan kəlməsi eyni kökə malikdir, mənası “isti, hərarət” deməkdir
QAMUS
QAN-TƏR
OBASTAN VİKİ
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Qan agenti
Qan agenti (ing. blood agent) — zəhərli kimyəvi agent qanda həll olaraq bədənə təsir edir. Qan agentləri, otaq temperaturunda zəif qoxu və rəngsiz qazlar şəklində ortaya çıxan potensial ölümcül zəhərlərdir. Bunlar ya siyanid, ya da arsen əsaslıdır. == Məruz qalma == Qan agentləri nəfəs alma və ya qida yolu ilə işləyir. Kimyəvi silah olaraq qan agentləri adətən aerozollar şəklində yayılır və nəfəs yolu ilə təsir göstərir. Onların uçuculuğuna görə, məhdudlaşmış ərazilərdə açıq sahələrə nisbətən daha zəhərli olurlar. Siyanid birləşmələri təbii mühitdə və siqaret tüstüsündə az miqdarda olur. Onlar həmçinin bir neçə sənaye prosesində həmçinin pestisidlər kimi istifadə olunur. Siyanidlər sintetik parça və ya poliuretan yandıqda sərbəst buraxılır və beləliklə yanğınla əlaqəli ölümlərə səbəb ola bilər.
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə — venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Qan dövranı
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qan qrupları
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qan qrupu
İnsanlarda dörd qan qrupu mövcuddur: I(O), II(A), III(B), IV(AB). Qan qrupları tərkibindəki zülallara əsasən adlandırılır. Aydınlaşdırılmışdır ki, qanın eritrositlərində A və B aqqlütinogenləri və qanın plazmasında isə a(alfa) və ß (beta) aqqlütininləri vardır. İnsan qanında bu maddələrin kombinasiyası 4 variantda mövcuddur: I. Əgər insanın qanının eritrositlərində aqqlütinogenlər yoxdursa, lakin plazmada a və ß aqqlütininləri varsa belə şəxslərin qanı 1-ci qrupa aid edilir. II. Qanın eritrositlərində A aqqlütinogeni, plazmada isə ß aqqlütinini mövcuddursa belə şəxslərin qanı 2-ci qrup hesab olunur. III. Qanın eritrositlərində B aqqlütinogeni, plazmada isə a aqqlütinini varsa belə şəxslərin qanı 3-cü qrup hesab olunur. IV. Qanın eritrositində A və B aqqlütinogeni olduğu halda, plazmada aqqlü tininlər olmursa belə şəxslərin qanı 4-cü qrupa aid edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. İlk qan köçürtmə prosesi 1667-ci ildə insana heyvan qanı köçürmüşlər.
Qan sorucusu
Qan sorucusu (lat. Shistosomum haematobium)-Yastı qurdlar tipinə aid olan növ. == Xarici quruluşu == Erkək fərd 10–15 mm uzunluqda olub, qarın nahiyəsində boylama istiqamətdə novşəkilli büküş vardır. Dişilər erkəklərə nisbətən bir az uzun (20mm) və ensiz olurlar. Dişi fərd erkəyin novşəkilli büküşündə yerləşir və onlara həmişə cüt halda təsadüf olunur. Bu xüsusiyyətlərinə görə də fəsiləyə şistozomatidlər adı verilmişdir ( şisto- ikiləşmiş, zoma- bədən deməkdir). == İnkişafı == Dişi fərd iti tikancığı olan yumurtalarını dal bağırsağın və sidik kisəsinin qan damarlarına tökür. Yumurtalar iri oval formada olub, uzunluğu 0,120-0,160 mm, eni isə 0,040-0,060 mm-dir. Yumurtalar tək-tək qoyulur, onda formalaşmış mirasidi sürfəsi olur. Yumurtada olan tikancıq vasitəsilə onlar sidik kisəsinə keçir və sidiklə xarici mühitə düşürlər.
Qan sporluları
Qan sporluları lat. Haemosporidia müxtəlif onurğalıların və insanın paraziti olub, sahib dəyişməklə inkişaf edir. Onların qeyri-cinsiyyətli çoxalması onurğalılarda, cinsiyyətli çoxalması isə müxtəlif həşərat növlərində gedir. Parazit öz inkişaf prosesində bir sahibdən digər sahibə bilavasitə verildiyindən bunlarda spor mərhələsi yoxdur. Malyariya plazmodisi üçün əsas sahib Anopheles maculipennis, aralıq sahib isə insandır. İnsanda L.Plasmodium cinsinin 4 növü parazitlik edir: P.vivax, P.ovale, P.falciparum, malyariyanın 3 günlük forması P.malariae - 4 günlük forması adlanır. P.falciparum tropik malyariyanın törədicisidir. P.falciparum-un qandakı inkişafı 48 saat müddətində tamamlansa da, iki qızdırma tutması arasındakı müddət bəzən 24 saat ola bilər. İnsanda ən çox yayılan forması P.vivax-dır. == Təsnifatı == Haemoproteidae Dolfein, 1916 Plasmodiidae Mesnil, 1903 Garniidae Lainsonm, Landau et Shaw, 1971 Leucocytozoidae Fallis et Bennet, 1961 == İnkişaf tsikli == Parazitin inkişaf dövriyyəsi belədir: 1.
Qan təzyiqi
Qan təzyiqi — qanın damarda hərəkət sürətidir. == Ölçülməsi == Təbabətdə qan təzyiqinin ölçülməsinin iki üsulu mövcuddur. Klassik Riva-Roççi manjet üsulu; İnvaziv qanlı Korotkov üsulu == Normal təzyiq == Sistola: 120 mm civə sütunu Diastola: 80 mm civə sütunu Keçmiş SSRİ-də 17 yaşdan 79 yaşa qədər normal təzyiq 105–63 sayılırdı. Hal-hazırda normal təzyiq 120–80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120–60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat hiss edirsə, çay və ya qəhvə içə bilər.
Ramat-Qan
Ramat-Qan (ivr. ‏רמת גן‏‎, «Yüksəklikdə bağ») — mərkəzi İsraildə şəhər aqlomerat, Təl-Əvivdən şərqdə, Qivataim, Bney-Brak, Kiryat-Ono və Qivat-Şmuel şəhərlərinin yaxınlığında yerləşir. == Tarix == Ötən dövrdə arxeoloji qalıqları mis və bürünc aşkar, lakin sonra İsrail ərəb hakimiyyəti dövründə uzun müddət rayonunun əhalisi dwindled. 18-ci əsrin əvvəlində Əbu CISC Sina dağından gəldi qəbilə tərəfindən Yarkon River Alexander arasındakı sahədə əhalisi genişləndirilib və 1830 sonra tərəfindən Fallahin From Misir Revolutionaries və İsrail Sudan İbrahim Paşa və Məhəmməd Əli gətirdi. Əhali artımına baxmayaraq, yer quldurlar üçün gizləndiyi yer kimi xidmət və 18-ci əsrin sonuna qədər təhlükəli qaldı. === Şəhərin yaradılması === ilk yəhudi qəsəbəsi təklif şəhər Petah Tikva bir tənzimlənməsinin ilkin uğursuzluq sonra, Joshua Stampfer və Yoel Moshe Salomon məktubunda, 19-cu əsrin sonunda idi. Dr. Yehuda Leib cache Cohen, Herzliya Gimnaziyanın qurucusu liderliyində sakinləri Mansion House bir qrup, bu sahədə Hebrew iş əsaslanır bir kənd şəhər yaratmaq qərara zaman sahibkarların təsis iclası Tel-Əviv 1914-cü ildə keçirilən Bayer şəhər məhkəmə, yaratmaq. 1917-ci zamanı nəzərdə tutulan ərazilər Osmanlı və Britaniya qüvvələri arasında şəhərin cəbhə xəttində inşa ediləcək, çünki müxtəlif amillər hissəsində, Birinci Dünya müharibəsi sonuna qədər proqramın həyata keçirilməsini təxirə saldı. Britaniya qələbə və müharibənin sonu ilə, qrup Garden City Dərnəyi şəhər yaratmaq cəhdləri döndü və 1921-ci ildə "Bağçalar Şəhər" 1800 hektar ərazini, küçələrdə Arlozorov, Jabotinsky və Ben Gurion arasında sahəsi alıb.
İlk Qan
İlk qan (ing. First Blood) — baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur. == Məzmun == Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-yə gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır.
Qan davası
Qan davası — qəbilə quruluşuna xas olan ən qədim prinsipdir ki, buna görə qətli törədən şəxs və ya onun ailə üzvlərindən biri (soy, qəbilə, tayfa, qrup) qisas almaq üçün mütləq ölümə məruz qalır. Qan davası, müvafiq olaraq, qurbanın mənsub olduğu ailə, sülalə, tayfa, qəbilə, qrup və s. üzvlərindən biri tərəfindən həyata keçirilir. Bir sıra hallarda qan davası fidyə ödəməsi və ya öldürülənin yerinə qətli törədən şəxsin zərərçəkən tərəfinə köçürülməsi ilə əvəz edilmişdir. Burada insan ("qan") qəbilə birliyinin bir hissəsi kimi qəbul edilir və şəxsi şərəf anlayışı bütün qan birliyinin şərəf anlayışı ilə birləşir. Qan davası təhlükəli nəticələrlə doludur. Qisas əksər hallarda ondan əvvəlki cinayətdən daha qəddar olur və bu, qarşılıqlı "qisasa qisas" hallarına gətirib çıxarır. Nəticədə uzun qanlı münaqişələr ortaya çıxır. Bu, tez-tez hər iki münaqişəli qrupun üzvlərinin yaralanmasına və ya ölümünə səbəb olur. Bir tərəfdən, bu, müəyyən bir maneə rolunu oynayır.
Qan zülalları
Qan zülalları həmçinin plazma zülalları adlanır — qan plazmasında mövcud olan zülallar. İmmunitet sisteminin fəaliyyətində lipidlərin, hormonların, vitaminlərin və mineralların daşınması da daxil olmaqla bir çox müxtəlif funksiyaları yerinə yetirirlər. Digər qan zülalları fermentlər, tamamlayıcı komponentlər, proteaz inhibitorları və ya kinin prekursorları (qanın laxtalanmasında, vazodilatasiyasında, hamar əzələlərin daralmasında, iltihabın tənzimlənməsində, ürək-damar və böyrək sistemlərinin tənzimlənməsində iştirak edən bioloji aktiv polipeptidlər üçün prekursor zülallar) kimi çıxış edir. Məşhur inancın əksinə olaraq, hemoglobin qan zülalı deyil, çünki qan zərdabında deyil, eritrositlərdə olur. == Tərkibi == Serum albumin qan zülallarının 55%-ni təşkil edir, plazma onkotik təzyiqinin saxlanmasına kömək edir və lipidlərin və steroid hormonların daşınmasında daşıyıcı kimi iştirak edir. Qlobulinlər qan zülallarının 38%-ni təşkil edir və immun funksiyasına kömək edən ionları, hormonları və lipidləri nəql edir. Fibrinogen qan zülallarının 7%-ni təşkil edir. Fibrinogenin həll olunmayan fibrinə çevrilməsi qanın laxtalanması üçün vacibdir. Qalan plazma zülalları (1%) fermentlər, profermentlər və hormonlar kimi tənzimləyici zülallardır. Qamma-qlobulinlərdən başqa bütün qan zülalları qaraciyərdə sintez olunur.
Qan xətti
İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarsiliqli təsiri sayəsində meydana gəlir. Bəzən da daha çox qeyri-allel genlərin birgə təsirindən yeni bir əlamət və ya xüsusiyyət meydana çıxır ki, bu hadisə genlərin qarşılıqlı təsiri adlanır və aşağıdakı tipləri var: komplementar epistatik polimer modifikasiyalaşdırıcı pleyotrop Məlumdur ki, irsiyyət xromosomlarda yerləşən genlərle nəslə ötürülür. Xromosom nukleoprateid strukturuna malik olan bir cisimdir, onun tərkibinə dezoksiribonuklein turşusu (DNT), əsas zülallar – histonlar, qeyri-histon zülallar və az miqdarda ribonuklein turşusu daxildir. Beləliklə, irsi informasiya dezoksiribonuklein (DNT) turşusunun iştirakı ilə həyata keçir. DNT molekulunun quruluşunda dəyişkənlik, orqanizmin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olur. DNT -108 və hətta daha çox nukleotidlərdən ibarət olan mürəkkəb biopolimerdir. Hər bir nukleotid üç komponenti özündə birləşdirir: fosfor turşusu qalığı (fosfat) şəkər pentoza (dezoksiriboza) dörd azot əsaslarından biri: purinlərdən adenin (A) və quanin (Q), pirimidinlərdən timin (T) və ya sitozin (S) == İrsi xəstəlikləri yaradan səbəblər == Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır.
Qan almazı
Qan almazı — müharibə zonasından çıxarılaraq qiyamı, işğalçı ordunu və terrorizmi maliyyələşdirmək üçün satılan almaz. Termin müəyyən ərazilərdəki almaz ticarətinin mənfi nəticələrini vurğulamaq və ya hər hansı almazın bu cür ərazidən gətirildiyini qeyd etmək üçün istifadə olunur. 20-21-ci əsrlərdə vətəndaş müharibələri zamanı Anqola, Fil Dişi Sahili, Syerra-Leone, Liberiya, Qvineya və Qvineya-Bisaudan çıxarılmış almazlara bu etiket verilmişdi. Qan almazları mütəşəkkil cinayətkarlıq sindikatları tərəfindən qara bazarda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə gətirilə də bilər. == Münaqişənin maliyyələşdirilməsi == Müharibə iqtisadiyyatı və siyasi ekologiya elmlərindəki işləri ilə tanınan alim Filip Lö-Bilon "münaqişə resursları" arqumentini belə təsvir edir ki, ən qiymətli resurslar xüsusilə münaqişədəki daha zəif qüvvələr üçün əlçatan olanlardır və bu resurslar onları "motivasiya" edə və fəaliyyətlərini davam etdirməyə xidmət edə bilir. Buna baxmayaraq qlobal bazarlardakı əmtəə qiyməti silahlı münaqişə iştirakçıları üçün təbii sərvətin iqtisadi dəyərinin ölçülməsi üçün doğru etalon deyil. Qiymətli daşlar öz dəyərlərinə görə olduqca yüngül və kiçikdirlər ki, bu da onları "qarət üçün əlverişli" edir. Digər tərəfdən qızıl, kimberlit kimi qiymətli faydalı qazıntıların dərindən çıxarılması kapital tutumlu obyektin istismarını və saxlanılmasını tələb edir və alüvial çöküntülər əksinə, sadə alətlərdən istifadə etməklə ucuz şəkildə istismar edilə bilər. Buna görə də allüvial almazlar daha asan istismar olunur.
Ağ qan xəstəliyi
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Böyük qan dövranı
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsi ilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Kim Sun-qan
Kim Sun-qan (17 noyabr 1912, Pxenyan, Yaponiya imperiyası – 29 may 1984) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kiçik qan dövranı
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsi ilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Qan iyi (kitab)
Qan ləkəsi (roman)
Qan ləkəsi —romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. == Məzmun == Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. == Həyatının erkən dövrü == Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
12 cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası. == Haqqında == E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
1791-ci il Konstitusiya Qanunu
1791 Ruhanilik Vəqfləri Qanunu (ing. Clergy Endowments (Canada) Act 1791 ) və ya 1791 Konstitusiya Qanunu (ing. Constitutional Act 1791) — Böyük Britaniya parlamentinin qəbul etdiyi qərardan sonra 26 dekabr 1791 tarixində elan edildi. Bu qanuna görə Kvebek əyaləti Aşağı Kanada və Yuxarı Kanada adı altında iki hissəyə ayrılmışdır.
1840-cı il Birlik Qanunu
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.
1912-1913-cü illər aqrar qanunları
1912-1913-cü illər aqrar qanunları — Çar Rusiyası tərəfindən Azərbaycanda kəndlilərin torpaq sahiblərindən asılılığından azad olunmasını rəsmiləşdirən qanunlar. == Yeni aqrar qanunların qəbul edilməsi zəruriliyi == XX əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sistemini xəzinə kəndində ağırlaşdıraraq mürəkkəbləşdirdi və əsarəti daha da qüvvətləndirdi. Sahibkar kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının-qolçomaqların şəxsində özünə dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin tətbiqində görürdülər. Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və xeyirxah aktdır. 1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi. Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar kəndinə tətbiq olunmasına razılıq vermişdi. Buna görə də 1908-1909-cu illərdə xəzinə kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız üzərində qalmışdı.
1982-ci il Kanada Qanunu
1982-ci il Kanada Qanunu, Böyük Britaniya parlamentinin Kanadanın tələbi ilə verdiyi bir qanundur. Qanunla Kanada Konstitusiyasına edəcəyi düzəlişlər üçün Böyük Britaniyanın razılığını almaq öhdəliyindən azad olmuşdu. Qanun, eyni zamanda, 1931-ci il tarixli Vestminster Statusunun İngiltərəyə verdiyi qanunvericilik imtiyazlarına (Kanada ilə bağlı hüquqi tənzimləmə və s.) xitam verdi.
ABŞ-a qanunsuz immiqrasiya
Amerika Birləşmiş Ştatlarına qanunsuz immiqrasiya — ABŞ-nin immiqrasiya qanunlarını pozaraq Birləşmiş Ştatlara miqrasiya prosesidir. Bura ABŞ-yə qanunsuz daxil olmuş əcnəbilər, habelə qanuni yolla daxil olmuş, lakin vizalarının müddəti bitdikdən sonra qalanlar, şərti icazə alanlar, TPS və s. aiddir. Qeyri-qanuni immiqrasiya ABŞ-də 1980-ci illərdən bəri gərgin müzakirə mövzusu olaraq qalmaqdadır. ABŞ-nin qeyri-qanuni immiqrant əhalisi 2007-ci ilə qədər pik həddinə çatdı. Həmin vaxt bu, 12,2 milyon (ABŞ əhalisinin 4%-i) idi. 2016-cı ildəki hesablamalara görə, icazəsiz immiqrantların sayı 10,7 milyon nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 3,3%-ni təşkil edir. Böyük tənəzzüldən bəri, ölkəni tərk edənlərin sayı ölkəyə gələnlərin sayını üstələdi və qeyri-qanuni sərhəd keçidləri 2021-ci ilə qədər, rekord sayda 1,7 milyon insanın cənub sərhədini qeyri-qanuni keçməyə çalışarkən tutulduğu onilliklərdə ən aşağı səviyyədə idi. 2007-ci ildən bəri viza müddətinin uzadılması qeyri-qanuni immiqrant əhalinin artımında 2000-ci ildən 2018-ci ilə qədər xeyli azalan qanunsuz sərhəd keçidlərindən daha böyük paya sahib olmuşdur. 2012-ci ildə icazəsiz immiqrantların 52%-i Meksikadan, 15%-i Mərkəzi Amerikadan, 12%-i Asiyadan, 6%-i Cənubi Amerikadan, 5%-i Karib hövzəsindən, 5%-i isə Avropa və Kanadadan olub.
ABŞ-ın qanunvericilik sistemi
ABŞ-nin qanunvericilik sistemi — ABŞ Konqresi və ştatların qanunverici orqanları. == ABŞ Konqresi == ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-də qanunverici hakimiyyəti ABŞ-nin Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-nin Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür. Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür. Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır.
ABŞ Müəlliflik Hüquqları Qanunu
Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu — Amerika Birləşmiş Ştatlarındakı hər hansı bir məlumat və ya əqli fəaliyyət məhsulunun işlədilməsi və ya yayılması ilə bağlı haqların, qanunlarla insanlara verilməsini nəzərdə tutan qanundur. Bu qanun Amerika Birləşmiş Ştatları federal qanunlarının bir hissəsi olub Amerika Konstitusiyası tərəfindən təsdiq edilmişdir.
ABŞ immiqrasiya qanunlarının siyahısı
Birləşmiş Ştatlarda ABŞ-yə immiqrasiya və Birləşmiş Ştatların vətəndaşlığı ilə bağlı bir çox konqres aktları və icraedici tədbirlər qəbul edilmişdir. Əksər immiqrasiya və vətəndaşlıq qanunları Birləşmiş Ştatlar Məcəlləsinin 8-ci Başlığında kodlaşdırılıb. == İcraedici tədbirlər == == Həmçinin bax == ABŞ-yə qanunsuz immiqrasiya ABŞ-yə immiqrasiya ABŞ vətəndaşlıq qanunu == İstinadlar == == Əlavə oxu == Lemay, Mişel və Elliott Robert Barkan (redaktorlar). ABŞ İmmiqrasiya və Naturalizasiya Qanunları və Problemləri: Sənədli Tarix . Greenwood Press, 1999.ISBN 0-313-30156-5ISBN 0-313-30156-5 Zolberq, Aristide. Dizaynına görə bir millət: Amerikanın modasında immiqrasiya siyasəti .
ABŞ vətəndaşlıq qanunu
Amerika Birləşmiş Ştatları vətəndaşlıq qanunu şəxsin hansı hallarda Birləşmiş Ştatlar vətəndaşı olmasını müəyyən edir. Amerika Birləşmiş Ştatlarında vətəndaşlıq ABŞ Konstitusiyasındakı müddəalar, müxtəlif qanunlar və beynəlxalq müqavilələr yolu ilə əldə edilir. Yerli sənədlərdə tez-tez vətəndaşlıq və milliyətlilik bir-birini əvəz etdiyi halda, milliyyət, qanuni yolla bir şəxsin milli şəxsiyyət əldə etməsinin və bir millətə rəsmi üzvlüyünün əldə edilməsini izah etdiyi halda, vətəndaşlıq bir millətə üzv olduqdan sonra olan əlaqə deməkdir. ABŞ-nin 50 əyalətində, Kolumbiya Bölgəsində və ya demək olar ki, hər hansı bir ərazidə anadan olanlar, doğuşdan Amerika Birləşmiş Ştatları vətəndaşlarıdır. Yeganə istisna, fərdlərin adətən doğuşdan ABŞ vətəndaşı olmayan Amerika Samoasıdır. Hər hansı bir əyalətdə və ya ixtisaslı ərazidə yaşayan xarici vətəndaşlar daimi sakin olduqdan və yaşayış şərtini (normal olaraq beş il) yerinə yetirdikdən sonra vətəndaşlıq ala bilərlər. == Əlavə oxumaq üçün == Robert Ceyms Makriter. Vətəndaşlıq axını cədvəli. American Bar Association. 2007.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Adi çaqqal qanqalı
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu adlandırılır. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Ailə: qan bağları (film, 2006)
Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur. == Süjet xətti == Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir.
Ailə və qanun (dəqiqləşdirmə)
Ailə və qanun (film, 1995) — rejissoru və ssenari müəllifi Anees Bazmi olan 1995-ci ildə hind dilində çəkilmiş döyüş dram filmidir. Ailə və qanun (film, 2004) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir.
Ailə və qanun (film, 1995)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — rejissoru və ssenari müəllifi Anees Bazmi olan 1995-ci ildə hind dilində çəkilmiş döyüş dram filmidir. Baş rollarda Ronit Roy, Vinod Xanna, Ajay Devgn, Amrish Puri və Kajol çəkilmişdir. == Süjet xətti == Deva (Ajay Devgn) ACP Siddhant (Vinod Khanna) və həyat yoldaşı Puşpa (Navni Parihar) tərəfindən böyüdülmüşdür. Karan (Ronit Roy) onların bioloji oğludur və anasının Devaya olan məhəbbətini qısqanır. Deva məhəbbət dolu və məsuliyyətli bir oğuldur, Karan isə məsuliyyətsiz həyat tərzinə görə valideynləri üçün daimi olaraq stress mənbəyidir. Shobraj (Amrish Puri) oğlu ACP Siddhant tərəfindən təcavüz və qətl ittihamı ilə həbs edilmiş zəngin və güclü iş adamıdır. Şobrac oğlunu azad etmək üçün Siddhanta rüşvət verməyə çalışır, lakin buna nail ola bilmir. Bu arada Karan sevgilisini öldürməkdə ittiham edilərək həbs edilir. Pushpa oğlunu itirmək fikri ilə ürəyini parçalayır. Deva, ögey anasının xatirinə Karanın günahsız olduğunu sübut edəcəyinə söz verir.
Ailə və qanun (film, 2004)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir. Film 1991-ci ildə Malayalam dilində çəkilmiş olan “Xaç atası” filminin remeykidir. Filmdə baş rolları Akshaye Khanna, Kareena Kapoor, Sunil Shetty, Jackie Shroff, Arshad Warsi, Amrish Puri, Paresh Rawal, Arbaaz Khan, Shakti Kapoor, Farha Naaz və Laxmi canlandırmışdır. == Süjet xətti == Anqar Çand həyat yoldaşı və dörd oğlu ilə kiçik bir Hindistan şəhərində zəngin həyat tərzi keçirir. Böyük oğul Balram hisslərinə qarşılıq verən Dhaminiyə aşiq olur. Anası Lakşmi buna qarşı olsa da, Anqar onların toyunu istəyir. Dhamininin atası Sancev qəzəblənərək təsadüfən Anqarın arvadı Parvatini öldürür. Dhamini zorla Kashinath Pathak ilə evləndirilir. Qəzəblənən Anqar Sancevi öldürür və 14 il həbs edilir. === 14 il sonra === Girov müqabilində həbsdən azad olunan Anqar evə qayıdır və qadınların onun mülkündə olmayacağını bildirir, hətta bunu bildirən qapısının ağzına lövhə belə vurdurur və oğullarına həmişəlik olaraq evlənməyi qadağan edir.
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu
Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu — Amerika Birləşmiş Ştatlarındakı hər hansı bir məlumat və ya əqli fəaliyyət məhsulunun işlədilməsi və ya yayılması ilə bağlı haqların, qanunlarla insanlara verilməsini nəzərdə tutan qanundur. Bu qanun Amerika Birləşmiş Ştatları federal qanunlarının bir hissəsi olub Amerika Konstitusiyası tərəfindən təsdiq edilmişdir.
Amerika Birləşmiş Ştatları Müəlliflik Hüquqları Qanunu
Amerika Birləşmiş Ştatları Müəllif Hüquqları Qanunu — Amerika Birləşmiş Ştatlarındakı hər hansı bir məlumat və ya əqli fəaliyyət məhsulunun işlədilməsi və ya yayılması ilə bağlı haqların, qanunlarla insanlara verilməsini nəzərdə tutan qanundur. Bu qanun Amerika Birləşmiş Ştatları federal qanunlarının bir hissəsi olub Amerika Konstitusiyası tərəfindən təsdiq edilmişdir.
Amerikalı qanqster (film, 2007)
Amerikalı qanqster — rejissor Ridli Skottun 2007-ci ildə çəkdiyi film. Əsas rolları Denzel Vaşinqton, Rassel Krou və Çivetel Eciofor ifa edirlər.
Amonton qanunu
Amonton qanunu — cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Amper qanunu
Amper qanunu — elektrik cərəyanı elementində maqnit sahəsinin göstərdiyi mexaniki təsir qüvvəsini müəyyən edən qanun. Maqnit sahəsinin cərəyanlı naqilə etdiyi təsir qüvvəsi (F) maqnit sahəsinin induksiyası B, naqilin uzunluğu L, naqildən keçən cərəyan şiddəti İ və naqil ilə maqnit sahəsinin induksiya vektoru arasındakı a bucağının sinusu ilə tərs mütanəsibdir.
Andre Qanon
Arximed qanunu
Arximed qanunu - aerohidrostatikanın əsas qanunlarından biridir. Mayeyə və ya qaza batırılmış cisim, sıxışdırılıb çıxartdığı mayenin və ya qazın çəkisinə bərabər qüvvə ilə şaquli yuxarı itələnir. Bu qüvvəyə arximed qüvvəsi deyilir. İlk dəfə eramızdan əvvəl III əsrdə yaşamış yunan alimi Arximed tərəfindən kəşf olunmuşdur. Bu səbəbdən gəmilər batmadan dəniz üzərində hərəkət edir. İndiyə qədər bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biri - Arximed...Yəqin ki, bu böyük alimin adını eşidəndə uşaqdan böyüyə hər birinizin ağlına ilk olaraq onun məşhur "Evrika!" (Tapdım!) kəlməsi gəlir. Qədim Yunan dövlətinin paytaxtı, Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olan bu dahi şəxsiyyət, əslində öz dövründə bir çox texniki kəşfləri ilə də məşhurlaşıb. Onun nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf etmişdi.

Digər lüğətlərdə