QÜLLƏ

[ər.] сущ. 1. къуба, стун хьиз кьакьанз эцигнавай дарамат, минара, вышка ва мс.; 2. башня (дяведин гимида, танкда ва я бронеавтомобилда тупариз далда тир, туп эцигдай элкъвей кьакьан чка).
QÜLĞÜLƏ
QÜLLƏVARİ
OBASTAN VİKİ
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.
Qüllə (memarlıq)
Qüllə, hər hansı bir tikinti materialından hazırlanmış, uzunluğu enindən ən azı iki dəfə çox olan bir tikilidir. İlk əvvəllər düşmənləri əvvəlcədən görmək və onlardan müdafiə olunmaq üçün tikilmiş qüllələr zaman keçdikcə; aşağı yerlərdə su paylanması, sənət əsəri, yaşayış məntəqəsi, nəzarət məntəqəsi, həm də turistik məqsədlər üçün istifadə edilmişdir. Əsasən kvadrat və ya silindrik hündür bina mənasını verən "qüllə" adının mənşəyi ərəbcə "qüllə" sözündəndir. Sivri uclu piramida formalı tikililər hündürlüyünə baxmayaraq qüllə adlandırılmırlar. Qüllə sözündə daha çox "qala" mənası axtarılmalıdır. Buna görə piramida və zikkurat tipli tikililəri qüllə adlandıra bilmərik. Qüllə çox fərqli məqsədlər üçün oxşar üsullarla müasir dövrə qədər tikilmişdir. Bu əvəzolunmaz binanın növlərindən biri də mövcuddur ki, xüsusilə orta əsr müharibələrində çox geniş şəkildə istifadə olunurdu. Bunlar, qalaları dağıtmaq və müdafiəsi ciddi şəkildə təmin olunmuş müdafiə divarlarına çıxa bilmək üçün istifadə olunan təkərlərlə hərəkət edən "hücum qüllələridir". Makedoniyalı İsgəndərin məşhur generalı Antigonosun oğlu Demetrius Poliorcéte tərəfindən ixtira edildiyi deyilən bu qüllələr taxtadan düzəldilmiş, kvadrat planlı, zirehli və ya qalın heyvan dəriləri ilə örtülmüş çoxmərtəbəli piramidal gövdəli idi.
Sahilkənarı qüllə
Sahilkənarı qüllə (rus. Башня на Набережной) — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi. Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi.. Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu. 2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu.
Şüşəli qüllə
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Zirehli qüllə
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
İki qüllə
İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi. Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.
Qara qüllə (Praqa)
Qara qüllə (çex. Černá věž) — Praqa qəsrinin şərq hissəsində, köhnə qəsr pilləkənlərinin yaxınlığında yerləşən və XII əsrə aid edilən memarlıq abidəsi. Çexiya paytaxtını bəzən "Yüzqülləli şəhər" adlandırırlar. Praqada həqiqətən də çoxlu sayda qüllələr vardır; onların bir çoxu müxtəlif binaların tərkib hissəsi və ya ayrıca bir bina kimi inşa olunmuşdu. Onların içərisində məhz "Qara qüllə" ən qədim tikili hesab olunur. O Praqa qəsrinin şərq divarlarının bir fraqmenti sayılır. Kvadrat təməl üzərində qurulmuş qüllənin hündürlüyü 40 metrə yaxındır, onun yanındakı əlavə divarın uzunluğu isə 11 metrdir. Qüllə divarlarının qalınlığı iki yarım metrə, şimal tərəfdən isə hətta 3 metrə çatır. Qara qüllə I Sobeslavın şəxsi təşəbbüsü ilə Praqa qəsrinin şərq tərəfində giriş qapısı və əsas istinadgah kimi 1135-ci ildə inşa edilmişdir. Qüllənin Roman üslubunda yaradılması üçün möhkəm əsas lazım idi və buna görə də hələ I Brjetislavın hakimiyyəti dövründən qalmış daha qədim istehkamın təməli inşaat üçün istifadə olunmuşdur.
Daşkənd Televiziya Qülləsi
Daşkənd Televiziya Qülləsi (özb. Toshkent Teleminorasi) — Özbəkistanın paytaxtı Daşkənddə yerləşən 375 metr hündürlüyü ilə dünyanın 11-ci ən hündür televiziya qülləsidir. Tikintisinə 1978-ci ildə başlanmış və 6 il davam edərək 15 yanvar 1985-ci ildə tamamlanmışdır. Qüllə 1985-ci ildən 1991-ci ilədək dünyanın üçüncü ən hündür qülləsi idi. Bundan başqa televiziya qülləsinin tikintisi qərarı 1971-ci sentyabrın 1-də qərara alınmışdır. Qüllə poladdan tikilmişdir. Qüllənin dizaynı Terxiev, Çaruçov & Semaşko firması tərəfindən verilmişdir. Qüllə, əsasən, televiziya və radio yayımı məqsədiylə istifadə edilir. Siqnallar hətta Daşkəndin ən uzaq vilayətlərindən Qazaxıstanın bəzi regionlarına da çata bilir. Qüllə həmçinin dövlət təşkilatları və departamentləri ilə əlaqə məqsədiylə də istifadə olunur.
Dolmabağça saat qülləsi
Dolmabağça saat qülləsi — Bəzmi Aləm Validə Sultan Məscidi ilə Dolmabağça sarayının Səltənət qapısı arasında yerləşən saat qülləsi. 1890-1895-ci illər arasında Sultan II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Saray memarı Sarkis Balyan tərəfindən Neobarok və Ampir üslubunda tikilib. 27 metr hündürlüyündə və 4 mərtəbəli olan qüllənin 94 pilləsi var. Pilləkən dəhlizlərinin fonu rəngli daşlarla, həndəsi şəkillər verilərək düzəldilmişdir. 12 x 12 m ölçülərdə mərmər platformaya, qüllə sütunları ilə 8,50 x 8,50 mt abadan quruluşdadı. Qüllənin hər kənarında altı pilləli pilləkən və tinlərdə iki mərtəbəli bir fəvvarə yerləşir. Birinci mərtəbənin 3 hissəsində pəncərə, digərində isə qapı var və hər səmtdə tağ qövs daxilində barometr var. Qapı və pəncərələrin iki yanında cüt sütunlar bu mərtəbəni bəzəyir. 7,40 x 7,40 m ölçülü birinci mərtəbənin səmtləri çox bəzəklidir.
Dubay Qülləsi
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dudelanj radio qülləsi
Dudelanj radio qülləsi (lüksemb. Sender vun Diddeleng) – Lüksemburqun Dudelanj şəhəri yaxınlığında yerləşən radio və televiziya qülləsi. Hündürlüyü 285 metrdir. 1957-ci ildə tikilib tamamlanmışdır. 31 iyul 1981-ci ildə Belçikaya məxsus hərbi təyyarə qülləni vurmuşdur. Nəticədə qüllənin yaxınlığındakı bir evdə yaşayan cütlük dağıntılar altında qalaraq həlak olmuşdur.
Dveyra qülləsi
Dveyra qülləsi (malta Torri tad-Dwejra) ― Maltanın Qozo adasındakı Dveyra körfəzində yerləşən kiçik gözətçi qülləsi. İnşası 1652-ci ildə tamamlanmışd tikili bu gün yaxşı vəziyyətdədir və xalqa açıqdır. Dvejr qülləsi 1652-ci ildə Malta cəngavərlərinə rəhbərlik edən Jan de Laskaris-Katellaranın hakimiyyəti dövründə inşa edilmiş və Qozo Universiteti tərəfindən maliyyələşdirilmişdir. Tikili Laskaris qüllələrindən biridir və tikilməsinin səbəbləri arasında gözətçi qülləsi rolunu oynamaq və ətrafı yaxınlaşan düşmənlərdən, xüsusən də piratlardan qorumaq var idi. Bu qüllə də digər qüllələr kimi müvafiq olaraq gecə və gündüz alov və tüstü ilə yaxınlıqdakı müdafiə istehkamları ilə əlaqə qura bilirdi. Qüllənin işlədilməsi üçün gərək olan xərclər yaxınlıqdakı duz mədənlərindən çıxarılan duz hesabına ödənilirdi. Qüllə on səkkizinci əsrdə üç silahla təchiz olunmuşdu. Qüllə 1839-1873-cü illər arasında Malta Krallığı Müdafiə Artilleriyası tərəfindən idarə edildi. Qüllə II Dünya Müharibəsində yenidən müşahidə məntəqəsi olaraq istifadə edildi və 1942-ci ildə orada olan kapitan Frank Debono və Karmelo Zahra körfəzdə qəzaya uğrayan RAF pilotunu xilas etdi. Qüllə 1956-cı ildə Cerald de Trafforda icarəyə, daha sonra isə tamamilə çürümüş vəziyyətdə borc olaraq "Din l-Art Helva" qurumuna verilmişdir.
Eyfel qülləsi
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı
Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Eyfel qülləsində adı yazılmış 72 şəxsin adı
Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Eyfel qülləsində adı yazılmış şəxslər
Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Gömeç qülləsi
Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi. Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır. Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir. Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var.
Gözətçi qülləsi
Gözətçi qülləsi, növbətçi və ya mühafizəçinin ətrafı müşahidə edə biləcəyi yüksək və təhlükəsiz bir yerdə tikilmiş bir istehkam növüdür. Normal qüllədən hərbi istifadəsi ilə fərqlənir. Gözətçi qüllələri fiziki təhlükəsizlik və ya yanğın riskinə qarşı meşə sahələrini müşahidə altında saxlamaq kimi tamamilə mülki vəzifələri də yerinə yetirə bilər. Bu gün ərazidə işçi heyətinə ehtiyac olmadığı üçün, gözətçilik işini ətrafında fırlanan bir müşahidə kamerası həyata keçirdir.
Himeyuri qülləsi
Himeyuri qülləsi (ひめゆりの塔, Himeyuri no to) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən memorial abidə. Abidə İkinci dünya müharibəsi zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur: Okinava Normal Məktəbi və Okinava 1 Saylı Qızlar Liseyi. Bu söz adıçəkilən təhsil müəssisələrinin 1916-cı ildə yaratdıqları jurnalın adından yaranmışdır. Tezliklə bu məktəblərdə təhsil alan şəxslər Himeyuri tələbələri adlanmağa başlanmışdır. İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür. İkinci dünya müharibəsindən sonra Himeyuri tələbələrinin birinin qohumu Kinco Vaşin ərazi sakinləri ilə birlikdə insan qalıqlarını toplamağa başlamış və 1946-cı ildə bu abidənin əsasını qoymuşdur. Əsasən kenotaflardan ibarət olan abidə müharibə zamanı Himeyuri tələbələri tərəfindən yaradılmış Haebaru sahə xəstəxanasının ərazisində və eyniadlı mağaranın yaxınlığında yerləşir. Bu mağara Himeyuri tələbələri tərəfindən əsgərlərə tibbi yardım göstərmək üçün istifadə olunmuşdur.
JPMorgan Chase qülləsi
JPMorgan Chase Tower (azərb. JPMorgan Chase Qülləsi‎) — Hyustonda yerləşən 305 m hündürlüyü olan 75 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1981-ci ildə tikilmişdir. Hündürlüyünə görə dünyada 48-ci yeri tutur.
Kamanets qülləsi
Kamenets qülləsi (belar. Камянецкая вежа) — Belarusiyanın Kamenets şəhərində tarixi qüllə. Qüllənin digər adı olan, belaruscada Ağ Qüllə və ya Ağ Qala mənasını verən Белая вежа ifadəsi ehtimal ki, qüllənin Belavejskaya Puşça meşəsinə yaxınlığından irəli gəlir, lakin bu söz qalanın əsrlər boyu kərpicdən qırmızı rəng almış və hüç vaxt ağ olmamış rəngilə heç bir əlaqəsi yoxdur. Qalanın bünövrəsi haqqında ilk qeyd 1276-cı ilə aiddir. Memar Oleksa tərəfindən 1271–1289 arasında Volhynia Knyazlığının şimal sərhədində bir sərhəd qalası olaraq inşa edilən qüllə, Belarusiyada bu günə qədər qalan yeganə belə qüllədir. Bunaoxşar qüllələr Brest, Qrodno, Turav və Novoqrudokda da inşa edilmiş, lakin müharibələr zamanı məhv edilmişdir. Qüllə bu gün milli bir tarixi məkandır. Liasnaya çayına baxan kiçik bir yüksəkliyin üstündə dayanan qüllə bu gün Kamenetsin əsas əlamətidir. 1960-cı ildən bəri burada Brest regional muzeyinin bir filialı yerləşir. 30 yanvar 2004-cü ildə ərazi UNESCO-nun Ümumdünya irsi kateqoriyasında Müvəqqəti siyahısına əlavə edildi.
Katex qüllələri
Katex qüllələri — Balakən rayonunun Katex kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış qüllələr. Qüllələrin inşasında ərzidən keçən çayda bol olan yerli daşlardan istifadə edilmişdir. Qüllələrin aşağı hissələri böyük ölçülü kobud daşlardan, yuxarı hissələri isə səliqə ilə kəsilmiş kiçik ölçülü qaya daşlarından inşa edilmişdir. İnşaat zamanı keyfiyyətli əhəng məhlulundan istifadə olunurdu. Məhlulun möhkəmliyi o qədər yüksəkdir ki, qüllələrdən qopub düşmüş hissələr parçalanmadan iri bloklar şəkildə qalmışdır. Qüllələrin divarlarının qalınlığı aşağıda 0.9 metrdən başlayır və yuxarı qalxdıqca 0.5-0.6 metrə qədər azalır. Qüllələrin xarici divarları zəif maililiyə malikdir. Maşikulların kronşteynləri bir neçə sıra iri daşlardan formalaşdırılmışdır. Onlar divar səthindən irəli çıxaraq, bir-birini üstündə asılır. Kronşteynlərin sayı bəzi qüllələrdə hər divarda altıya qədər çatır.
Kuala Lumpur qülləsi
Kuala Lumpur qülləsi ( KL Tower, malay Menara Kuala Lumpur ; çin. 吉隆坡塔 ), Malayziyanın Kuala Lumpur şəhərində yerləşən kommunikasiya qülləsi. Tikinti 1 mart 1995-ci ildə başa çatdırılmışdır. Yüksəkliyini 421 metr (1,381 fut) hündürlüyə çatır və dünyada 7-ci ən yüksək qüllədir . Qüllənin damı 335 metrdədir (1,099 fut). Qüllənin qalan hissəsi, şəhərin panoramalı görünüşünə açılan mənzərinin görünməsini təmin edən dönən restoranı var və bura liftə qalxmaq mümkündür. Burada iştirakçılar pilləkənləri yuxarıya doğru irəliləyirlər yarışlar keçirilir,bu yarışlar hər il keçirilir,. Qüllədə İslam fələk rəsədxanası yerləşir.Qüllə, Kuala Lumpurda ictimaiyyətə açıq olan ən yüksək nöqtədir Kuala Lumpur qülləsi üçün rəsmi təməlqoyma 1 oktyabr 1991-ci ildə Malayziyanın 4-cü baş naziri Dato Seri Dr Mahathir bin Mohamad tərəfindən həyata keçirilib.Qüllənin tikintisi üç mərhələli bir proseslə həyata keçirilib. Birinci mərhələ Jalan Bukit Nanasın genişləndirilməsi və torpağın tikinti yerindən çıxarılması idi. Bu mərhələ 1 avqust 1992-ci ildə başa çatdırılmışdır.
Kəbəloba qülləsi
Kəbəloba qülləsi və ya Kint bürcü — Zaqatalanın qədim Kebeloba kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qüllənin giriş qapısı şimal-şərq divarında, yer səviyyəsində yerləşir. Digər üç divarın hərəsində isə bir mazqal vardır. İkinci yarusun hər divarında iki mazqal yerləşdirilmişdir. Burada döşəmə səviyyəsində axar yeri düzəldilmiş və taxta novla əlaqələndirilmişdir. Qüllənin üçüncü yarusu ehtimal ki, yaşayış məqsədi ilə istifadə edilmişdir. 1.30 x 0.75 m tərəflərə malik böyük pəncərənin bu mərtəbədə yerləşməsi də həmin ehtimal təsdiq edir. Pəncərə qüllənin şimal-şərq divarındadır. pəncərə kanarı kimi iri monolit daşlar istifadə edilmişdir. Həmin daşlarda açılmış dəliklərdən taxta pəncərə qapaqları asılırdı.
Makao qülləsi
Makao qülləsi ( çin. 澳門旅遊塔會展娛樂中心 娛樂 旅遊 塔 會展 娛樂 中心 , port. Torre de Macau Torre de Macau , port. Centro de Convenções e Entretenimento da Torre de Macau; tam adı:port. Centro de Convenções e Entretenimento da Torre de Macau Centro de Convenções e Entretenimento de Torre de Macau ), Makao şəhərində turistlərin böyük marağını cəlb edən yüksək səviyyəli tikili teleqüllə, rabitə qovşağı kafe ,3D kino və pərakəndə satış məntəqəsi kimi istifadə olunur. . 338 metr hündürlüyündə olan teleqüllə Makao şəhərində ən yüksək binadır və Çində 18-ci yerdədir,dünyanın ən yüksək televiziya qüllələri siyahısında 19-cu yer tutur. Qüllə yüksək sürətli liftlərlə təchiz olunmuşdur: onların maksimal sürəti dəqiqədə 540 metr (32.4 km / saat, 0-dan 235 metrədək yüksəlmək 40 saniyəyə bərabərdir) . .n Skywalk X sistemi qonaqları xüsusi ilə cəlb edir,qüllə xarici gəzinti platformasına , eləcə də dünyanın ən yüksək tulanma platformasına (qiymət 150 400 dollar jumps) malikdir . 235 metr hündürlükdə və 734 m² sahəsi olan bir görüntü platformasından 55 km-ə yaxın radius mənzərə açılır.Bu platformanın 2 bölməsi var ki,biri açıq-şüşə mənzərəli,digəri isə saat əqrəbinin əksi istiqamətində hərəkət etmə xüsusiyyətlərinə malikdir. . Polad şpinelin hündürlüyü 90 metrdir.
Merkuri qülləsi
Merkuri qülləsi (rus. Меркурий-сити-тауэр) — Rusiyanın paytaxtı Moskvada, Moskva Beynəlxalq Biznes Mərkəzinin 14-cü sahəsində yerləşən, çoxfunksiyalı bir biznes kompleksidir və Avropanın ən yüksək binalarından biri hesab edilir, hündürlüyü isə 338,8 metrdir. Merkuri qülləsinin yerüstü 75, yeraltı isə 5 mərtəbədən ibarətdir. 5 mərtəbə, yalnız avtodayancaq üçün nəzərdə tutulmuşdur. 75 mərtəbənin sahəsi 143181 m², yeraltı mərtəbənin sahəsi isə 30779 m²-dir. Binanın ümumi sahəsi 173960 m²-dir. İlk 40 mərtəbənin A + sinifli ofislər təşkil edir. Binanın 40-cı mərtəbəsində 975 kvadratmetr sahəsi olan çoxfunksiyalı bir "Mercury Space" böyük zal vardır. Məkan xüsusi tədbirlərː konfranslar, mərasimlər, qala gecəsi, toylar, partiyalar, moda nümayişləri və s. təşkil etmək üçün geniş imkanlara malikdir.
Monparnas qülləsi
Monparnas qülləsi — Fransanın paytaxtı Parisdə yerləşən göydələn. Göydələnin mərtəbələrinin sayı 60 mərtəbədən ibarət, hündürlüyü isə 210 m-dir. Binanın inşası 1969-cu ildən 1972-ci ilə qədər aparılıb. Monparnas qülləsi - Paris şəhəri daxilində yerləşən və "şəhərətrafı ərazilərində" olmayan yeganə göydələndir. Binanın yuxarı mərtəbələrində kafe, hədiyyə mağazası və şəhərin çox hissəsinin mənzərəsi olan müşahidə platforması mövcuddur. 1969-1972-ci illər arasında, keçmiş Monparnas stansiyasının yerində inşa edildi və 1973-cü ildə açılışı edildi. İndiki Monparnas stansiyası qüllənin qarşısında, bir az daha cənubda yerləşir. Monparnas qülləsi 209 metr hündürlüyündə və 59 mərtəbədən (terras da daxil olmaqla) ibarətdir. Bir restoran 56-cı mərtəbəni tutur. Ofislərin ümumi sayı 52 mərtəbə və ümumi sahəsi isə 90 000 m²-dir.
Muxas qülləsi
Muxas qülləsi — Azərbaycanın Oğuz rayonunun Muxas kəndindən 1 km şimalda orta əsrlərə aid (təqribən IX – XIII əsrlər) qüllə. Muxas qülləsi Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır. Qüllənin hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5 metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1 metr, içəridən 1,5 metr olan qapı yeri vardır. Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6 metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir. 1 x 0,5 x 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu. Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir.
Müqəddəs Mark saat qülləsi
Saat Qülləsi və ya Torre dell'Orologio ( it. Torre dell'orologio - Venesiyada Müqəddəs Mark meydanının şimal hissəsində bina, erkən İntibah dövrünə aid memarlıq abidəsi. Şəhərin ən məşhur görməli yerlərindən biridir. Bina bir saat qülləsi və hər iki tərəfdən daha qısa hündürlüklü tikililərdən ibarətdir. Qüllə, prokuraturanın şərq tərəfinə birləşir. Qala və saat, saatın mexanizmində sonralar ciddi dəyişikliklər edildiyinə baxmayaraq XV əsrin son onilliyinə aid edilirlər. Qüllə üçün yer elə seçilmişdi ki, saatlar laquna sularından görünsün və hər kəsə Venesiyanın zənginlik və şöhrətini göstərsin. Qüllənin ilk iki mərtəbəsi şəhərin əsas küçəsinə - siyasi və dini mərkəz olan San-Marko meydanını ticarət və maliyə mərkəzi olan Rialto ilə birləşdirən Merçeriya küçəsinə - çıxan monumental arka yaradırlar. Bura hal-hazırda Venesiya muzeyləri ictimai fondu tərəfindən idarə edilən 11 yerdən biridir. Qüllənin zirvəsindəki terasda, bellərinə, zəngi çalan şarnirlər bərkdilmiş iki böyük bürünc heykəl yerləşir.
Müqəddəs Markın saat qülləsi
Saat Qülləsi və ya Torre dell'Orologio ( it. Torre dell'orologio - Venesiyada Müqəddəs Mark meydanının şimal hissəsində bina, erkən İntibah dövrünə aid memarlıq abidəsi. Şəhərin ən məşhur görməli yerlərindən biridir. Bina bir saat qülləsi və hər iki tərəfdən daha qısa hündürlüklü tikililərdən ibarətdir. Qüllə, prokuraturanın şərq tərəfinə birləşir. Qala və saat, saatın mexanizmində sonralar ciddi dəyişikliklər edildiyinə baxmayaraq XV əsrin son onilliyinə aid edilirlər. Qüllə üçün yer elə seçilmişdi ki, saatlar laquna sularından görünsün və hər kəsə Venesiyanın zənginlik və şöhrətini göstərsin. Qüllənin ilk iki mərtəbəsi şəhərin əsas küçəsinə - siyasi və dini mərkəz olan San-Marko meydanını ticarət və maliyə mərkəzi olan Rialto ilə birləşdirən Merçeriya küçəsinə - çıxan monumental arka yaradırlar. Bura hal-hazırda Venesiya muzeyləri ictimai fondu tərəfindən idarə edilən 11 yerdən biridir. Qüllənin zirvəsindəki terasda, bellərinə, zəngi çalan şarnirlər bərkdilmiş iki böyük bürünc heykəl yerləşir.
Petronas Qüllələri
Petronas qüllələri (malay. Menara Berkembar Petronas) — Malayziyanın Kuala-Lumpur şəhərində yerləşən və 1998–2004-cü illərdə dünyanın ən hündür tikilisi hesab olunan göydələnlər. İnşası 1992–1998-ci illəri əhatə etməklə, bu müddətdə 1,6 milyard dollar dəyərində 36 910 ton poladdan istifadə edilmişdir. Malayziyanın milli neft şirkəti Petronas tərəfindən inşa etdirildiyi üçün Petronas adı verilən qüllələrdə, şirkətə aid olan ofislərdən əlavə, bir çox ticarət mərkəzi, təbii elmlər muzeyi — Petrosayens (Petroscience), bir simfonik orkestr və bir incəsənət qalereyası yerləşir. Qüllə memarlıq üslubuna görə, yalnız İslam deyil, Asiyanın böyük buddist məbədlərindəki xətləri də əks etdirir və bu səbəblə, Malayziyanın malay və çinli etnik xüsusiyyətlərinin meydana gətirdiyi vəhdəti ortaya çıxarır. 32 min pəncərəsi olan, ölkənin simvolu sayılan qüllələr, hər din və mədəniyyətdən insanın yaşadığı Malayziyanın qarışıq vəziyyətini də əks etdirir. Asiyanın bütün arxitektur xüsusiyyətləri ilə yanaşı etnik mədəniyyətini də əks etdirən Petronas qüllələrini hər gün minlərlə turist ziyarət edir. Petronas qüllələri 452 metrlik yüksəkliyi ilə dünyanın ən hündür tikililəri arasında yer alır. İki qüllə, aralarındakı əlaqənin təmin edilməsi məqsədi ilə yerdən 170 metr yuxarıda, 41–42-ci mərtəbələrdə Səma Körpüsü adı verilən körpülərlə bir-birinə birləşir. Körpülərin uzunluğu 58 metrdir.
Üzüklərin hökmdarı: İki Qüllə (film, 2002)
Üzüklərin hökmdarı: İki qala — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi.

Значение слова в других словарях