Kəbəloba qülləsi və ya Kint bürcü — Zaqatalanın qədim Kebeloba kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi.
Kəbəloba qülləsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Kebeloba kəndi |
Tikilmə tarixi | XIX əsr |
Material | daş |
İstinad nöm. | 5229 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qüllənin giriş qapısı şimal-şərq divarında, yer səviyyəsində yerləşir.[1] Digər üç divarın hərəsində isə bir mazqal vardır. İkinci yarusun hər divarında iki mazqal yerləşdirilmişdir. Burada döşəmə səviyyəsində axar yeri düzəldilmiş və taxta novla əlaqələndirilmişdir.[1]
Qüllənin üçüncü yarusu ehtimal ki, yaşayış məqsədi ilə istifadə edilmişdir.[1] 1.30 x 0.75 m tərəflərə malik böyük pəncərənin bu mərtəbədə yerləşməsi də həmin ehtimal təsdiq edir.[1] Pəncərə qüllənin şimal-şərq divarındadır.[1] pəncərə kanarı kimi iri monolit daşlar istifadə edilmişdir. Həmin daşlarda açılmış dəliklərdən taxta pəncərə qapaqları asılırdı.[1] Bu cür konstruksiya XX əsrin ortalarına kimi Zaqatalanın mülki tikililərində aktiv istifadə olunursu.[1] Pəncərə olan divarla üzbəüz divarın aşağısında döşəmə səviyyəsində axar yer düzəldilmişdir.
Qülləyə yaxınlaşan düşmənlərə atəş açılması üçün qüllənin üçüncü və dürdüncü mərtəbələrinin hər bir divarında iki mazqal vardır. Car kəndindəki Çingizqala abidəsində olduğu kimi Kəbəloba qülləsində də mazqallar fasada 5-6 sm enə malik və uzaqdan demək olar ki, görünməyən (tikilinin hörgü xüsusiyyətləri də nəzərə alındıqda mazqalın düşmən tərəfindən görülməsi qeyri-mümkündür) yarıq formasındadır.[1] Qüllənin içinə doğru mazqallar genişlənərək 50-60 sm-ə qədər çatır.[1]
Beşinci mərtəbənin divarları qüllənin ümumi divar kütləsindən irəli çıxaraq hər tərəfdə beş kronşteynə dayanır. Beləcə qüllə müdafiəçilərinə hücumçunu yaxına buraxmadan məğlub etmək imkanı yaradılır.[1] Qülləyə gətirən yol və yamaclar maşikullar səviyyəsində künclərdə yerləşmiş və sərt şəkilcə aşağı əyilmiş mazqallarla qorunur. Bina tağtavanlı örtüyə malik olmuşdur. Dağılaraq dövrümüzə çatmamış tağların qalıqların şimal-qərb divarında görmək mümkündür.[2]