TE

“T” хафунин тӀвар.
TAZİYANƏ
TEATR
OBASTAN VİKİ
Te-Pinnakls
Te-Pinnakls (ing. The Pinnacles) — Qərbi Avstraliya ərazisində yerləşən kiçik səhra. Səhranın adını «itiuclu qayalar səhrası» kimi açıqlamaq olar. Səhranın daxili qumlar içərisində hündürlüyü 1-5 metr olan iti uclu qalalıqlarla zəngindir. Ən yaxın yaşayış məntəqəsi 20 dəqiqəliq məsafədə yerləşən Servantes (Cervantes) şəhəridir.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Te (İzer)
Te (fr. Theys) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38504. Kommunanın 2012-ci il üçün əhalisi 1991 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Cura te ipsum
Cura te ipsum (özün özünü müalicə et; ing. Physician, heal thyself) ifadəsi Latın dilində olsa da ona ilk olaraq Luka İncilində rast gəlinir. Luka (yevangelist) özü də yəhudilər tərəfindən həkim olaraq tanınırdı. Tarixçilərin açıqlamalarına görə, ifadə hələ İsanın peyğəmbər kimi qəbul edilmədiyi dövrdə Nazaret əhalisi tərəfindən onu tənqid etmək məqsədilə işlədilirdi. Luka 4:23. Və o dedi: İfadənin latın versiyası olan Cura te ipsum Stridonlu İyeronim tərəfindən hazırlanmış İncilin latın tərcüməsi olan Vulqatadan sonra məşhurlaşmışdı və daha geniş olan Medice, cura te ipsumun qısaltması idi. Bəzi fərziyyələrə görə bu məsəl peyğəmbər xaça çəkilən zaman hələ də ona inanmayan, lağ edən insanların təhqirlərinin əks sədasıdır. Oxşar ifadələrə həm qədim yəhudi ədəbiyyat nümunələrində həm də Yaradılış kitabında rast gəlmək mümkündür. Qədim yunan dramaturqu Esxilin Zəncirlənmiş Prometey əsərində ifadənin oxşar forması mövcuddur. Xor Prometeyə səslənir: Xəstələnmiş pis bir həkim kimi / Ümidsizsən və tapa bilmirsən / Ki hansı dərmanlarla sən özünü sağalda bilərsən.
Tao Te Çinq
Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Lai Çinq-Te
Lay Çinq-Te çin. {{{1}}}) — Tayvanlı siyasətçi və keçmiş həkim və hazırkı vitse-prezident. O, 2024-cü il prezident seçkilərində qalib gələrək Tayvanın prezidenti seçilib. Onun andiçmə mərasimi 2024-cü il mayın 20-də baş tutacaq. O, Tayvanın prezident olan üçüncü vitse-prezidenti və sələfinin ölümündən sonra deyil, seçki yolu ilə vəzifəyə gələn ilk şəxs olacaq. Taypey qraflığında kömür mədənçisi ailəsində anadan olan Lay Taypeydəki universitetlərdə reabilitasiya və ictimai sağlamlıq üzrə təhsil alıb, daha sonra 2003-cü ildə Harvard Universitetində magistr dərəcəsi alıb. Milli Həkimə Dəstək Assosiasiyasının prezidenti vəzifəsində çalışdıqdan sonra Lay 1996-cı ildə Qanunverici Yuan seçkilərində namizədliyini irəli sürüb və qazanaraq Tainan şəhərini təmsil edib. Ardıcıl 4 dəfə Qanunverici Yuana yenidən seçildikdən sonra Lay 2010-cu ildə Tainan merliyinə namizəd olub. O, qalib gəlib və 2014-cü ildə yenidən seçilərək 7 il mer vəzifəsini icra edib. O, 2020-ci ildən vitse-prezident vəzifəsini icra edir.
Porque te vas
"Porque te vas" və ya "Por qué te vas" – məşhur ispan mahnısı. Azərbaycanca "Niyə gedirsən?" və ya "Çünki gedirsən" kimi tərcümə edilə bilir. Mahnı 1974-cü ilin əvvəllərində müğənni Janettenin və Jose Luis Peralesin tərəfindən yazılmışdır. Bu mahnı 1976-cı il Carlos Sauranın Cría Cuervos filmində istifadə olunmuşdur. Mahnının ispanca sözləri: "Hoy en mi ventana brilla el sol Y un corazón se pone triste Contemplando la ciudad ¿Porque te vas? Como en cada noche desperté Pensando en ti Y en mi reloj todas las horas vi pasar ¿Porque te vas? Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas? Bajo la penumbra de un farol se dormirán Todas las cosas que quedaron por decir, se dormirán Junto a las manillas de un reloj esperarán Todas las horas que quedaron por vivir, esperarán Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas?
Porque te vas (mahnı)
"Porque te vas" və ya "Por qué te vas" – məşhur ispan mahnısı. Azərbaycanca "Niyə gedirsən?" və ya "Çünki gedirsən" kimi tərcümə edilə bilir. Mahnı 1974-cü ilin əvvəllərində müğənni Janettenin və Jose Luis Peralesin tərəfindən yazılmışdır. Bu mahnı 1976-cı il Carlos Sauranın Cría Cuervos filmində istifadə olunmuşdur. Mahnının ispanca sözləri: "Hoy en mi ventana brilla el sol Y un corazón se pone triste Contemplando la ciudad ¿Porque te vas? Como en cada noche desperté Pensando en ti Y en mi reloj todas las horas vi pasar ¿Porque te vas? Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas? Bajo la penumbra de un farol se dormirán Todas las cosas que quedaron por decir, se dormirán Junto a las manillas de un reloj esperarán Todas las horas que quedaron por vivir, esperarán Todas las promesas de mi amor se irán contigo Me olvidarás, me olvidarás Junto a la estación yo lloraré igual que un niño ¿Porque te vas? ¿Porque te vas?
Type 94 Te-Ke
Type 94 Te-Ke (yap. 九四式軽装甲車; Rom: Kyūyon-shiki keisōkōsha) — Yaponiya tanketkasıdır. Tanketka Yaponiya İmperator Ordusu tərəfindən İkinci Çin-Yapon müharibəsinin hərbi əməliyyatları zamanı, Nomonhanda Sovet İttifaqına qarşı və İkinci Dünya müharibəsi dövründə geniş bir formada istifadə edilmişdir. Onlar əsasən sursat daşımaq və ümumi olaraq piyadalara dəstək məqsədləri üçün istifadə olunsalar da, birbaşa döyüşdən çox kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulmuşdurlar. Asqı sistemi iki təkərli boji olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 40 km/saat təşkil etmişdir. Tankın istehsal xərci 1939-cu ilin avqust ayına görə silahlanması istisna olmaqla 25,300 Yaponiya yeni ($6,798 USD) olmuşdur.
Re-Te sistemində alınan ərintilər
Re-Te sistemində alınan ərintilər — Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir. Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å. Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur. Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir.
Crepis tectorum var. elata
Cucumis flexuosus var. terra
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir. Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur. 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Cəfər Cəfərov (teatrşünas)
Cəfər Haşım oğlu Cəfərov (20 sentyabr 1914, Bakı – 19 sentyabr 1973, Bakı) — teatrşünas, ədəbiyyatşünas və estetik, ictimai xadim, sənətşünaslıq elmləri doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1973). Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda kiçik bir tacir ailəsində anadan olub. O, ilk təhsilini Bakıda alıb. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim işlədikdən sonra 1932-ci ildə Moskvadakı A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təh­silini başa vuraraq Bakıya qa­yıdıb. Ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Cəfər Cəfərov "Ədəbiyyat" qəzetinin Tənqid şöbəsinin müdiri vəzifəsini icra edib. 1937–1938-ci illərdə Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, 1938–1939-cu illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ssenari şöbəsinin müdiri, 1939-cu ildə isə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub. Cəfər Cəfərov hökumətdə müxtəlif məsul vəzifələrdə çalışıb. Belə ki, o, 1947-1954-cü illərdə Azər­baycan KP MK-da şöbə müdiri, mədə­niy­yət na­zirinin müavini vəzifələ­rini icra edib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr. Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Cənab Robot (teleserial, 2015)
Mr.Robot - Sam Esmail tərəfindən qələmə alınmış Amerika psixoloji gərginlik-dram televiziya seriyası. USA Network tərəfindən 24 İyun 2015 tarixində yayıma başlayan serialın pilot hissəsi onlayn olaraq VOD xidmətləri 27 May 2015-ci ildə yayıma başlamışdır. İnformasiya dünyası ilə yaxından əlaqədar olan-olmayan hər kəsin marağını kəsb etmişdir. IMDb-dəki xalı 10 üzərindən 8.8'dir. (161.000+ adam) Serial, 2 sentyabr 2015 tarixində mövsüm finalını yayımlamışdır. Serialın 2-ci mövsümü 13 İyul 2016-cı il tarixindən etibarən izləyicilərə təqdim olunmağa başlayıb. Serialda Elliot, gündüz gənc bir kiber təhlükəsizlik mühəndisi, gecələr xakkerlik edən bir kiber hücumçudur. Elliot, yer altı xakker qrupunun (fsociety) onunla əlaqəyə keçmək üçün şirkətinin sisteminə zərər verməsi səbəbi ilə böyük bir mürəkkəbliyin içinə özünü atmışdır.
Cənab kraliça (teleserial, 2020)
Cənab kraliça (kor. 철인왕후; Cheorinwanghu) — Shin Hye-sun və Kim Jung-hyun rol aldığı Cənubi Koreya serialıdır. 12 dekabr 2020-ci ildən 14 fevral 2021-ci ilə qədər tvN-də yayımlandı. Müasir dövrdə Jang Bong-hwan (Choi Jin-hyuk) Mavi Evdə çalışan bir aşbazdır. Sərbəst bir ruhu var, amma bir gün özünü Joseon dövründə Kraliça Cheorin (Shin Hye-sun) bədənində tapır. Kral Cheoljong (Kim Jung-hyun), hökmranlıq edən kral, mülayim və asan bir insandır. Ancaq o, adı ilə yalnız Kraldır, əsl güc isə Cheoljongu bir fiqurlu şəxsə salan mərhum Kral Sunjonun həyat yoldaşı Kraliça Sunwon (Bae Jong-ok) tərəfindən idarə olunur. Kraliça Cheorin tezliklə Kralın göründüyü kimi olmadığını və onun qaranlıq və şübhəli tərəfinin olduğunu öyrənir.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət məhəlləsi (teleserial, 2004)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənub Televiziyası
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub terminaliyası
Cənub terminaliyası (lat. Terminalia australis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü.
Cənubi Tepoto
Cənubi Tepoto (fr. Tepoto Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hiti atolundan 20 km cənub-qərbdə yerləşir. Atoll 3 km uzunluğa, 2,4 km enə malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean suları ilə kiçik keçidlə birləşir. Fransa Polineziyasının ən kiçik adasıdır. İnzibati baxımından Makemo kommunasına daxildir. Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Cənubi Çin Texnologiya Universiteti
Cənubi Çin Texnologiya Universiteti (çin. 华南理工大学) — Çin Xalq Respublikasının Quançjou şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1952-ci ildə qoyulmuşdur.
Cəsur ürək (teleserial, 2016)
Prodüserliyini Fark Film boynuna götürdüyü serialın baş rollarını; Onur Tuna, usta oyunçu Hüseyn Avni Danyal və gözəlliyi qədər aktyorluğuyla da səs gətirən Rüveyda Öksüz iştirak edir. Cəsur Yürek'te ürəyindən və biləyindən başqa güvənəcək heç bir şeyi olmayan Ömər Qorxmaz xarakterinə can verəcək olan Onur Tuna, ailəsi, məhəlləsi və yoldaşları üçün böyük bir mübarizə içinə girəcək. Rüveyda Öksüzün canlandırdığı Berrin xarakterinin həyatdakı ən böyük dilema isə, idealist bir hüquqşünas olmasına baxmayaraq, aşiq olduğu adamın ədaləti öz əlləriylə paylamağa qərar vermiş bir kabadayı olmasıdır ... Bölgələr problemləri və beynəlxalq siyasət və strategiyaları də mövzu əldə edən "Cəsur Ürək" in rejissorluğunu Qüdrət Sabancı edərkən, ssenarisini Cüneyt Aysan və Ozan Aksungur qələmə alır.
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı
D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir. D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub. 1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur. 1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Dactylopterus tentaculatus
Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü. Callionymus pelagicus Rafinesque, 1818 Cephalacanthus spinarella (Linnaeus, 1758) Cephalacanthus volitans (Linnaeus, 1758) Dactilopterus volitans (Linnaeus, 1758) Dactylopterus blochii Swainson, 1839 Dactylopterus communis Owen, 1853 Dactylopterus fasciatus Swainson, 1839 Dactylopterus occidentalis Swainson, 1839 Dactylopterus spinarella (Linnaeus, 1758) Dactylopterus tentaculatus Swainson, 1839 Dactylopterus vulgaris Steindachner, 1867 Gasterosteus spinarella Linnaeus, 1758 Gonocephalus macrocephalus Gronow, 1854 Polynemus sexradiatus Mitchill, 1818 Trigla fasciata Bloch & Schneider, 1801 Trigla volitans Linnaeus, 1758 Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil. La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropik və subtropik zonalarında yayılıb. Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.
Dahi (teleserial, 2017)
Dahi (ing. Genius) — National Geographic telekanalında yayımlanan ABŞ istehsalı antologiya və tarixi dram teleserialı. Serialın hər mövsümündə müxtəlif məşhur dahilərin həyatları mövzunu təşkil edir. Serialın 4-cü mövsümü Disney+ platformasında yayımlanmışdır. İlk mövsüm Eynşteynin həyatının ilk dövrü haqdadır. Mövsüm Eynşteynin ilk təhsili, doktrantura təhsili və nisbilik nəzəriyyəsi dövrüdür. İkinci mövsümdə Pablo Pikassonun həyatındakı iki dövr yer alır: birincisi gənclik illərində bacarığını kəşf edilməsi, ikincisi faşizmin yüksəlişi və Pikassonun məşhur sənətçi olduğu dövr. Üçüncü mövsümdə Areta Franklinin həyatındakı iki dövr yer alır: on iki yaşında həmilə qalan gənc müğənni və "Ruhun kraliçası" ləqəbini qazanan ulduz olduğu dövr. Ceffri Raş — Albert Eynşteyn Conni Flinn — Gənc Albert Eynşteyn Samanta Kolli — Mileva Mariç Nikki Hen — Gənc Mileva Mariç Riçard Tapol — Friz Haber Mişel Makelhetton — Filipp Lenard Emili Vatson — Elza Eynşteyn Qvindolin Ellis — Gənc Elza Eynşteyn Ralf Braun — Maks Plank Antonio Banderas — Pablo Pikasso Aleks Riç — Gənc Pablo Pikasso Alessio Skalzatto — 14 yaşlı Pablo Pikasso Timoti Lions — 9 yaşlı Pablo Pikasso Françoiz Qilot — Klemesi Poezi Samanta Kolli — Dora Maar Kintia Erivo — Areta Franklin Şeyan Cordan — Gənc Areta Franklin Kourtni Vens — Klerensi Franklin David Kross — Cerri Veksler Malkolm Berett — Ted Uayt Patrik Kovinqton — Erma Franklin Kimberli Hebert Qriqori — Rat Boven Rebekka Naomi Cons — Karolin Franklin Dahi — "Disney+" platformasında.
Dahi Ferma Teoremi
Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratına, ümumiyyətlə dərəcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Tutaq ki, bizə belə bir məsələ verilib: Verilmiş tam müsbət n üçün a n + b n = c n {\displaystyle a^{n}+b^{n}=c^{n}\,\!} düsturunu ödəyən a, b və c tam ədədlərini tapın(a, b, c>0). Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. İlk baxışdan asan və ya adi görünən bu məsələ təxminən üç əsr yarım dünyanın böyük riyaziyyatçılarına meydan oxumuşdur, onun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar. Bu məsələnin həlli Ferma Teoremi (və ya Böyük Ferma Teoremi və ya Son Ferma Teoremi) ilə bağlıdır.
Dali teatrı və muzeyi
Dali teatrı və muzeyi—İspaniyanın Kataloniya bölgəsindəki Figueras şəhərində yerləşən sənət muzeyi. Burada dəfn olunan ispan rəssamı Salvador Daliyə həsr olunmuş bina dünyanın ən çox ziyarət edilən sənət muzeylərindəndir. Dalinin gənclik əsərlərinin ilk dəfə nümayiş olunduğu şəhər teatrı muzeyin əsas oxunu təşkil edir. Teatr İspaniya vətəndaş müharibəsində yanğın nəticəsində zərər gördü və 1960-cı illərdə Figueres meri və Dalinin təşəbbüsü ilə bir muzeyə çevrildi. Joaquim de Ros i Ramis və Alexandre Bonaterra rəhbərliyi altında aparılan tikinti işləri nəticəsində muzey 28 sentyabr 1974-cü ildə ziyarətçilər üçün açıldı.
Dallas (Texas dairəsi)
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.
Dalyan Texnologiya Universiteti
Dalyan Texnologiya Universiteti (çin. 大连理工大学) — Çin Xalq Respublikasının Dalyan şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Dendranthema tenuiflorum
Ajania tenuifolia (lat. Ajania tenuifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü. Artemisia tenuiflora Jacquem. ex Besser Chrysanthemum tenuiflorum (Jacquem. ex Besser) Karthik. & Moorthy Dendranthema tenuiflorum (Jacquem. ex Besser) Kitam. Ajania roborowskii Muldashev Ajania roborowskii var. tsinghaica Muldashev Chrysanthemum roborowskii (Muldashev) H.Ohashi & Yonek. Chrysanthemum roborowskii var.
Devid Tennant
Devid Tennant (ing. David Tennant, anadan olanda adı — Devid Con Makdonald ing. David John McDonald; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır. Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, qardaşı Bler və bacısı Karen ilə böyüyüb. Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib. Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.

Значение слова в других словарях