Şirvan bəylərbəyliyi
Şirvan bəylərbəyliyi — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi.
== Mahalları ==
Müşkür mahalı
== Şirvan bəylərbəyliyi ==
Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Bəylərbəyliyin cənub sərhəddi Kür çayı,
şimal sərhəddi Samurçay və Böyük Qafqaz sıra dağlarının ətəklərindən keçirdi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibində idi. Dərbənddən şimalda olan Dağıstan əraziləri farsdilli mənbələrdə «Diyari-Çərkəs» (Çərkəs diyarı) adlanırdı. Bəylərbəylik qərbdə Kartli və Kaxetiya ərazisinə çatırdı. Şirvan bəylərbəyliyinin tərkibinə Cavad, Salyan, Bakı, Quba, Kolxan, Dərbənd, Şəki, Ərəş, Alpout, Ağdaş, Mahmudabad, Çəmişgizək (Kürün sol sahilində, Şamaxının qərbində) əraziləri daxil idi. Bəylərbəyliyin ərazisində Quba, Şamaxı, Cavad, Bakı, Dərbənd və Şəki xanlıqları təşəkkül tapdı.1524-cü ildə I Şah İsmayılın qəfil ölümündən sonra hakimiyyətə on yaşlı oğlu Təhmasib gəldi. Lakin on yaşlı şah yüksək gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirtmək uğrunda bir-biri ilə mübarizə aparan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atəbəyi) Div Sultan ələ keçirtdi.