Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun nəqliyyatı

Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, QobustanŞamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir.

İqtisadi rayon
Dağlıq Şirvan iqtisadi rayonu
40°42′19″ şm. e. 48°26′41″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Ağsu, İsmayıllı, Qobustan, Şamaxı
Tarixi və coğrafiyası
Sahəsi 6060 km²
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı 270200 nəf.
Rəsmi dili Azərbaycan dili
Xəritədə yeri
Dağlıq Şirvan iqtisadi rayonuDağlıq Şirvan iqtisadi rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv. km-də 45 nəfərdir.

Təbii sərvətləri

[redaktə | mənbəni redaktə et]

Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. Lakin Şirvan iqtisadi rayonu faydalı qazıntılarla zəngin deyildir. Regionda əsasən daş, çınqıl, qum, əhəng və digər tikinti materialları mövcüddür. Şamaxı, Ağsu, İsmayillı rayonlarının gil yataqları mühüm tikinti əhəmiyyətinə malikdir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədilə istifadə edilir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadi rayon başlıca olaraq əkinçilik, üzümçülük, şərabçılıq və heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Dağlarda yayılan qaratorpaqlarda kartof yetişdirilir, düzən sahələrində pambıq əkilir. Digər əkincilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, meyvə yetişdirilir, barama, arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur.

Şirvan iqtisadi rayonu qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. İqtisadi rayonun sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edir. İqtisadi rayonun yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunmuşdur. Yeyinti sənayesində əsas yerli üzüm məhsulunun emal — şərabçılıq tutur. Konserv, yağ-pendir zavodları, tara müəssiləri fəaliyyət ğöstərir. Bundan əlavə, rayonun iqtisadiyyatında meşə və ağaç emalı, tikinti materialları istehsalı (İsmayıllı rayonunda ağaç emalı müəssisəsi, Şamaxı, Qobustan rayonlarında Daş karxanaları, kərpiç zavodu), kənd təsərrüfatı texnikasının təmiri müəssisələri mövcüddür. Şirvan torpağı tarixən sənətkarlıq və toxuçuluq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kələğayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kələğayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.

Nəqliyyat şəbəkəsi

[redaktə | mənbəni redaktə et]

Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tiflis dəmir yol magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu maqistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.

İqtisadi-coğrafi rayonda rayondaxili və rayonlararası nəqliyyat-iqtisadi əlaqələr lazımi qədər inkişaf etməmişdir. Magistral avtomobil yolunun bərpası, genişləndirilməsi və uzadılması Dağlıq Şirvan iqtisadi-coğrafi rayonu ərazisini şərqdən-qərbə getməklə ondan ayrılan rayondaxili yol-nəqliyyat infrastrukturunu genişləndirir, onun Bakı-Şamaxı hissəsi yenidən qurulur. Ölkəyə yardım strategiyasında nəqliyyatın təşkilinə dair layihədə Bakı-Qobustan-Şamaxı dairəvi yolları təzələnir. Nəqliyyatın, o cümlədən avtomobil yollarının infrastrukturlarının inkişafına ciddi fikir verilir. Bu məqsədlə regionların inkişafına dair Dövlət Proqramlarında əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və infrastruktur xidmətlərindən istifadə səviyyəsini yüksəltmək nəzərdə tutulur [Ağakişiyeva.G.R., 2008].

Avtomobil yolları

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 1989 km-dir ki, bunun da 658 km-i və ya 33,1%-i respublika, 1331 km-i və ya 66,9%-i yerli əhəmiyyətli yolların payına düşür [Məmmədov Z.S., 2002]. Dağlıq Şirvan iqtisadi rayonunun avtomobil yollarının quruluşunda asfalt yollar və ya 19%, qara örtüklü və ya 21%, çınqıl örtüklü və ya 51%, qrunt yollar və ya 9% təşkil edir (cədvəl 3.36 və 3.37). Cədvəl 3.36.

İqtisadi-coğrafi rayonda respublika və yerlı əhəmiyyətli yolların quruluşu, km. [Z.S.Məmmədova (2002) görə]

İnzibati rayonlar Cəmi avtomo

bil yolları

Xüsusi

cəkisi %-iə

Respublika əhə-

miyyətli yollar

Xüsusi cəkisi %-iə Yerli əhə- miyyətli yol Xüsusi

cəkisi %-lə

Şamaxı 501 37,4 246 37,4 255 19,1
İsmayıllı 586 20,6 136 20,6 450 33,8
Ağsu 592 25,2 166 25,2 426 32,0
Qobustan 310 16,8 110 16,8 200 15,1
Cəmi 1989 100 658 100 1331 100

Avtomobil nəqliyyatının tənzimlənməsi üçün Şamaxı rayonunda regional təşkilat yaradılmışdır. Ağsu rayonunda avtomobil yolları təmir edilmiş, Bakı-Şamaxı-Yevlax 144–181 km-lik arasında, Ağsu-Xanbulaq-Nüydü (23 km-lik), Zərqava, Padar-Rəhimli-Ərəbsarvan, Çaparlı-Cəfərli, Sanqalan (4 km-lik), Dilman-Xatman, Bozavand yolunda, İsmayıllı rayonunda, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Basqal-Sulut, Sərdahar-Tircan, Gəraybəyli-Qubaxəlilli, Qobustan ərazisində, Şamaxı rayonunda yol, Nəsimi-Qonaqkənd yolunda, Şamaxı-Zarat Xeybəri yolunda, Çuxuryurd-Qızmeydan-Pirbəyli, Rəsədxana-Avaxıl, Şamaxı-Çölgöylər yollar yenidən qurulmuşdur.

Dağlıq Şirvan inkişaf etmiş nəqliyyata malik olan və yaxşı mənimsənilmiş iqtisadi-coğrafi rayonlarından biridir. Lakin burada sənaye və sosial inrfastrukturlar yerli imkan və tələbatdan geri qalır. Yolların yaxşılaşdırılması məqsədilə körpülər tikilir, çay yataqlarında təmizləmə, seldən qoruyucu bəndlər çəkilir, sahil bərkitmə işləri görülür. Girdiman çayında 220 metrlik, Lahıc qəsəbəsində 550 metrlik qoruyucu bənd istifadəyə verilmişdir. Şərabçılığın və üzümçülüyün inkişafına əlverişli şərait yaratmaq məqsədilə dəmir yolunun Padar stansiyası ilə Çöl-Göylər kəndi arasında yerli əhəmiyyətli dəmir yolu xətti çəkilmişdir. Cədvəl 3.37

İqtisadi-coğrafi rayon üzrə avtomobil yollarının texniki vəziyyəti, km. [Z.S.Məmmədova (2002) görə]

İnzibati

rayonlar

Avtomobil

yollarının

uzunluğu

O cümlədən
Asfalt

örtüklü

Qara

örtüklü

Çınqıl

örtüklü

Qrunt

yollar

Şamaxı 501 105 102 256 38
İsmayyıllı 586 96 74 355 61
Ağsu 592 94 143 293 62
Qobustan 310 88 96 100 62
Cəmi 1989 383 415 1004 187

Nəqliyyat və rabitə sistemi

[redaktə | mənbəni redaktə et]

İqtisadi-coğrafi rayonda müasir rabitə xidməti yeni texnika əsasında qurulur. Bu cəhətdən AzərPoçt platforması vasitəsilə kənd yerlərində maliyyə xidmətlərinin təmin edilməsinə başlanmışdır. Poçt şəbəkəsində qarşılıqlı əlaqə peyk platforması əsasına keçirilir. Xüsusilə kənd əhalisinin kommunal xidmətlərəsu, qaz, istilikrabitə ilə təminatının yaxşılaşdırılmasına dair ayrı-ayrı inzibati rayonlar üzrə proqramlar yerinə yetirilir (cədvəl 3.38).

İqtisadi-coğrafi rayonda nəqliyyat və rabitə sistemi

2000 2005 2008 2011
Avtomobil nəqliyyatı ilə yük daşınması, min ton 1411 2536 3042 3568
Yük dövriyyəsi, mln.ton/km 121,3 235,8 279,9 329,9
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması, min nəfər 14716 17186 19453 25476
Sərnişin dövriyyəsi, mln sərnişin/km 55,9 58,6 66,2 80,0
Avtomobillərin sayı cəmi, ədəd 13682 13926 11581 12138
Yük avtomobilləri 2552 3147 2469 1995
Avtobuslar 344 437 338 290
Sərnişin minik 10335 9890 8398 9706
Şəxsi minik 10191 9639 8164 9502
Poçt şöbələrinin sayı, vahid 59 63 84 80
Hər 100 ailəyə düşən telefon aparatlarının sayı, ədəd 40 46 53 56
Şəhərdə 76 76 79 82
Kənddə 26 34 42 45

[Azərbaycanın regionları – 2012].

Telefon şəbəkəsində əsaslı təmir işləri aparılmışdır. Elektron tipli ATS-lə yüksək keyfiyyətli rabitə xidməti yaradılmışdır. Çətin relyefdə yerləşən kəndlərlə əlaqə üçün peyk avadanlığından istifadə edilir. Poçt, telefonteleqraf müəssisələrinin sayı artmış, hər 100 ailəyə düşən telefon aparatının sayı 56 ədəd, o cümlədən şəhərlərdə 82 ədəd, kəndlərdə isə 45 ədəd təşkil edir. Bununla əhali hətta uzaq yerlərlə də əlaqə saxlamaq imkanına malikdir.[1]

Sosial infrastrukturu

[redaktə | mənbəni redaktə et]

Rayonun sosial infrastrukturuna orta ixtisas məktəbləri, ali məktəblərin filialları (Dövlət Pedaqoji və "Odlar Yurdu" universitetlərinin Şamaxı filialları), mədəni-maarif və səhiyyə ocaqları, teatr və muzeylər daxildir. Rayon turizm baxımından böyük potensiala malikdir. Bundan başqa rayonda Pirqulu rəsətxanası fəaliyyət qöstərir.

İqlim və aqroiqlim ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində yarımsəhra və quru çöl iqlimi (Qobustan), yayı quraq keçən mülayim isti iqlim (Gürcüvan-Şamaxı- Mərəzə yaylası), qışı quraq keçən mülayim isti iqlim (Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yüksəkliyi 1000–1200 m qədər olan sahələr), yağıntıları bütün fəsillər üzrə bərabər paylanan mülayim isti iqlim (İsmayıllı rayonunun şimal və Şamaxı rayonununşimal qərbi) dağ tundra iqlimi (yüksəkliyi 3000 m-dən artıq olan Babadağ zirvəsi zonasında) mövcuddur.

Biomüxtəlifliyi

[redaktə | mənbəni redaktə et]

Rayonun düzənlik və dağtəyi qurşaqlarında, əsasən, bozqır və yarımsəhra bitkiləri yayılmışdır.Rayonun Şirvan düzü zonasında (ŞamaxıAğsu rayonlarının cənub düzənliyi) yarımsəhra bitkiləri 200 m yüksəkliklərə qədər yayılmışdır.Çökəklər və geniş çay dərələri üzrə yarımsəhra bitkiləri 400–500 m yüksəkliklərə qədər yayılır. Tirələr üzrə həmin bitkiliyin yuxarı sərhədi 300–400 m çatır. Alçaqdağlıq və dağətəyi zonalarda seyrək meşələr və kolluqlar, dağlıq ərazilərdə tipik enli yarpaqlı dağ meşələri yayılmışdır.Alçaq dağ-meşə zonası 500–900 m yüksəkliklərdə ensiz kəmər şəklində uzanır. Meşələr palıq və palıq-vələs meşələridir.Burada iberiya palıdı, palıd-vələs, palıd-cökə meşələrinə rast gəlinir.İsmayıllı meşlərində şabalıd və şabalıdyarpaq palıd ağacları vardır. Palıd palıd-vələs meşələri altında mürəkkəb tərkibli xırda ağaclar və kolluqlargeniş yayılmışdır.Bu meşələrdə kol bitkilərindən yemişan, əzgil, itburnu, doqquzdon,zoğal, alça, gərməşov, sarağan, və s. geniş yayılmışdır.İsmayıllı Dövlət qoruğu və Şahdağ Milli Parkının bir hissəsi burada yerləşir.[2]

  1. Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Paşayev N.Ə., Ağakişiyeva G.R.)
  2. biomüxtəliflik və bitkilərin introduksiyası. AMEA Nəbadət Bağının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları.2 cilddə Bakı: CBS, 2009