Ağa Məsih Şirvani

Ağa Məsih Şirvani (Şamaxı1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası

Ağa Məsih Şirvani
Doğum yeri Şamaxı
Vəfat tarixi 1766
Vəfat yeri Şamaxı
Təhsili Dini təhsil
Fəaliyyəti şair
müəllim
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Ağa Məsih Şirvani Vikimənbədə

Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşərmüxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir. Azərbaycan şairlərindən Molla Pənah Vaqif, Qasım bəy ZakirMirzə Ələkbər Sabir Ağa Məsih Şirvaninin şeirlərinə bənzətmələr yazmışdılar. Mirzə Fətəli Axundov, Salman Mümtaz, Zülali Ağa Məsih Şirvaninin ədəbi irsini yükək qiymətləndirmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Həmid Araslı. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1956
  • Salman Mümtaz. Ağa Məsih Şirvani "Azərbaycan ədəbiyyatının qaynaqları". Bakı: 1986