Bu məqalə Heydər Əliyev Mükafatı haqqındadır. orden üçün "Heydər Əliyev" ordeni səhifəsinə baxın. |
Heydər Əliyev Mükafatı — Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifi.
Heydər Əliyev Mükafatı | |
---|---|
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı | |
|
|
Ölkə | Azərbaycan |
Tip | Mükafat |
Kimə verilir | ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka; Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə; beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.[1] |
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 20 sentyabr 2007 |
İlk təltif | |
Ardıcıllıq | |
Yüksək mükafat | Azərbaycan Respublikası Dövlət Mükafatı |
Mükafatın 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanla təsis edilməsi ilə əlaqədar qərar alınmasına baxmayaraq, əsasnaməsi 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanla ilə təsdiq edilmişdir.[1]
Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər. Komissiyanın fəaliyyətinə onun sədri rəhbərlik edir.
Heydər Əliyev Mükafatı komissiyasının tərkibi 2007-ci il noyabrın 14-də prezident fərmanı ilə müəyyənləşib. Komissiyanın sədri prezident İlham Əliyevdir.
Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da – Heydər Əliyevin doğum günündə verilməlidir.
Hər il oktyabr ayının sonunadək Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər mükafata layiq görülmüş şəxslər bu mükafata namizəd irəli sürə bilərlər.
Mükafata bir şəxs və ya təşkilat yalnız bir namizəd təqdim edə bilər. Mükafata təqdim edilən namizədlərin siyahısı mükafatların verilməsinə iki ay qalmış mətbuatda dərc olunur. Sənədlər və namizədlərə dair təkliflər Komissiyaya göndərilməlidir.[1]
Heydər Əliyev mükafatı ilk dəfə 2009-cu ildə təqdim olunub. Əsasnamədə göstərilən məhdudiyyətə baxmayaraq (əsasnaməyə görə, Heydər Əliyev mükafatı hər il yalnız bir nəfərə verilə bilər) 2009-cu ildə mükafatı üç nəfər alıb: heykəltaraş, xalq rəssamı Ömər Eldarov, bəstəkar, xalq artisti Arif Məlikov, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.
2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.[3].
2015-ci ildə Tahir Salahov "Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə" bu mükafatı alıb.[4]
2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.[5].
Azərbaycan Respublikasının Prezidenti
|
|
Komissiyanın hüquqlarına namizədlərin yaradıcılığını, xidmət və fəaliyyətlərini nəzərdən keçirmək; təqdimat mərasiminin keçirilməsini təşkil etmək, mükafatla əlaqədar kargüzarlıq işlərinin aparılması üçün Komissiyanın nəzdində üç nəfərdən ibarət katiblik yaratmaq daxildir. Mükafat Komissiyası iş planına əsasən toplanır. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclas Komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur. Komissiyanın gördüyü işlər və apardığı müzakirələr məxfi saxlanılır. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur. Komissiya üzvlərinin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda Komissiyanın qərarı qəbul olunmuş hesab edilir. Komissiyanın qəbul etdiyi qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəsmiləşdirilir. Həmin Sərəncam kütləvi informasiya vasitələrində dərc olunur.[1]