"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycanın ən ali dövlət təltifi. Orden Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilmişdir. 2005-ci ildən bu yana 26 nəfər bu ordenlə təltif edilmişdir.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər.
Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova.
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi.
Sıra
|
Təltif edilən
|
Foto
|
Vətəndaşlıq
|
Fəaliyyəti / Vəzifəsi
|
Tarix
|
Sərəncam
|
İst.
| |
1.
|
İlham Əliyev
(1961—) |
dövlət xadimi,
Azərbaycan Prezidenti |
28.04.2005
|
|
[1] | |||
2.
|
İhsan Doğramacı
(1915—2010) |
pediatr,
Hacettepe Universitetinin qurucusu |
29.04.2005
|
|
[2] | |||
3.
|
Jak Şirak
(1932—2019) |
dövlət xadimi,
Fransa Prezidenti |
29.01.2007
|
|
[3] | |||
4.
|
Mstislav Rostropoviç
(1927—2007) |
violonçel ifaçısı, pianoçu, dirijor,
SSRİ xalq artisti |
27.03.2007
|
|
[4] | |||
5.
|
Viktor Yuşşenko
(1954—) |
dövlət xadimi,
Ukrayna Prezidenti |
21.05.2008
|
|
[5] | |||
6.
|
Tahir Salahov
(1928—2021) |
rəssam,
SSRİ xalq rəssamı |
27.11.2008
|
|
[6] | |||
7.
|
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
(1929—2020) |
dövlət xadimi,
Küveyt Dövlətinin Əmiri |
09.02.2009
|
|
[7] | |||
8.
|
Lex Kaçinski
(1960—2010) |
dövlət xadimi,
Polşa Prezidenti |
30.06.2009
|
|
[8] | |||
9.
|
Valdis Zatlers
(1955—) |
dövlət xadimi,
Latviya Prezidenti |
10.08.2009
|
|
[9] | |||
10.
|
Trayan Besesku
(1951—) |
dövlət xadimi,
Rumıniya Prezidenti |
18.04.2011
|
|
[10] | |||
11.
|
Georgi Pırvanov
(1957—) |
dövlət xadimi,
Bolqarıstan Prezidenti |
14.11.2011
|
|
[11] | |||
12.
|
Emoməli Rəhmon
(1952—) |
dövlət xadimi, Tacikistan Prezidenti
|
11.07.2012
|
|
[12] | |||
13.
|
Arif Məlikov
(1933—2019) |
pedaqoq,
SSRİ xalq artisti |
13.09.2013
|
|
[13] | |||
14.
|
Abdullah Gül
(1950—) |
dövlət xadimi,
Türkiyə Prezidenti |
11.11.2013
|
|
[14] | |||
15.
|
Viktor Yanukoviç
(1950—) |
dövlət xadimi,
Ukrayna Prezidenti |
17.11.2013
|
|
[15] | |||
16.
|
Rəcəb Tayyib Ərdoğan
(1954—) |
dövlət xadimi,
Türkiyə Prezidenti |
02.09.2014
|
|
[16] | |||
17.
|
Mehriban Əliyeva
(1964—) |
ictimai-siyasi xadim,
Azərbaycan Milli Məclisinin deputatı |
29.06.2015
|
|
[17] | |||
18.
|
Aleksandr Lukaşenko
(1954—) |
dövlət xadimi,
Belarus Prezidenti |
28.11.2016
|
|
[18] | |||
19.
|
Zeynəb Xanlarova
(1936—) |
müğənni,
SSRİ xalq artisti |
26.12.2017
|
|
[19] | |||
20.
|
Nursultan Nazarbayev
(1940—) |
dövlət xadimi,
Qazaxıstan Prezidenti |
03.04.2017
|
|
[20] | |||
21.
|
Ömər Eldarov
(1927—) |
rəssam,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru |
19.12.2017
|
|
[21] | |||
22.
|
Serco Mattarella
(1941—) |
dövlət xadimi,
İtaliya Prezidenti |
18.07.2018
|
|
[22] | |||
23.
|
Allahşükür Paşazadə
(1949—) |
din xadimi,
Qafqaz müsəlmanları XII şeyxülislamı |
26.08.2019
|
|
[23] | |||
24.
|
Ramiz Mehdiyev
(1938—) |
dövlət və elm xadimi,
AMEA Prezidenti |
23.10.2019
|
|
[24] | |||
25.
|
Xoşbəxt Yusifzadə
(1930—2023) |
mühəndis-geoloq,
ARDNŞ-nin birinci vitse-prezidenti |
13.01.2020
|
|
[25] | |||
26.
|
Polad Bülbüloğlu
(1945—) |
müğənni, dövlət xadimi
Azərbaycanın Rusiyada səfiri |
03.02.2020
|
|
[26] |