1. Üsyanda iştirak edən, üsyan iştirakçısı.
[Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər.
[Komandan:] Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırdıb, üsyançıları ələ gətirməkdir.
2. məc. Haqsızlığa və ya bir şeyə dözməyib, öz narazılığını, hiddətini fəal surətdə bildirən adam; üsyankar.
İndi [Muradda] mühitinə qarşı bir üsyançı ruhu vardı.