ÇÖKÜNTÜ ÖRTÜYÜ

platforma sahələrində metamorfizləşməmiş, zəif qırışmış çökmə süxurlardan təşkil olunmuş çöküntü qatı olub, qədim qırışıqlı, metamorfizləşmiş özülü qeyriuyğun və transqressiv şəkildə örtür. Ç. ö. bəzən turş intruzivlərlə yarılmış olur. осадочный чехол platform mantle, sedimentary cover
ÇÖKÜNTÜ AXINI /SÜRÜŞMƏSİ/ İZİ
ÇÖKÜNTÜLƏR
OBASTAN VİKİ
Çöküntü (fermentasiya)
Çöküntü (fermentasiya) — Çöküntü, mayalanma və qıcqırmadan sonra şərab qabının dibinə "təmizlənmə" nəticəsində çökən və ya daşınan ölü maya və ya qalıq maya və digər hissəciklərdir. Bir pivə zavodunda pivə hazırlayarkən eyni borular kimi tanınır — şərab və pivənin ikincil fermentasiya ilə eyni — çöküntüdür və ya yalnız pivə halında çöküntüdür. Bu material yeməkdə və üzvi kimiyada istifadə olunan ticarət tartarik turşusunun çoxunun mənbəyidir. Ümumiyyətlə şərab qalıq qoyaraq başqa bir konteynerə (rəfə) tökülür. Bəzi şərablar (xüsusən Şardonna, Şampan və Muskadet) bəzən zeytun qıcqırmasındandır, bir maya aroması və ləzzəti ilə nəticələnir. Çöküntüləri qoxulamaq üçün qarışdırıla bilər . Sur lie, sözün əsl mənasında Fransız dilindən "layihədə" olaraq tərcümə olunur. Sur lie şərabları tökülmədən birbaşa çöküntüdən qablaşdırılır (şərab filtrasiya prosesi). Kimyəvi olaraq, bu, palıd qoxusu molekullarını dəyişdirə bilər, inteqrasiyanı artırır və palıdın dadına görə daha xoşagəlməz hala gətirir. Çünki palıd taninləri polifenolik turşulardır və sərt ola bilər.
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Meşə örtüyü
Qar örtüyü
Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.
Üstəgəlmə örtüyü
Üstəgəlmə örtüyü (rus. покров надвига , ing. overthrust cover, overfault cover) — üstəgəlmənin altda yatan layın üstünə gələn hissəsi.
Azərbaycanın bitki örtüyü
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir. === XIX əsrin 70-ci illərində === İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor olmuşdur. 1724-1725-ci illərdə Rusiya EA-nın ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. S.T.Qmelinin başçılıq etdiyi Rusiya EA-nın ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. === XIX əsrin 80-cı illərində === Qafqaz bitkiliyi, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820) tərəfindən toplanmışdır. XIX – əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar aparmışdır. XIX – əsrin sonlarında, Qafqaz rayonlarının bitki örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N. Smirnov, Y.A.Voronov, F.P.Keppen, V.N.Lipski, N.İ.Kuznetsov, A.Voronin, D.İ.Sosnovski və A.A.Qrosheymin işlərini qeyd etmək olar. Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ.Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.
Azərbaycanın torpaq örtüyü
Azərbaycanın torpaq örtüyü—Azərbaycanda boz, sarı, şabalıdı, şoran, allüvial-çəmən, dağ-çəmən torpaqları yayılmışdır. == Allüvial-çəmən-meşə torpaqlar == Allüvial-çəmən-meşə torpaqları genetik əlaqələri kifayət qədər öyrənilmişdir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov-Loginov və b. aparmışlar. Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E.Salayev, G.Ş.Həsənov və b. tərəfindən tədqiqat işləri davam etdirilmişdir. === Yayıldığı ərazilər === Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır. Bu torpaqların formalaşmasında çayların gətirdiyi allüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri altında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir. === Mexaniki tərkib === A1 və A2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Naxçıvanın bitki örtüyü
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü. Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur. Naxçıvan MR-də dörd bitki zonası var : yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.