Yakub Bart-Çişinski
Yakub Bart-Çişinski (y.sorb Jakub Bart-Ćišinski; 20 avqust 1856, Kukau[d] – 16 oktyabr 1909, Panşitz[d]) — Sorb şairi, dramaturq, romançı və katolik keşişi idi.
== Bioqrafiya ==
Xalq poeziyasının obrazlarını özündə cəmləşdirən “Bəy” poemasında (1876, 1926-cı ildə çap olunub), şeirlərində (“Sonetlər kitabı”, 1884, “Formalar”, 1888-ci il məcmuələri) Lusat ədəbiyyatında realist cərəyanı təsdiqləyir. Bundan əlavə, bir çox sonetlərin, balladaların, lirik şeirlərin müəllifidir. Milli-vətənpərvərlik problematikasını onun “Vətənpərvər və Reneqat” (1878-1879) romanında qaldırmışdır. Onun sənəti vətəninin gözəlliyini tərənnüm edir, vətənpərvərlik hissləri ilə doludur.
Yakub Bart-Çişinski Lusatian dram və teatrının əsasını qoydu (“Qalada faciə”, 1880).
Ədəbi təxəllüsü - Çişinski.
O, çex, italyan, polyak və alman ədəbiyyatının əsərlərini yuxarı lusatian dilinə tərcümə etmişdir.
== Seçilmiş əsərləri ==
Moje serbske wuznaće
Narodowc a wotrodźenc (1879)
Na hrodźišću (1880)
Slubowanje ze zadźěwkami (1881)
Słowjanam (1884)
Kniha sonetow (1884)
Formy (1888)
== Ədəbiyyat ==
Гугнин А. А. Введение в историю серболужицкой словесности и литературы от истоков до наших дней, Российская академия наук, Институт славяноведения и балканистики, научный центр славяно-германских отношений. — М., 1997.