ÇİFT

(-ti)
qoşa, cüt; çift kürek çekme – qoşa avar çəkmə; çift adet – cüt ədəd
cüt, qoşa
ÇİÇEK
ÇİFT SÜRMEK
OBASTAN VİKİ
Neva Çiftçioğlu
Neva Çiftçioğlu Banes (24 fevral 1963, Ərzurum) — Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, astrobioloq. Ç. B. Neva NASA-da işləyən ilk Türkiyə vətəndaşı . Tibb üzrə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi hadisəsi yalnız bir iddiadır və bu barədə heç bir sənəd və ya şahid yoxdur. 1985-ci ildə Hacəttəpə Universitetinin Biologiya fakültəsindən məzun olmuşdur. Eyni il Ankara Universiteti Tipp fakültəsində mikrobiologiya sahəsində magitr təhsilinə başlamış və doktorantura təhsilini də orada almışdır. 1991-ci ildə Finlandiyanın Kuopio Universitetinin biotexnologiya sahəsində işləməyə başlamış və eyni universitetdə dosent adını almışdır. Doktor Olavi Kajander ilə vücuddakı ərplənmələrə səbəb olan nanobakteriya adını verdikləri yeni bir mikro-orqanizmanı izoliyasiya etməyi bacarmışdır. Çiftçioölu və Kajander ikilisinin nəzəriyyəsinə görə bilinməyən insan xəstəliklərinin 25 faizində olan patalojik kalsifikasiyalar (ərplənmə) nanobakteriyalar tərəfindən başladılır. Bu iddia sonradan elmi ictimaiyyət tərəfindən rədd edildi. Elmi nəşrlər göstərib ki, nanobakteriyalar mövcud deyil.
Çiftlik
Çiftlik (Niğdə)
Çiftlik (Niğdə)
Çiftlik (türk. Çiftlik) — Niğdə ilinin ilçəsi.
Çiftlik (torpaq mülkiyyəti)
Çiftlik və ya çiflik (türk. Çiftlik; "çift" – cüt sözündən) — Osmanlı imperiyasında irsi torpaq mülkiyyəti forması. Bu, XVI əsrin sonlarından başlayaraq yayılmış və 1919-cu ildə dövlət süqut edənə qədər davam etmişdir. Sistem tənəzzülə uğrayan imperiyanın iqtisadiyyatına ümumilikdə mənfi təsir göstərirdi. Türk mülkədarları ilə xristian kəndliləri arasında etnik gərginlik səbəbindən çoxsaylı üsyanlar baş vermişdir. XIX əsrin əvvəllərində onlardan biri Yunanıstan İstiqlaliyyət müharibəsinə səbəb olmuşdur. "Çiftlik" termini sonradan ümumi olaraq böyük torpaq mülkiyyətini ifadə etməyə başlamışdır.
Çiftlikköy
Çiftlikköy (türk. Çiftlikköy) — Yalova ilinin ilçəsi.
Sinan Çiftyürek
Sinan Çiftyürek (1952, Hilvan[d], Şanlıurfa ili) — yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sinan Çiftyürek 1952-ci ildə Şanlıurfa ilinin Hilvan ilçəsində anadan olub. İbtidai və orta təhsilini Hilvan ilçəsində alıb. Tokat Müəllimlər Liseyindən məzun olub. Tədqiqatçı və yazıçı olaraq tanınır. İqtisadi, siyasi, mədəni və sosioloji mövzularda məqalələrin, o cümlədən 8 dərsliyin müəllifidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Burxaniyyə (Çiftlikköy)
Burxaniyyə — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Rizədən bu bölgəyə köçən insanların məskunlaşması nəticəsində yaranmışdır. 1928-ci ildən eyni addadır. Əvvəllər Çuxurköy kəndinin məhəlləsi olduğu halda, 9 iyul 1949-cu ildə kənd statusu almışdır.
Daşkörpü (Çiftlikköy)
Daşkörpü — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda bəldə. == Tarixi == Daşkörpü 1902-ci ildə Bolqarıstanın Aytos şəhərindən olan 15 təsərrüfatdan ibarət ailə tərəfindən yaradılmışdır. Gələnlər əvvəlcə hava limanının yerləşdiyi ərazinin kənarında məskunlaşmışdır, lakin müəyyən müddətdən sonra malyariya səbəbilə meşəlik olduğu və mal-qaranın keçə biləcəyi otlaq sahələri olduğu üçün iqamətgahlarını indiki əraziyə köçürmüşdülər. Daşkörpü daha sonra ətrafdan gələn insanların məskunlaşması ilə genişlənərək əvvəlcə Kocaelinin Qaramürsəl rayonuna, sonra da Yalovaya birləşdirilmişdir. Kənd 2 noyabr 1991-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.
Dərəköy (Çiftlikköy)
Dərəköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Yalova vilayətinə 19 km, Çiftlikköy rayonundan 14 km məsafədədir.
Qabaqlı (Çiftlikköy)
Qabaqlı — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kəndin əsası 1892-ci ildə qoyulmuşdur. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunur.
Qılınc (Çiftlikköy)
Qılınc — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == 1902-ci ildən eyni adla tanınan kənddə XX əsrin əvvəllərində 500 erməni yaşayırdı. 1926-cı ildə Türkiyə Respublikası hüdudlarında kənd statusu almışdır.
Çuxurköy (Çiftlikköy)
Çuxurköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kəndin adı 1911-ci il qeydlərində Çuxur Müslüm və Çukur Qeyrimüslüm olaraq iki hissədə keçir.
İlyasköy (Çiftlikköy)
İlyasköy — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənddə e.ə. 500-ci ilə aid olduğu düşünülən stela və XV əsrə aid məscid var.
Çiftlikköyü (Silopi)
Çiftlikköyü — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1916-cı il və 1928-ci il qeydlərində kürdcə "Bedros təpəsi" mənasını verən Girki Bedras və ya Girikbedro kimi qeyd edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.