özünü öldürsən də (nə qədər can yandırsan da, xeyri yoxdur)

it won’t work / whatever you do / one might as well hang oneself * хоть на пупе вертись / хоть умри / хоть расшибись / хоть тресни / хоть лопни / хоть плачь (как ни ста-райся, как ни изощряйся)
özünü öldürmək
özünü ölülüyə vurmaq
OBASTAN VİKİ
SSRİ-də seks yoxdur
SSRİ-də seks yoxdur (rus. В СССР секса нет) – rus dilində zərb-məsəl. İfadə 17 iyul 1986-cı ildə yayımlanmış Leninqrad–Boston telekörpüsünün sovet iştirakçısı tərəfindən işləndikdən sonra yaranmışdır. 17 iyul 1986-cı ildə iki televiziya müxbiri – sovet Vladimir Pozner və amerikalı Fil Donahyu ABŞ ilə SSRİ arasındakı ilk telekörpülərdən birini təşkil etmişdirlər. "Qadınlar qadınlarla danışır" adlı telekörpünün amerikalı qadın iştirakçılarından biri sovet iştirakçı Lüdmila İvanovaya belə bir sual vermişdir: Həmin dövrdə "İnturist" otel sistemind' işləyən və Sovet Qadınları Komitəsinin nümayəndəsi olan Lüdmila İvanova belə bir cavab vermişdir: İvanovanın cavabı zalda qəhqəhə partlayışına səbəb olmuşdur. İfadə populyar mədəniyyətdə "SSRİ-də seks yoxdur" formasında məşhurlaşmışdır. İvanova verdiyi müsahibədə qeyd etmişdir ki, verilişə qədər seks sözünü eşitməmişdi, sadəcə mənasını təxmin edirdi və yaxşı mənada olmadığını düşünürdü. O bildirmişdi ki, sözləri qəhqəhə ilə qarşılaşanda nəyisə doğru demədiyi üçün qorxmuşdur. Belə ki, partiya tərəfindən onlara verilmiş tapşırığa görə amerikalıların nə deməsindən asılı olmayaraq bunları inkar etməli və razılaşmamalı idilər. Verilişdəki sözlərinə görə Sovet Qadınları Komitəsində onu sıxışdırmışdılar, hətta komitədən qovacaqdılar.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nümayəndəlik yoxdursa, vergi də yoxdur
"Nümayəndəlik yoxdursa, vergi də yoxdur" və ya "nümayəndəlik olmadan vergi də yoxdur" (ing. No taxation without representation) — Amerika inqilabı dövründə yaranan amerikalı kolonistlərin Britaniyaya qarşı əsas şikayətlərindən birini ifadə edən siyasi sloqan. Belə ki, bir çox kolonist Britaniya Parlamentində nümayəndəlikləri olmadan parlamentin onlara tətbiq etdiyi vergilərin (Möhür aktı kimi) konstitusiyaya zidd olduğunu qeyd edirdi.
Nə qədər ki sağam (film, 2012)
Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Nə geri çəkil, nə də təslim ol 2
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Bədi Xeyri
Mehmet Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Məhməd Xeyri
Mehmet Xeyri (türk. Mehmet Hayri) (d. 1879, Konya, Osmanlı İmperiyası - ö. 1928, Ankara, Türkiyə) — Türk əsgəri. 1887-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ilin 26 yanvarında oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 18 may 1921-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. Təqaüdçü olduqdan sonra Xarici İşlər Nazirliyinə işlədi.
Xeyri Əmirzadə
Xeyri Osman oğlu Əmirzadə (d. 5 oktyabr 1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi - ö. 17 fevral, 1958, Bakı) — aktyor. Azərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Osman oğlu Əmirzadə 5 oktyabr 1893-cü ildə Krım vilayətinin Yalta şəhərinin Dərəgöy kəndində baqqal Qara Osmanın ailəsində anadan olub. Milliyyətcə türkdür. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.
Mustafa Xeyri
Mustafa Xeyri (türk. Mustafa Hayri) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Futbol üzrə Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu kimi tarixə düşüb. == Klub karyerası == Mustafa Xeyri 1994/1995 mövsümündə Bakının "İnşaatçı" komandasının heyətində Azərbaycan Yüksək Dəstəsində 3 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu debüt oyunundaca, səkkizinci tur çərçivəsində keçirilmiş və 1:1 hesabı ilə nəticələnmiş səfər matçında "Xəzər Lənkəran"ın qapısından keçirib. Klubun heyətində keçirdiyi üçüncü görüşdə, Buzovnanın "Xəzri" klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda öz qapısına qol vurub. Bu matçdan sonra klubun baş məşqçisi Məmmədəli Məmmədova yaxışlaşan hücumçu, Türkiyəyə qayıtmaq və karyerasını orada davam etdirmək istədiyini söyləyib. == Şəxsi həyatı == Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Buradan məzun olub-olmaması barəsində məlumat yoxdur.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Özünü Tanıt
"Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə, yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illüziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Özünü müdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünümüdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.