ÜRƏKYAXICI sif. Ürəyə pis təsir edən, adamı sarsıdan; sarsıdıcı, təsirli, acınacaqlı. Ürəkyandıran qışqırıq. Ürəkyaxıcı görünüş. – [Eşikağası] qapını açıb içəri baxanda ürəkyandırıcı bir mənzərəyə rast gəldi. Çəmənzəminli. Qaraca qızın ürəkyandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu. S.S.Axundov.