Ürfi Şirazi
Ürfi Şirazi (d.1556-ö. 1591) — İran şairi.
1556-cı ildə Şirazda doğulmuşdudu. Əsl adı Cəmaləddin Məhəmməddir. Şirazda idari və hüquqi vəzifələr daşımış atası Zeynalabidin Əli Bələvinin məsləyinə nisbətlə "Ürfi" təxəllüsünü işlətmişdi. Bəzi təzkirə kitablarında seyyid deyə dəqiqləndirilmişsə də, bunun doğru olmadığı söylənmişdir (Hüccəti, IV, 1760). Şirazda təhsil görən Ürfi xətt və musiqidə məharət qazandı. Kiçik yaşlarından etibarən şeirə olan meyli onu şeir məclislərinə sövq etdi. Tərxi Şirazi, Qədri Şirazi və Molla Qeyrəti kimi şair və ədiblərin məclislərinə qatılaraq şeir yazmaq istedadını inkişaf etdirdi. Ədəbi və elmi fəaliyətləri dəstəkləyən Səfəvi hökmdarları I Şah Təhmasib ilə I Şah Abbasın şeir məclislərində yer aldı.