şəhid
şəhla
OBASTAN VİKİ
Şəhidlik
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. == Etimologiyası == "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. == Hüquqi baxımdan == === Tərif === Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Şəhidlik Məscidi
Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəyin, Bahəddin Şakirin və Cahangir bəy Kazımbəylinin də məzarları var. == Tarixi == 1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir. Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.
Şəhidlik zirvəsi (film, 2001)
== Məzmun == Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Azərbaycandakı türk şəhidliklərinin siyahısı
Azərbaycandakı türk şəhidliklərinin siyahısı — 1918-ci ilin yay və payız aylarında Azərbaycanın müxtəlif yerlərində şəhid olmuş Qafqaz İslam Ordusunun türk şəhidlərinə qoyulmuş abidələrin siyahısı. Şəhidliklər daha çox şəhid olmuş türk əsgərlərin qəbirlərinin üzərində qurulub. Bu qəbirlərin əksəriyyəti sovet işğalından sonra yerli insanlar tərəfindən qorunub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə həmin qəbirlərin yerləşdikləri yerlərdə şəhidliklər tikilib.

Значение слова в других словарях