Tropik xəstəliklər
Tropik xəstəliklər — tropik və subtropik bölgələrdə üstünlük təşkil edən və ya yalnız orada rast gəlinən yoluxucu xəstəliklər qrupu. Bu xəstəliklər mülayim iqlim olan bölgələrdə nadir halda olur, ilk növbədə həşəratların sayını məhdudlaşdıran soyuq mövsümün olması ilə.
Ağcaqanad və milçək kimi həşəratlar çox vaxt xəstəliyin daşıyıcısıdır. Onlar protozoylar, bakteriya və ya virusları insanlara və heyvanlara əksər halda dişləmə yolu ilə ötürüb yayırlar.
Tropik meşələrin insanlar tərəfindən öyrənilməsi, meşələrin qırılması, immiqrasiyanın artması və tropik bölgələrə beynəlxalq hava səyahətlərinin və digər turizmin artması qeyri-tropik ölkələrdə belə xəstəliklərin artmasına səbəb olmuşdur.
== Xarakteristikası ==
Tropiklərdə müşahidə edilən bir sıra yoluxucu xəstəliklərin (difteriya, qızılca) klinik mənzərəsi mülayim iqlimi olan ölkələr üçün xarakterik olandan əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, tropiklərin patologiyası xəstəliklərin yüksək genişliyi və intensivliyi ilə xarakterizə olunur ki, bu da bu xəstəliklərin patogenlərinin yayılması üçün müstəsna əlverişli təbii şəraitlə bağlıdır.
=== Tropik təbabətdə yoluxucu və parazitar xəstəliklər ===
Tropik təbabətin böyük bir hissəsini yoluxucu və parazitar xəstəliklər təşkil edir. Tropik və subtropiklərdə yoluxucu tropik xəstəliklərin yayılması onlar üçün əlverişli təbii şərait kompleksi ilə əlaqədardır.
Yalnız isti iqlimdə çoxlu istilik sevən patogenlər (müəyyən bakteriyalar, viruslar, protozoylar, helmintlər), onların aralıq sahibləri (məsələn, tropik mollyusklar "Bullinus tropicalis", şistosomiazda "Physopsis africana"), patogenlərin daşıyıcıları, Lassa qızdırmasının təbii mənbəyi (çət milçəkləri, tropik ağcaqanadlar), fruktoid yarasa — təbii su anbarları, Ebola virusunun yaratdığı xəstəlik və s.