ŞİRUYƏ

şir üzlü, aslan təbiətli; qorxmaz, cəsarətli.
ŞİRULLA
ŞİRUYYƏ
OBASTAN VİKİ
Sərraf Şiruyə
Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı. == Həyatı == Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir. 1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir. 1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir. Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Şiruyə Həsənoğlu