Ədibə Paşayeva
Ədibə Mir Cəlal qızı Paşayeva (18 iyul 1943, Bakı) — Azərbaycanlı alim, filoloq-ədəbiyyatşünas, professor.
Ədibə Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
2005-ci ildə dosent, 2017-ci ildə professor elmi adını alıb.
Azərbaycan SSR əməkdar elm xadimi Mir Cəlal Paşayevin qızı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir.
Ailəlidir, iki övlad anasıdır.
Ədibə Paşayeva məzun olduqdan sonra əmək fəaliyyətinə elə həmin universitetdə başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004–2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub.
Hazırda 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır.