Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ədil Arifoğlu
Ədil Arifoğlu – jurnalist, tədqiqatçı jurnalist, AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı. Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib. Müharibə zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.
Ədil xan
Ədilxan İlisulu — XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış Gəncə və Şəki mahallarının məşhur zadəganlarından biri, Sultanovlar (V) nəslinin nümayəndəsi. Ədilxan Şəki şəhərində İlisu sultanları nəslindən olan bir ailədə dünyaya gəlmişdir. İlk təhsilini əvvəlcə Şəkidə və Tiflisdə almışdır. Təhsilini Almaniyanın Leyptsik universitetində zootexnik ixtisası üzrə davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Şəkiyə qayıdaraq burada dilboz cinsli atların yetişdırılməsi ilə məşğul olmuş və burada, Daşüz kəndində zamanına görə Qafqazda ən böyük atçılıq zavodlarından birini inşa etdirmişdir. O, dilboz cinsli at ilxıları ilə yanaşı çoxsaylı qoyun sürülərinə, Göyçay qəzası və Gəncə quberniyalarında yetmiş min desyatin torpaq sahəsinə də malik olmuşdur. Lakin,Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün var dövləti, mülkləri, at və qoyun sürüləri və on üc kiloqram qızılla bir yerdə rəsmi şəkildə könüllü olaraq hakimiyyət dairələrinə təhvil vermişdir.Sovet hakimiyyətinin bərqərar olması ilə əlaqədar Türkiyəyə mühacirət etsə də, bir müddət sonra qayıdaraq Tiflis Kənd Təsərrüfatı Nazirliyində atçılıq üzrə mütəxəssis kimi işləmişdir. Sonralar SSRİ Kənd təsərrüfatı Nazirliyində müavin vəzifəsini də yerinə yetirmişdir. Onun Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü Semyon Mixayloviç Budyonnı ilə dost olduğu məlumdur.Ədilxan 82 yaşında Gəncədə vəfat etmiş, və İmamzadə qəbiristanlığında dəfn olunmuşdur. Şəkinin Daşüz camışşılıq sovxozu Ədilxanın könüllü olaraq sovet hökumətinə təhvil verdiyi atçılıq zavodunun bazasında yaradılmışdır.Ədilxanın ilxılarından qalmış dilboz atlar həmin sovxozun bir şöbəsi kimi saxlanilmış və bir qayda olaraq yarışlarda iştirak etmişlər.
Ədil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Ədil Ədilzadə
Ədilə Qurbanova
Mirzə Məhəmməd bəy Ədilbəyov
Ədilbəyov Mirzə Məhəmməd bəy Molla Allahverdi bəy oğlu (1808-?)-pedaqoq, ruhani Məhəmməd bəy Molla Allahverdi bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşayırdı. Mirzə Məhəmməd bəy Şuşa qəza məktəbində şəriətdən, türk və fars dillərindən dərs dеmişdi. Qubеrniya katibi, kоllеc assеsоru mülki çinlərini almışdı. Mirzə Məhəmməd bəy 1875-ci ildə Cümə (Ibrahimхəlilхan) məscidinin aхundu vəzifəsini icra еtmişdi. Mirzə Məhəmməd bəyin Mеhdiqulu bəy, Allahvеrdi bəy, Əli bəy, Mustafa bəy adlı оğulları vardı. Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Nurəddin Ədiloğlu
Nurəddin Ədiloğlu (Nurəddin Ədil oğlu Muğanlı; 1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" adlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999–2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995–2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Səid Ədilov
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Ədilə Hüseynzadə
Ədilə Hacıağa qızı Hüseynzadə (29 aprel 1916 – 20 iyul 2005) — bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlir. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən dərs alır. Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alır. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur. 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir.
Ədilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə — doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə — 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941–1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Ədilxan Qərəhmədov
Ədilxan Qərəhmədov (5 iyun 2001, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Kəpəz"də yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == 2 mart 2019-cu ildə Qarahmədov Azərbaycan Premyer Liqasında "Səbail"in "Sumqayıt"la oyununda debüt etdi. 2024-cü il fevralın 8-də "Kəpəz" İrəvandan Qərəhmədovla mövsümün sonuna qədər əlavə bir il opsiya ilə müqavilə imzaladığını elan etdi.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. Əhalisinin sayı 885 nəfərdir.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. == Həyatı == 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Adil Abbas
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). == Həyatı == Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abbasov
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). == Həyatı == Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abdullayev
Adil Abdullayev Polad oğlu — Azərbaycan alimi, fizika üzrə elmlər doktoru. == Həyatı == Abdullayev Adil Polad oğlu 30 mart 1969-cu ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, dosenti, fizika üzrə elmlər doktorudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur (Riyaziyyat və Fizika kafedrası). “TlS və TlIn1-xRx S2 (Rx=Fe, Ge, Au, Si) bərk məhlulunun polimorf modifikasiyalarının dielektrik xassələrinin və qəfəs dinamikasının əsas xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək 01.04.10- “Yarımkeçirici və dielektriklər fizikası” üzrə Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, sonra isə dosent elmi işini adını almışdır. Elmi fəaliyyətini davam etdirərək “Radiasiya təsirinə məruz qalmış А3В6 və А3В3С26 qruplu zəncirvari kristallarda dielektrik relaksasiyasının və keçiriciliyin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək “Radiasiya materialşünaslığı” və “Yarımkeçiricilər fizikası” ixtisaslarında fizika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Respublika və Beynəlxalq konfranslarda (Bakı, Ulyanovsk, Almatı, Maxaçqala, Moskva, Honq Konq, Ankara, İspaniya, Minsk, Florida, Voronej, Kişinyov, Kipr, Norveç, Daşkənd və s. şəhərlərdə) müzakirə olunmaqla yanaşı, eyni zamanda xarici mətbuatda “Science index”-nə aid olan jurnallarda (Rusiya, ABŞ, Fransa, Türkiyə, Yaponiya, Qazaxıstan, Ukrayna və s. kimi onlarla xarici ölkə mətbuatlarında) dərc olunmuş 130 elmi əsərin və 4 kitabın müəllifidir.
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Adil Sadıqov
Adil Məmmədtağı oğlu Sadıqov (25 dekabr 1941, Bakı – 14 yanvar 1990) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1981–1987), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Adil Məmmədtağı oğlu Sadıqov 25 dekabr 1941-ci ildə Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Azərneft" Birliyinin "Leninneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Burada o, sahə rəisi, böyük mühəndis – mədən müdirinin müavini, mədən müdiri, mərkəzi mühəndis-texnoloji xidmət rəisinin müavini işləmişdir. Adil Sadıqov 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 1981-ci ildə isə Azərbaycan KP Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1987-ci ildə Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsinin müdiri təyin edilmiş, 1989-cu ildən isə Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 14 yanvar 1990-cı ildə 49 yaşında vəfat etmişdir. == Ailəsi == Həyat yoldaşı — Zemfira Sadıqova (01.12.1941 — 21.03.2023) Oğlu Fuad Sadıxov (27.07.1971– 12.11.2015) Nəvəsi Zemfira Sadıxova (2003) - İnşaat Mühəndisi.
Adil Osmanov
Adil Osmanov (2 iyul 2000, Moskva) — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021). == Həyatı == Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var. Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb. === Karyerası === 2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub. 2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub.
I Adil
I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub. == Həyatı == === Səlahəddin Əyyubi dövründə === Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub. Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi Sirkuhun 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü. Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü.
Adil Adilzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Adil Allahverdiyev
Adil Allahverdiyev (tam adı: Allahverdiyev Adil Məhəmmədəli oğlu; 1 mart 1951, Culfa rayonu) — Elmlər doktoru, professor. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru == Həyatı == Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul edilib. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb. Həmin illərdə də onun tərəfindən ilk dəfə tətbiq edilmiş “qlükoza-6-fosfatdehidrogenaz (G-6PD) ferment çatışmazlığından əziyyət çəkən, dərman preparatlarına həssaslığı olan insanlarda “in vitro” hemolizinin müəyyən edilməsi” metodu elmdə ciddi problemlərin həll olunmasına kömək edib. Tədqiqatlarda natrium formiatın antioksidant xüsusiyyəti də aşkara çıxarılıb. Bu, primaxinin yaratdığı G-6PD ferment çatışmazlığı olan adamlarda eritrositlərin hemolizinin qarşısını alır.
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Edin Dzeko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Edip Akbayram
Edip Akbayram (29 dekabr 1950, Qaziantep) – türk musiqiçi. Anadolu rokunun tanınmış simalarından biri hesab olunur. Musiqiçi kimi 500-ə yaxın şəxsi mükafatları var.
Edip Yüksəl
Edip Yüksəl (türk. Edip Yüksel; 1957, Bitlis, Türkiyə) — kürd mənşəli türk araşdırmaçı və yazıçı. İslam mövzusundakı reformist fikirləriylə tanınır. Ölkədə təqib və təyziqlərə görə Amerika Birləşmiş Ştatlarında yaşamaqdadır. Türk, ingilis dillərində Quran-i Kərim və İslam dini haqqında bir çox kitabın müəllifidir. Onun əsərləri, çıxışları başda İslam dünyası olaraq Avropa və Amerika ölkələrində diqqət cəlb etmişdir. Əsas məqsədi, əsərlərində və çıxışlarında da qeyd etdiyi kimi, humanist və daha müasir bir İslam anlayışını yaymaqdır. Dini yazı olaraq Quranı qəbul etmək ilə birlikdə hədis, sünnə, icma anlayışlarını da rədd edər. == Həyatı == 1957-ci ildə Türkiyənin Bitlis şəhərində anadan olan kürd mənşəli Edip Yüksəl, ilahiyyatçı Sədrəddin Yüksəlin oğlu və həddindən artıq islamçı fəal kimi tanınan, daha sonradan millətçilər tərəfindən öldürülən Mətin Yüksəlin qardaşıdır. Edip Yüksəl Qurani olmamışdan əvvəl, o da qardaşı kimi islamçı bir fəal kimi tanınırdı.
Edip kompleksi
Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. == Ümumi anlayış == Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir. "Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı , Kral Laios , Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios , doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir.
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Edit Heerdegen
Edit Heerdegen (2 İyul 1913 – 13 İyul 1982) — Almaniyalı film aktrisası. O, 1949-cu il ilə 1982-ci il arasında 50-dən çox film və televiziya şousunda rol oynamışdır.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Erdil Yaşaroğlu
Erdil Yaşaroğlu (1971, Ardeşen[d], Rizə ili) — türkiyəli karikaturaçı. == Həyatı == Ailəsi əslən Rizənin Ardeşen rayonundandır. Hələ 9 yaşında ikən karikatura çəkməyə başlayan Erdil Yaşaroğlunun ilk peşəkar karikaturaları 1989-cu ildə "Günəş" qəzetində dərc olunub.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Bədiş dili
Bədiş dili — Pakistanda danışılan, demək olar ki, nəsli kəsilmiş, təsnif edilməmiş Hind-İran dili. Dilin fərqliliyi təsdiqlənməyib, dil ailəsi adı da ola bilər. 2014-cü ildə "Ethnologue, Languages of the World"ində qeyd edilmişdir ki, bədiş dili ən azı üç nəsildir danışılmır, lakin 2018-ci ildə "BBC" hələ də bu dildə danışa bilən üç kişini taparaq mövzu haqqında süjet çəkmişdir. Sahə dilçisi Məhəmməd Zaman Sağar bu dil üzərində işləyirdi, lakin iki il ərzində apardığı araşdırmalar nəticəsində cəmi yüzə yaxın söz toplaya bilmişdir. 2007-ci ilin iyul ayında o, yenidən Bişiqram vadisini ziyarət Setmiş və orada bir neçə gün insanlarla birlikdə olmuşdur. Digərləri ilə yanaşı, dilçi Zübeyr Torvali bu dildə qeydləri qorumaq üçün cəhdlər edilir. 2018-ci ildə "BBC" müxbirləri Pakistanın şimalındakı Bişiqram vadisində hələ də bədiş dilində danışa bilən üç qoca kişi (Səidgül, Əlişir və Rəhimgül) tapmışdır. Onlar bildirmişdilər ki, onların kəndində insanlar bədiş dili əvəzinə torvali dilində danışır. Onlar həmçinin, Svat vadisinin puştu dilinin danışıldığı turizm bölgələrində işləyirdilər. Bədiş dilinə aid bəzi ifadələri bunlar idi: Min naao Rəhim Gül ti – Mənim adım Rəhimgüldür.