ƏHDNAMƏ

ə. və f. bağlaşma kağızı; müqavilənamə.

ƏHDAQ
ƏHDÜ PEYMAN
OBASTAN VİKİ
Əhdnamə
Əhdnamə — ərəb-fars sözü olub, "şərtləşmə", "sözləşmə" mənasında işlənir. Orta әsrlәr müsәlman Şәrqindә hökmdarın göstәrişi ilә tәrtib olunan, hәr hansı xarici dövlәt, zümrә, yaxud ayrıca şәxsin hüququnu tәsdiqlәyәn sәnәd. Xilafәt dövründә əhdnamələrin mәzmunu müxtәlif vәzifәlәrә tәyinat, yazılı әmr vә tәlimatlar, ayrı-ayrı şәxslәrә vә ya qruplara verilәn hüquq vә imtiyazlardan, xarici dövlәtlәrlә razılaşmalardan ibarәt idi . İslam tarixindә ilk tәyinat mәzmunlu əhdnamə Əbu Bәkrin Ömәr ibn Xәttabı özündәn sonra xәlifә tәyin etmәsi barәdә Osman ibn Əffana yazdırdığı əhdnamədir. Əmr vә tәlimat xarakterli ilk əhdnaməlәrdәn biri kimi Mәhәmmәd peyğәmbәrin Yәmәn valisinә göndәrdiyi əhdnaməni göstәrmәk olar. Xilafәt tәrkibindә yaşayan әhli-kitab üçün əhdnaməlәr peyğәmbәrin dövründә 630 ildәn sonra verilmәyә başlanmışdır. Raşidi xәlifәlәr dövründә Suriya, Fәlәstin, Misir, Azәrbaycan, İran vә s. ölkәlәrin әhalisi üçün çoxlu əhdnaməlәr imzalanmışdır . İlk müsəlman fatehlərinin fəth etdikləri şəhərlərin əhalisi ilə bağladıqları sülh müqaviləsi islamın burada yayılması üçün dayaq nöqtəsi olmuşdur. Əhdnamə adlandırılan barış sazişlərindən biri Xəlifə Ömərin sərkərdəsi olmuş Hüzeyfə ibn əl-Yəman ilə Ərdəbil əhalisi arasında bağlanmışdı .

Значение слова в других словарях