əqidəsini dəyişən

a recanted man (a man, who withdraws his beliefs and alters his convictions) * не помнящий родства (отказавшийся, отступивший от своих прошлых убеждений, верований, прошлой деятельности)
əksinə çıxmaq (ziddinə danışmaq)
əqidəsini dəyişmək (düşmən tərəfə keçmək)
OBASTAN VİKİ
Dəyişən
Dəyişən bu mənaları ifadə edə bilər:
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (riyaziyyat)
Dəyişən — öz qiymətini dəyişən fiziki və abstrakt sistemlərə xas olan əlamətdir. Məsələn, ağacın boyu, insanın yaşı, yerin məkanı və s. Riyaziyyatda dəyişəni adətən hərflərlə işarə edirlər. Məsələn, f ( x ) = x + 5 {\displaystyle f(x)=x+5} o deməkdir ki, f {\displaystyle f} funksiyası x {\displaystyle x} dəyişənindən asılıdır.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. Sabit cərəyan A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Dəyişən kəmiyyət
Dəyişən kəmiyyət müxtəlif qiymətlər alan kəmiyyətdir. Məsələn, ideal qaz sıxılanda, onun həcmi və təzyiqi dəyişir. XVII əsrdə dəyişən kəmiyyətin riyaziyyata daxil edilməsi ümumiyyətlə, elmdə inqilabi sıçrayış idi. O təbiət hadisələrinin, onlar arasında əlaqənin və hərəkətin öyrənilməsində yeni mərhələ idi. Dekart, Nyuton və Leybnisin işlərinə əsaslanan diferensial və inteqral hesabı kimi güclü riyazi üsullar ciddi dəyişikliyə uğradı. Onlar XIX əsrdə ciddi riyazi əsaslandırıldı. Bu zaman limitlər nəzəriyyəsi və kəsilməz funksiyalar nəzəriyyəsi yarandı. Müasir riyaziyyat üçün dəyişən kəmiyyətin yuxarıdakı tərifi qənaətbəxş deyil. Müasir riyaziyyatın əsaslarına çoxluqlar nəzəriyyəsinin, topologiyanın ideyaları nüfuz etmişdir. Xüsusi halda, kəmiyyətin qiymətləri təkcə ədədlər yox, müəyyən çoxluğun ixtiyarı təbiətli elementləri ola bilər.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Dəyişən xərclər
Dəyişən xərclər — istehsal olunan məhsulun miqdarına uyğun olaraq artan xərclər.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəyişən ulduzların tərifləri
Dəyişən ulduzlar — ulduzun yalan olduğu bürcün adı olan latın hərfi ilə birlikdə (aşağıda göstərildiyi kimi) müəyyən bir etiketin Bayer təyin olunmuş formatında bir dəyişikliklə təyin olunur. Bürclər siyahısı və onların adlarının həssas formaları üçün bürclər siyahısına baxın. Cari adlandırma sistemi: Bayerin mövcud Yunanıstandakı məktubları olan ulduzlara yeni təyinatlar verilmir. Əks halda, hərfi R ilə başlayın və Z.-dən keçin. RZ ilə davam edin … RZ, SS istifadə edin … ZZ qədər SZ, TT … TZ və s. QZ-ə çatana qədər AA, BB … BZ, CC … CZ və s. İstifadə edin, həm birinci, həm də ikinci mövqelərdə J-ni atın. 334 kombinasiya məktubundan sonra Latin yazılarını tərk edin və V335, V336 və s. İlə ulduzları adlandırmağa başlayın. İkinci məktub alfabenin başlanğıcından heç bir zaman asla yaxınlaşmır, məsələn, heç bir ulduz BA, CA, CB, DA və s.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi bir az fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Yerini dəyişən göl
Yerini dəyişən göl (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) — ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bolluğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.