ƏRBƏY

ər kimi bəy; igid, qoçaq bəy.
ƏNVƏR
ƏRÇƏ
OBASTAN VİKİ
Ərbəyin günü
Ərbəin günü (ərəb. الأربعين‏‎‎ qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2010-cu ildə Ərbəin günü münasibətilə 15 milyon insan Kərbəlaya gəlmişdir. == Qriqori təqvimində Ərbəin günü == Ərbəin günü Qəməri təqvimi ilə müəyyən olunduğu üçün Qriqori təqvimi ilə fərqlər mövcuddur və ildən ilə dəyişilir.
Ərbəyli basqını
Ərbəyli basqını — 20 iyun 1919-cu ildə Qüvayi-milliyə tərəfindən yunanların nəzarətində olan Ərbəyli stansiyasına edilmiş basqın. Aydın və Nazillini işğal etdikdən sonra Yunanıstan ordusu bölgədə artan müqavimət hərəkatlarından narahat idi. Bir neçə gün əvvəl baş vermiş Malqaç körpüsünə basqın onların narahatlığına yaxşı nümunə olmuşdu. == Zəmin == Muğla könüllü taqımının türk leytenantı Qədri bəy bir neçə gün regiondakı yunan qoşunlarını müşahidə edirdi. O, Yunanıstan qoşunlarının hərəkət cədvəlini, kazarmalarını və qarovul dəyişdirmə vaxtlarını təyin etmişdir. Qədri bəy dəqiq müşahidədən sonra basqın üçün ən yaxşı hədəfin Ərbəyli qatar stansiyası olduğu qənaətinə gəlmişdir. Ərbəyli qatar stansiyası Ərbəyli kəndindən 1–2 kilometr aralıda yerləşirdi. Buna görə də kənd camaatı atəş səslərindən çox uzaqda idi. Qatar stansiyasını vağzalın yanındakı kiçik anqarda yerləşən pulemyotlarla təchiz edilmiş 20 yunan əsgəri mühafizə edirdi. == Basqın == Hücumdan bir gecə əvvəl Ərbəyli kəndinə bir evzon rotası göndərilmişdir.