Ərbəyli basqını — 20 iyun 1919-cu ildə Qüvayi-milliyə tərəfindən yunanların nəzarətində olan Ərbəyli stansiyasına edilmiş basqın. Aydın və Nazillini işğal etdikdən sonra Yunanıstan ordusu bölgədə artan müqavimət hərəkatlarından narahat idi. Bir neçə gün əvvəl baş vermiş Malqaç körpüsünə basqın onların narahatlığına yaxşı nümunə olmuşdu.
Ərbəyli basqını | |||
---|---|---|---|
Türkiyə–Yunanıstan müharibəsi | |||
Tarix | 20 iyun 1919 – 21 iyun 1919 (1 gün) | ||
Yeri | Ərbəyli stansiyası, Aydın vilayəti | ||
Nəticəsi | Türklərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Muğla könüllü taqımının türk leytenantı Qədri bəy bir neçə gün regiondakı yunan qoşunlarını müşahidə edirdi. O, Yunanıstan qoşunlarının hərəkət cədvəlini, kazarmalarını və qarovul dəyişdirmə vaxtlarını təyin etmişdir. Qədri bəy dəqiq müşahidədən sonra basqın üçün ən yaxşı hədəfin Ərbəyli qatar stansiyası olduğu qənaətinə gəlmişdir. Ərbəyli qatar stansiyası Ərbəyli kəndindən 1–2 kilometr aralıda yerləşirdi. Buna görə də kənd camaatı atəş səslərindən çox uzaqda idi.[6] Qatar stansiyasını vağzalın yanındakı kiçik anqarda yerləşən pulemyotlarla təchiz edilmiş 20 yunan əsgəri mühafizə edirdi.
Hücumdan bir gecə əvvəl Ərbəyli kəndinə bir evzon rotası göndərilmişdir. Bu vəziyyətdən xəbərsiz olan türk qoşunları 1919-cu il iyunun 20-dən 21-nə keçən gecə qatar stansiyasına hücum etmişdir. Əvvəlcə hücum uğurlu görünsə də, Ərbəyli kəndindən gələn yunan dəstək qoşunlarının əraziyə çatması ilə vəziyyət daha da gərginləşmişdir. Stansiyanın yunan mühafizəçiləri anqarın yuxarı mərtəbəsindən öz pulemyotlarından atəş açmağa başlamışdır. Qarşıdurma üç saata yaxın davam etmişdir. İki tərəfdən atəşə tutulan və pulemyotçusunu itirən Qədri bəy gecə vaxtında geri çəkilməyə qərar vermişdir. Qalan qüvvələr iki qrupa bölünmüşdür. Birinci qrup Osmanbükü adlı kiçik gəmi ilə Böyük Məndərəs çayını keçərək şimaldakı dağlıq əraziyə çəkilmiş və nəhayət Çakmar kəndinə çatmışdır. İkinci qrup cənubdakı düzənliyə çəkilmişdir.
Hücum nəticəsində türklərdən 7 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdər. Yunanıstan tərəfində 30–80 nəfər həlak olmuş və 40 nəfər yaralanmışdır. Hücumdan və itkilərindən qəzəblənən yunan qoşunları itkilərini Aydına gətirib yerli türk əhalisinə göstərmişdir. Onlar daha sonra Ərbəyli, Germencik və İncirliovadan 72 türk mülki şəxsini qaçıraraq, gələcək basqınlar üçün xəbərdarlıq olaraq güllələyərək edam etmişdilər.[4][3]