ƏRFƏ

ƏRFƏ’

ə. ən uca; daha yüksək.

ƏRƏZİ
ƏRĞƏNUN
OBASTAN VİKİ
Həsən xan Ərfə
Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (1895, Tiflis – 1983, Monte Karlo) — Azərbaycan əsilli general, İran ordusunun Baş Qərargah Rəisi və Pəhləvi sülaləsi zamanı diplomat. == Həyatı == Həsən xan Ərfə 1895-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O zaman Tiflis şəhəri Rus imperiyasının bir hissəsi idi. Onun anası ingilis-rus qarışığı idi. Anası Lüdmila Jervisin atası britaniyalı diplomat, anası isə məşhur rus zadəgan ailələrindən olan Demidovlardan olmuşdur. Atası Mirzə Rza xan Ərfəüddövlə Tiflisdə Qacar dövlətinin baş konsulu kimi fəaliyyət göstərən diplomat olmuşdur. Mirzə Rza xan Ərfəüddövlə sonradan Qacar dövlətinin Osmanlı və Rusiyada səfiri kimi də fəaliyyət göstərmişdir. 1900-cü ildə valideynləri ayrıldıqdan sonra Həsən və anası Parisə köçmüşdür. Atası isə keçmiş həyat yoldaşının və oğlunun Avropadakı evlərini onlar üçün təmin etmişdir. 1923-cü ildə Hilda Bevicke ilə ailə həyatı qurmuşdur.
Mirzə Rza xan Ərfəüddövlə
Mirzə Rza xan Ərfəüddövlə, Mirza Rza xan Təbrizi və ya Mirza Rza xan Daneş (1846, Təbriz – 1937, Tehran) — İran ordusunun generalı, diplomat, istimai-siyasi xadim. == Həyatı == Sərtipi-əvvəl (general mayor), baş adyutant, muinul-vuzəra, Əmiri-Tuman, Ərfəuddovlə, şahzadə, sərdar və əmiri-nuyan (knyaz) kimi bir neçə ali rütbəyə və titula malik olan Mirzə Rza xan mühüm vəzifələrdə çalışmışdır. Hacı Mirzə Şeyx Həsən İrəvaninin oğlu Mirzə Rza xan 1853-cu ildə Təbrizdə anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Tiflisə gedib, orada İran dövlətinin Baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq etmişdir. O, 1883-cu ildə artıq səfirlikdə Baş konsulun birinci müavini vəzifəsini icra etməyə başlamışdır. Rza xan sonralar Sankt-Peterburq, İstanbul və İsveçdə konsul müavini, Baş konsul və səfir təyin olunmuşdur. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olmuşdur. Tiflisdə işləyərkən rus dilini öyrənməyə başlamış, ona mükəmməl yiyələnmişdi, xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Müsəlmanlığı qəbul etmiş diplomat Mirzə Mülküm xan bir muddət Tiflisdə İran səfirliyinin müşaviri işləmiş və burada Mirzə Rza xanla tanış olmuşdur. O, 1882-ci ildə Mirzə Rza xana xüsusi bir məktub yazmış və bildirmişdir: M.Bamdad bunu ciddi hesab etmir və yazır: "Belə görünür ki, Mirzə Mülküm xan onu ələ salmışdır".
Yusif xan Ərfəi
Yusif xan Ərfəi (1891 - 1926) — İran jandarmasının zabiti. == Həyatı == Yusif xan Ərfəi 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İlk təhsilini doğma şəhərində almışdı. Sonra Osmanlı dövlətinə, İstanbul şəhərinə yollanmışdı. Orta və hərbi təhsilə bu şəhərdə yiyələnmişdi. 1913-cü ildə Osmanlı ordusunda naib (leytenant) kimi xidmət etmişdi. Birinci dünya müharibəsi dövründə müxtəlif rütbələrlə döyüşmüşdü. Osmanlı cəbhələrində "Qızıl Ay" cəmiyyətində rəşadət və şücaət göstərmişdi. Almaniya qərargahı tərəfindən Dəmir xaç ordeni ilə təltif olunmuşdu. Osmanlı ordusunda sərvan (kapitan) rütbəsinə qədər yüksəlmişdi.