Mirzə Rza xan Ərfəüddövlə
Mirzə Rza xan Ərfəüddövlə, Mirza Rza xan Təbrizi və ya Mirza Rza xan Daneş (1846, Təbriz – 1937, Tehran) — İran ordusunun generalı, diplomat, istimai-siyasi xadim.
== Həyatı ==
Sərtipi-əvvəl (general mayor), baş adyutant, muinul-vuzəra, Əmiri-Tuman, Ərfəuddovlə, şahzadə, sərdar və əmiri-nuyan (knyaz) kimi bir neçə ali rütbəyə və titula malik olan Mirzə Rza xan mühüm vəzifələrdə çalışmışdır. Hacı Mirzə Şeyx Həsən İrəvaninin oğlu Mirzə Rza xan 1853-cu ildə Təbrizdə anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Tiflisə gedib, orada İran dövlətinin Baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq etmişdir. O, 1883-cu ildə artıq səfirlikdə Baş konsulun birinci müavini vəzifəsini icra etməyə başlamışdır.
Rza xan sonralar Sankt-Peterburq, İstanbul və İsveçdə konsul müavini, Baş konsul və səfir təyin olunmuşdur. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olmuşdur. Tiflisdə işləyərkən rus dilini öyrənməyə başlamış, ona mükəmməl yiyələnmişdi, xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.
Müsəlmanlığı qəbul etmiş diplomat Mirzə Mülküm xan bir muddət Tiflisdə İran səfirliyinin müşaviri işləmiş və burada Mirzə Rza xanla tanış olmuşdur. O, 1882-ci ildə Mirzə Rza xana xüsusi bir məktub yazmış və bildirmişdir:
M.Bamdad bunu ciddi hesab etmir və yazır: "Belə görünür ki, Mirzə Mülküm xan onu ələ salmışdır".