Месторасположение VIN

VIN-in yerləşmə yeri
Место стоянки
Металлизация
OBASTAN VİKİ
Vilhelm Vin
Vilhelm Vin (alm. Wilhelm Carl Werner Otto Fritz Franz Wien;‎ 13 yanvar 1864[…] – 30 avqust 1928[…], Münxen) – istilik şüalanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə 1911-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış alman fiziki. Vinin yerdəyişmə qanunu onun adını daşıyır. Vin Prussiya əyalətinin (indiki Primorsk, Rusiya) Fişhauzen yaxınlığındakı Qaffkendə torpaq sahibi Karl Vinin oğlu olaraq anadan olub. 1866-cı ildə ailəsi Rastenburq yaxınlığındakı Draxşteyn şəhərinə (indiki Kętrzyn, Polşa) köçdü. 1879-cu ildə Vin Rastenburqda məktəbində, 1880–1882-ci illərdə Heydelberq şəhər məktəbində təhsil aldı. 1882-ci ildə Göttingen Universitetində və Berlin Universitetində təhsil aldı. 1883–1885-ci illərdə Hermann fon Helmholtz laboratoriyasında işləmiş və 1886-cı ildə işığın metallar üzərində difraksiyasına və müxtəlif materialların sınmış işığın rənginə təsiri haqqındakı tezisi ilə fəlsəfə doktoru elmi dərəcəsini aldı. 1896–1899-cu illərdə Vin RWTH Aaxen Universitetində mühazirəçi olaraq fəaliyyət göstərdi. O,1900-cü ildə Vürtsburq Universitetində və 1919-cu ildə Münhen Universitetində Vilhelm Konrad Röntgenin iki dəfə varisi oldu.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida qraflığı, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Vin Dizel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida qraflığı, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Vin qanunu
Vin qanunu (yerdəyişmə qanunu) — mütləq qara cismin şüalanma spektrində enerjinin temperaturdan asılı olaraq paylanması qanunu. Vilhelm Vin bu qanunu ilk dəfə 1893-cü ildə termodinamika qanunlarını elektromaqnit şüalanmasına tətbiq etməklə çıxarmışdır. İntensivlik pikinin temperatura nəzərən yerdəyişməsi təcrübi olaraq müşahidə edilmişdir. Hal-hazırda, Vinin yerdəyişmə qanunu riyazi olaraq Plank qanunundan əldə etmək mümkündür. Qanun aşağıdakı düsturla ifadə edilir: λ max = b T {\displaystyle \lambda _{\text{max}}={\frac {b}{T}}} burada λ max {\displaystyle \lambda _{\text{max}}} — maksimum intensivlikli şüalanmanın dalğa uzunluğu, T {\displaystyle T} — mütləq temperatur, b {\displaystyle b} isə mütənasiblik əmsalı olub, Vin sabiti adlanır. Mütənasiblik əmsalı b = c h k α {\displaystyle b={\frac {ch}{k\alpha }}} (burada c — işığın vakuumdakı sürəti, h — Plank sabiti, k — Bolsman sabiti, α ≈ 4,965114… isə sabit kəmiyyət olub, α / 5 = 1 − e − α {\displaystyle \alpha /5=1-e^{-\alpha }} tənliyinin köküdür), Vin sabitinin Beynəlxalq Vahidlər Sistemindəki (BS) qiyməti 2898 mkm·K-dir. İşığın tezliyi üçün (herslə) Vinin yerdəyişmə qanunu aşağıdakı formada olar: ν max = α h k T ≈ 5,879 × 10 10 ⋅ T {\displaystyle \nu _{\text{max}}={\frac {\alpha }{h}}kT\approx 5{,}879\times 10^{10}\cdot T} α≈ 2,821439… — sabit kəmiyyət ( α / 3 = 1 − e − α {\displaystyle \alpha /3=1-e^{-\alpha }} tənliyinin kökü), k — Bolsman sabiti, h — Plank sabiti, T isə mütləq temperaturdur. Buradakı ədədi sabitlərin fərqi şüalanmanın dalğa uzunluğu və tezliyi üçün yazılmış Plank paylanmasındakı eksponentlər arasındakı fərqlə bağlıdır: bir halda λ − 5 {\displaystyle \lambda ^{-5}} , digər halda isə ω 3 ∼ λ − 3 {\displaystyle \omega ^{3}\sim \lambda ^{-3}} daxildir. Bu fərq, öz növbəsində, tezlik və dalğa uzunluğu arasındakı əlaqənin qeyri-xətti olmasından irəli gəlir: ω = 2 π c λ , d d ω = − λ 2 2 π c d d λ {\displaystyle \omega ={\frac {2\pi c}{\lambda }},\quad {\frac {d}{d\omega }}=-{\frac {\lambda ^{2}}{2\pi c}}{\frac {d}{d\lambda }}} Çıxarılış üçün mütləq qara cismin şüalanma qabiliyyəti ε λ ( λ , T ) {\displaystyle \varepsilon _{\lambda }(\lambda ,T)} üçün Plank qanununun ifadəsindən istifadə etmək olar: ε λ = 2 π h c 2 λ 5 1 e h c / λ k T − 1 {\displaystyle \varepsilon _{\lambda }={\frac {2\pi hc^{2}}{\lambda ^{5}}}{\frac {1}{e^{hc/\lambda kT}-1}}} Dalğa uzunluğundan asılı olaraq bu funksiyanın ekstremumunu tapmaq üçün onun λ {\displaystyle \lambda } dəyişəninə nəzərən törəməsini almaq və həmin törəməni sıfıra bərabərləşdirmək lazımdır: ∂ ε λ ∂ λ = 2 π h c 2 λ 6 1 e h c / λ k T − 1 ( h c k T λ e h c / λ k T ( e h c / λ k T − 1 ) − 5 ) = 0 {\displaystyle {\frac {\partial \varepsilon _{\lambda }}{\partial \lambda }}={\frac {2\pi hc^{2}}{\lambda ^{6}}}{\frac {1}{e^{hc/\lambda kT}-1}}\left({\frac {hc}{kT\lambda }}{\frac {e^{hc/\lambda kT}}{\left(e^{hc/\lambda kT}-1\right)}}-5\right)=0} Bu düsturdan dərhal müəyyən etmək olar ki, λ → ∞ {\displaystyle \lambda \to \infty } və ya e h c / λ k T → ∞ {\displaystyle e^{hc/\lambda kT}\to \infty } olduqda törəmə sıfıra yaxınlaşır, bu λ → 0 {\displaystyle \lambda \to 0} üçün doğrudur. Lakin bu halların hər ikisi B ( λ ) {\displaystyle B(\lambda )} Plank funksiyasının minimumunu verir, verilmiş dalğa uzunluqları üçün sıfıra çatır (yuxarıdakı şəkilə bax).
Vin Çun
Vin Çun və ya Vinq Çunq (Çin dili: 詠春, Ving Tsun, ya da Wing Tsung (WT), palladiya: Yunçun — Əbədi yaz fəsli) — çin döyüş sənətidir. Bu stil 1700–1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi. Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir? Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.
Vin (şəhər)
Vin (vyet. Vinh) — Vyetnamın şimalında şəhər, Nqean vilayətinin paytaxtı. Vyetnamda birinci kateqoriyalı vilayət tabeliyində olan doqquz şəhərdən biridir. Vin keçmişdə bir çox ada malik olmuşdur. Onlar: Kevan, Kevin, Vinzyanq, Vindoanx və Vintxi. 1789-cu ildə şəhər Avropanın təsiri altında sadəcə Vin kimi xatırlanmağa başlamışdır. 5 sentyabr 2008-ci ildə şəhərin statusu ikinci şəhərdən birinci kateqoriyalı şəhərə yüksəldilmişdir. Şəhərin 2009-cu ildəki əhalisi 435,208 nəfər idi.
An der Vin
An der Vin (alm. Theater an der Wien‎) — Avstriyanın paytaxtı Vyanada teatr binası.
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.