Vilhelm Vin

Vilhelm Vin (alm. Wilhelm Carl Werner Otto Fritz Franz Wien;13 yanvar 1864[2][3][…]30 avqust 1928[4][2][…], Münxen[4]) – istilik şüalanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə 1911-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış alman fiziki.[5] Vinin yerdəyişmə qanunu onun adını daşıyır.

Vilhelm Vin
alm. Wilhelm Wien
Doğum adı Wilhelm Carl Werner Otto Fritz Franz Wien
Doğum tarixi 13 yanvar 1864(1864-01-13)[2][3][…]
Vəfat tarixi 30 avqust 1928(1928-08-30)[4][2][…] (64 yaşında)
Vəfat yeri
Elm sahələri fizika[1], Şüalanma[1], İstilik[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vin Prussiya əyalətinin (indiki Primorsk, Rusiya) Fişhauzen yaxınlığındakı Qaffkendə torpaq sahibi Karl Vinin oğlu olaraq anadan olub. 1866-cı ildə ailəsi Rastenburq yaxınlığındakı Draxşteyn şəhərinə (indiki Kętrzyn, Polşa) köçdü. 1879-cu ildə Vin Rastenburqda məktəbində, 1880–1882-ci illərdə Heydelberq şəhər məktəbində təhsil aldı. 1882-ci ildə Göttingen UniversitetindəBerlin Universitetində təhsil aldı. 1883–1885-ci illərdə Hermann fon Helmholtz laboratoriyasında işləmiş və 1886-cı ildə işığın metallar üzərində difraksiyasına və müxtəlif materialların sınmış işığın rənginə təsiri haqqındakı tezisi ilə fəlsəfə doktoru elmi dərəcəsini aldı. 1896–1899-cu illərdə Vin RWTH Aaxen Universitetində mühazirəçi olaraq fəaliyyət göstərdi. O,1900-cü ildə Vürtsburq Universitetində və 1919-cu ildə Münhen Universitetində Vilhelm Konrad Röntgenin iki dəfə varisi oldu.

1896-cı ildə Vin empirik olaraq qara cisim şüalanmasının paylanma qanununu[6] təyin etdi və sonradan bu qanun onun şərəfinə Vin qanunu adlandırıldı. Vinin həmkarı Maks Plank empirik qanunlara güvənmirdi, buna görə də elektromaqnetizmtermodinamikadan istifadə edərək, sonradan Vin-Plank qanunu adlanan Vin qanunu üçün nəzəri əsas irəli sürdü. Bununla belə, Vin qanunu yalnız yüksək tezliklərdə keçərli idi və aşağı tezliklərdə parlaqlığı düzgün qiymətləndirmirdi. Plank nəzəriyyəyəsini uyğunlaşdırdı və indi Plank qanunu adlanan qanunu təklif etdi, bu da kvant mexanikasının inkişafına yol açdı. Bununla belə, Vinin yerdəyişmə qanunu adlanan digər empirik düstur () hələ də çox yararlıdır, bu qanun bir cismin buraxdığı dalğaların maksimal uzunluğunu (λmax) onun mütləq temperaturu (T) ilə əlaqələndirir. 1900-cü ildə, o, (Corc Frederik Çarlz Searlenin tədqiqatından sonra) maddənin bütün kütləsinin elektromaqnit mənşəli olduğunu fərz etdi və elektromaqnit kütləsi ilə elektromaqnit enerjisi arasında əlaqə formulunu () təklif etdi.

Vin 1898-ci ildə anod şüalarının öyrənilməsi üçün Vin filtrini (həmçinin sürət sellektoru olaraq da bilinir) təkmilləşdirdi. Bu yüklü hissəciklər üçün sürət filtri kimi istifadə edilə bilən perpendikulyar elektrik və maqnit sahələrindən ibarət bir cihazdır. Sürətləndirici kütlə spektrometriyasında hissəcikləri sürətinə görə ayırmaq üçün istifadə olunur. Cihaz ortoqonal elektrik və maqnit sahələrindən ibarətdir ki, bu cihazda düzgün sürətə malik hissəciklər filtri təsirsiz olaraq keçir, fərqli sürətə sahib hissəciklərin isə trayektoriyası əyilir. O yüklənmiş hissəcik enerjisi analizatoru, monoxromator və ya kütlə spektrometri kimi konfiqurasiya edilə bilər. 1898-ci ildə Vin ionlaşmış qaz axınlarını tədqiq edərkən, kütləsi hidrogen atomuna bərabər olan müsbət hissəciyi müəyyən etdi. Vin bu tədqiqatı ilə kütlə spektrometriyasının əsasını qoydu. Cozef Con Tomson Vinin aparatını təkmilləşdirdi və 1913-cü ildə əlavə təcrübələr apardı, sonra 1919-cu ildə Ernest Rezerford tərəfindən aparılan tədqiqatdan sonra Vinin hissəciyi qəbul edildi və proton adlandırıldı.

Vin 1911-ci ildə "İstilik şualanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə" Fizika üzrə Nobel mükafatını qazandı.[5]

  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 Wilhelm Wien // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 4 Вин Вильгельм // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 "The Nobel Prize in Physics 1911". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  6. Kragh, H. Quantum Generations: A History of Physics in the Twentieth Century. Princeton University Press. 2002. səh. 58. ISBN 978-0-691-09552-3. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]