Tan İmperiyasının Qərbi Türklərə yürüşləri
Çini idarə edən Tan sülaləsinin Qərbi Göytürk xaqanlığına yürüşləri b.e. VII əsrdə bir sıra hərbi kampaniyadan ibarət idi.
== Şərait ==
Vətəndaş müharibəsinin nəticəsində Göytürklər Qərbi və Şərqi xaqanlıqlara bölüşüb. Bizans İmperiyası ilə mütəffiq olan Qərbi Türk xaqanlığı Sasanilər İmperiyasına qarşı müharibələr ilə məşğul idi. Qərbi Türk xaqnlığı genişlənirdi, Şərqi Türk xaqanlığı isə tənəzzülü yaşayırdı. Onlar Çində bəzi mənbələrə görə özü də türk əsilli olan general Li Yuana Suy sülaləsini devirməyə kömək edib. Beləliklə, Li Yuan 618-ci ildə özünə Qaotzu adı alıb, Tan adlı yeni İmperator sülaləsini başlayır. 630-cu ildə, həmin Tan ordusu uyğurların köməyi ilə Şərqi Türk xaqanlığın ordusuna qalib gəlib, onları özlərin vassalı edirlər (Şərqi Türklər Tan Çini üçün Tabğaclar sözünü iştədirdilər).
630-cu ildə Qərbi Türklərin Tonq Yabqu xaqanı öz dayısı Bağatur tərəfindən öldürülüb. Bundan sonra xaqan olan Bağatur Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmayıb, üsyan nəticəsində devrildi.