CÜRBƏCÜR

sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək.
– Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn.
Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.

// Növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. Cürbəcür xırdavat. Cürbəcür xörəklərdən yemək.
– Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov.
Gövhər xanım yan otaqdan cürbəcür şirniyyat və mürəbbə gətirib süfrəyə düzdü. Q.İlkin.

Синонимы

  • CÜRBƏCÜR CÜRBƏCÜR Mədinəyə xoş gəlmək, Mədinəni razı salmaq həvəsi daima kişinin fikrini oynadır, cürbəcür hərəkətlərə sövq edirdi (M
  • CÜRBƏCÜR müxtəlif — ayrı-ayrı — başqa-başqa

Антонимы

  • CÜRBƏCÜR CÜRBƏCÜR – EYNİ Cürbəcür həvəslər bürüyür varlığımı (M.İbrahimov); Əsərdə eyni hadisələr təsvir olunur

Этимология

  • CÜRBƏCÜR Dür (dürlü) kəlməsinin dəyişmiş formasıdır: “dürlü –dürlü” (növlü –növlü) deməkdir. Dür və cür eyni sözün iki fonetik tərkibdə yaşamasıdır
CÜR
CÜRBƏCÜRLÜK

Значение слова в других словарях

англома́ния в преддве́рии ве́стник вуали́роваться курёнок лубени́ть уни́зывать феода́льный фетр досяга́ть зарифмова́ть на всём скаку оцепля́ться поту́хший рюма́шка срази́ться стеблева́ние bibliophage deactivation firing test hardstuff immeasured roost syllabarium цербер